Rubio: Livan üzrə danışıqlar İranla razılaşmalardan ayrı aparılacaq
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Livanda atəşkəs barədə danışıqlar İranla diplomatik prosesdən ayrı aparılacaq.
Bakıvaxtı.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Əbu-Dabiyə çatdıqdan sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Livan suveren dövlət olduğu üçün bu proses müstəqil xarakter daşıyır.
"Bu proses ayrıdır, çünki Livan suveren ölkədir. Onun hökuməti var və söhbət Livandan və ölkə daxilində baş verənlərdən gedəndə biz birbaşa Livan hökuməti ilə danışıqlar aparacağıq", - Rubio qeyd edib.
O əlavə edib ki, Livandakı vəziyyətdə İranın rolu məsələsi Tehranla təmaslar çərçivəsində, xüsusən də "Hizbullah"a dəstək kontekstində ayrı müzakirə olunacaq.
"Livanla bağlı İran aspekti də var - bu, onların "Hizbullah"ı dəstəkləməsi və maliyyələşdirməsidir. Bu amil iranlılarla danışıqlarımızda müzakirə ediləcək. Lakin Livanın gələcəyi özünün suveren seçilmiş hökuməti vasitəsilə Livan xalqına məxsusdur və biz məhz onunla işləyəcəyik", - ABŞ-nin dövlət katibi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 23 İyun 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















