Icma.az
close
up
RU
Rubio: “Nə Moskva, nə də Kiyev maksimalist məqsədlərə çatacaq”

Rubio: “Nə Moskva, nə də Kiyev maksimalist məqsədlərə çatacaq”

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, məşhur jurnalist Meqan Kelliyə müsahibəsində belə bəyanat səsləndirən ABŞ-nin Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün vaxt tələb olunduğunu vurğulayıb.
Döyüşən ölkələrdən hansının liderinin sülh danışıqlarının başlanmasına ən böyük “maneə” olduğu barədə sualın cavabında Marko Rubio qeyd edib ki, həm Ukrayna prezidenti Volodimir Zelenskinin, həm də Rusiyanın rəhbəri Vladimir Putinin öz daxili maraqları var.
“Təsəvvür edirsən ki, sən ukraynalısan, ruslar səni bu qədər əzab-əziyyətə məruz qoydular, indi də onlara öz torpağını tərk etməyə icazə verəcəksən? Demək istədiyim odur ki, Ukraynada insanlar bundan əsəbiləşəcəklər və bu, başa düşüləndir”, - ABŞ-nin Dövlət katibi bildirib.
Eyni zamanda o, həyatın daha “yetkin” reallıqlarının olduğuna diqqət çəkib. Bu müharibədə hər iki tərəf ağır bədəl ödəyir. Ona görə də, həm Ukrayna, həm də Rusiya bu müharibənin bitməsində maraqlıdır.
- Bu, tərəflərdən birinin maksimalist məqsədləri ilə yekunlaşmayacaq və çox ağır iş görülməli olacaq. Düşünürəm ki, yalnız ABŞ prezident Trampın rəhbərliyi altında bunu etmək mümkündür. Bu, asan olmayacaq və bir az vaxt aparacaq. Amma mən bilirəm ki, o (Tramp) buna nail olmaq öhdəliyinə sadiqdir”, - Mark Rubio iddia edib.
Onun fikrincə, əvvəlki prezident Co Baydenin administrasiyası Rusiya ilə müharibədə Ukraynanın maliyyələşdirilməsində səhvə yol verib.
“Məncə, indi demokratlar başa düşürlər ki, Ukraynanın maliyyələşdirilməsi dalanı maliyyələşdirməkdir və bu, bəlkə də, dalandan da pis vəziyyətdir dir. Ukrayna dağıdılır və getdikcə daha çox ərazi itirir”, - ABŞ Dövlət katibi vurğulayıb.
O, Ağ Evin əvvəlki administrasiyasının “insanları necəsə Ukraynanın Rusiyanı nəinki məğlub, həm də məhv edə biləcəyinə inandıra bildiyini" də xatırladıb. halbuki, nəticədə Ukrayna 100 il geri atıldı, ölkənin energetika sektoru məhv edildi, bir çox ukraynalı başqa ölkələrə getdi və onlar heç vaxt geri qayıtmaya bilər.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Yanvar 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri