Icma.az
close
up
RU
Rubl sürətlə dəyər itirir: Rusiyadan göndərilən pul baratlarının həcmi daha da azala bilər

Rubl sürətlə dəyər itirir: Rusiyadan göndərilən pul baratlarının həcmi daha da azala bilər

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Xaricdən Azərbaycana göndərilən pul baratlarının həcmi 2023-cü ildə çox aşağı olmuşdu. Onda 54 faizdən çox azalma qeydə alınmışdı. Ekspertlər bunu daha çox baratların ümumi tutumunda Rusiyanın payının azalması ilə əlaqələndirirdilər. Çünki qonşu ölkədə müharibə səbəbindən iqtisadi vəziyyət ağırlaşıb. İş imkanları çox məhdudlaşıb. Təbii olaraq, başqa dövlətlərə göndərilən vəsaitin həcmi də azalıb.

Bizimyol.info xəbər verir ki, rubl sürətlə dəyər itirir. Noyabrın 27-də günortadan sonra rublun dollara nisbəti 114,74 olub. 2022-ci ilin iyunundan bəri belə aşağı məzənnə qeydə alınmamışdı. Son günlər dəyər itirmə 15 faizdən çox olub.

Mərkəzi Bank 2023-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 47 milyon dollar göndərildiyini açıqlamışdı. Məbləğ böyük görünə bilər, amma 2022-ci illə müqayisədə 2,8 dəfə azalma olduğu bildirilmişdi. Onsuz da son illər şimaldan bizim ölkəyə çox pul gəlmirdi. 2022-ci ildə məbləğin böyük olması daha çox müharibənin başlaması ilə bağlı idi. Həm də pul baratlarının böyük hissəsini heç də azərbaycanlılar göndərməmişdi. Rusiyanı tərk etməyə hazırlaşan yerli vətəndaşlar qaçış planı kimi bu istiqamətə üz tutmuşdu. Azərbaycanlılara qalsa, şimal dövləti bizimkilər üçün əvvəlki qədər əlverişli məkan deyil. Burada böyük pulların qazanılması xeyli çətinləşib. Ölkədə Ukrayna müharibəsinə göndərilmək xofu da yaranıb.

Bundan sonra Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi yalnız azala bilər. Çünki ayrı-ayrı Kreml rəsmilərinin açıqlamaları iqtisadi vəziyyətin xeyli korlanmasına işarə vurur. Üstəlik, milli valyuta kəskin dəyər itirir. Ola bilər ki, rubl yaxın günlərdə mövqeyini sabitləşdirməyə çalışacaq. Amma uzaq planda Rusiya valyutasının möhkəmliyi görünmür. Rublun dəyər itirməsi isə orada pul qazanmağa çalışan miqrantlar üçün yaxşı xəbər deyil. Sanki irəlidə onları yaxşı günlər gözləmir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri