Icma.az
close
up
RU
Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir “Üzv olmaq mənim də istəyimdir” KONKRET

Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir “Üzv olmaq mənim də istəyimdir” KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Meyxanaçı Rüfət Nasosnu (Kərimov) “ARB”də yayımlanan “Günaydın” verilişində birlikdə qonaq olduğu Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olması barədə səsləndirdiyi fikirlərə görə tənqid edilməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, meyxanaçı pravda.az-a açıqlamasında deyib ki, hər bir yazarın, rəssamın, musiqiçinin yaşadığı dövlətdə öz sahəsi üzrə fəaliyyət göstərən ali quruma üzv olması ən böyük arzularından biri olar.

“Təklif edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin adını Azərbaycanda Yazıçılar və Şairlər Birliyi qoysunlar. Çünki AYB-yə yazıçılarla yanaşı şairlər də, qəzəlxanlar da üzvdür. Ola bilər, əvvəllər adı belə olub, buna görə də indiyə qədər dəyişdirilməyib. AYB-yə üzv olmaq mənim də istəyimdir. Çalışıram ki, şeiriyyata geniş yer verim. Təbii ki, mən meyxana şairiyəm, poetik şeirlərdən daha çox istifadə etməyə çalışıram. Meyxana deyənin Azərbaycan Yazıçılar Birliyinin üzvü olması qeyri-adi hadisə deyil. Məndən əvvəl də üzv olanlar olub. Demirəm ki, AYB-yə kimi gəldi, qəbul edirlər, ancaq Elza Seyidcahanın AYB-yə üzv olması birmənalı qarşılanmadı. Çox etirazlar oldu. Bəziləri AYB-ni qeyri-ciddi qurum adlandırdı. Hətta bir neçə nəfəri ittiham etdilər ki, onların təkidi ilə Elza Seyidcahan AYB-yə qəbul edilib. Elza xanımın bəstələri superdir. Musiqi zövqü, mahnıdan anlayışı olan biri kimi Elza xanımın mahnılarına qulaq asıram. Elə mahnıları var ki, zövq alıram. Şeirləri isə… Özü deyir ki, şeirlərində fəlsəfə var. Mən də ali məktəbdə fəlsəfə dərsi keçmişəm. Yəqin, Elza xanımın dediyi mənim keçdiyim fəlsəfədən deyil, başqa fəlsəfədir, mən onu tapa bilmirəm. Bəlkə, bunun üçün dahi filosof olmaq lazımdır? Sərxan Kərəmoğlu verilişdə dedi ki, Elza Seyidcahanın şeirlərindəki fəlsəfəni gələcək nəsillər başa düşəcək. Yəqin, gələcək nəsillərin İQ səviyyəsi 50-100 il sonra yüksək olacaq, Elza xanım onlar üçün yazır. Arada bəzi şeirlərinə qulaq asıram. Özünəməxsusdur. Heç kimə qadağa qoymaq olmaz, sadəcə, məsləhət vermək olar. Elza xanım isə məsləhətləri qəbul etmir. Amma bir insan kimi onu iki gün öncə Xoşqədəm Hidayətqızının verilişində kəşf etdim. Yaxşı insandır, mehriban xanımdır. Buna görə də Elza xanıma çox xoşum gəldi. İnsan kənardan tamam başqa cür görünür, yaxud özünü başqa cür təqdim edir. Ola bilər, Elza xanımın belə etməkdə müəyyən səbəbləri var, özü bilir, biz bilmirik. Verilişin sonunda danışmağa vaxtımız oldu. Çox gözəl təsir bağışladı. Elza xanımın uşaqlığı barədə öyrənmişəm. Bizə qonşu rayondandır. Çətinliklər, əziyyət görmüş insandır. Buna görə də Elza xanımı çox da tənqid etmək istəmirəm. Ola bilər, ona müəyyən adamlar zəng edib deyirlər ki, şeirlərin əladır. Şəxsən məsləhət almadığım adamların fikri mənim üçün önəmli deyil. Yəqin, Elza Seyidcahan müəyyən adamların sözünə etibar edir. Uğurlar arzu edirəm”, – meyxanaçı qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri