Icma.az
close
up
RU
Rubiodan nə gözləyək? ABŞ xarici siyasətin yeni rəhbəri Azərbaycanı niyə sevmir

Rubiodan nə gözləyək? ABŞ xarici siyasətin yeni rəhbəri Azərbaycanı niyə sevmir

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Turkustan.az ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun yeni yazısını təqdim edir:

**
ABŞ Konqresində Donald Trampın müxtəlif vəzifələrə irəli sürdüyü namizədlərin dinləmələri başlayıb. Əsas diqqət dövlət katibi vəzifəsinə irəli sürülən 53 yaşlı Marko Rubionun üzərindədir. Maraqlıdır ki, onun namizədliyini respublikaçılarla yanaşı Demokrat Partiyasından olan konqresmenlər də dəstəkləməyə hazırdılar. Görünür, bu Rubionun uzun illər senator olmasıyla əlaqəlidir.
Marko Rubio dinləmələrdə Rusiya-Ukrayna müharibəsindən danışıb. Onun fikrincə, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. “Ukraynanın problemi maliyyənin azalmasıyla bağlı deyil, əsas problemləri ukraynalıların sayının azalmasıyla əlaqəlidir” deyən Rubio bununla Ukraynanın müharibədəki itkilərinə işarə edib. Rubionun qəti firki belədir ki, müharibə başa çatmalıdır. Ancaq müharibə necə və hansı şərtlər daxilində başa çatmalıdır? Bu suala Rubionun konkret cavabı yoxdur. Orası məlumdur ki, Rubio müharibənin dayandırılmasıyla Rusiyaya qarşı sanksiyaların da yumşalması tərəfdarıdır.

Marko Rubio ABŞ-ın əsas hədəflərindən birinin Çin olduğunu gizlətməyib. O Senatdakı dinləmələr zamanı Çinin qlobal ambisiyalarını kəskin tənqid edərək, Pekinin Panama kanalında iştirakını ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid kimi qeyd edib. Bundan əvvəl yeni Prezident Donald Tramp kanalın vaxtilə Panamaya verilməsini “axmaq” qərar adlandırmışdı. Rubio da Tramp kimi hesab edir ki, Çin kanaldan ABŞ-dan daha çox faydalanır və bu ədalətsizlikdir. Çin şirkətləri kanalın hər iki tərəfində limanlar işlədirlər. Trampın Çin lideri Si Cinpinlə dialoquna baxmayaraq, Marko Rubio Çin Kommunist Partiyasını Amerika tarixinin ən ciddi rəqibi kimi qiymətləndidirir. “Hazırki Çin keçmiş SSRİ-dən daha güclüdür” – deyən Marko Rubio bunu Çinin texnoloji cəhətdən keçmiş SSRİ-dən daha qüvvətli olmasıyla izah edib. Rubio haqlıdır. Hazırki Çin bütün aspektlərdən keçmiş SSRİ-dən daha güclüdür və bu ABŞ üçün ciddi təhdiddir.

Marko Rubio İranı Çindən sonra növbəti təhdid kimi dəyərləndirib. Gələcək dövlət katibi İrandakı rejimlə xalq arasında dərin uçurumun olduğu qənaətindədir. Rubio NATO-nun fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdır, ancaq hesab edir ki, tərəfdaşlar hərbi güclərini artırmalıdır. Trampın da mövqeyi belədir ki, NATO ölkələrin təhlükəsizlik baxımından ABŞ-a yük olmamalıdrlar.

Marko Rubio özündən əvvəlki dövlət katibi Entoni Blinken kimi Azərbaycan-Ermənistan danışıqlarında da vasitəçi olmağa çalışacaq. Rubio ermənpərəst senator kimi tanınıb, hər dəfə Azərbaycan əleyhinə açıqlamalar verib. Buna baxmayaraq, rəsmi Bakı Donald Tramp administrasiyası ilə ilk gündən yaxşı münasibətlər formalaşdırmaq baxımından Rubionun dövlət katibi vəzifəsində təşəbbbüslərinə diqqətlə yanaşacaq. Önəmli olan dövlət katibi Marko Rubionun senator Marko Rubiodan fərqli olaraq Ermənistanla Azərbaycana münasibətdə balansı pozmamasıdır. Əks halda, rəsmi Bakı Entoni Blinkenin nümuməsində olduğu kimi Marko Rubionun da təkliflərindən imtina edəcək.

Elxan Şahinoğlu,
ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri
musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri