Icma.az
close
up
RU
Rüfət Quliyev: Bunun özü də təzyiqdir və futbolçulara təsir edir

Rüfət Quliyev: Bunun özü də təzyiqdir və futbolçulara təsir edir

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının sabiq üzvü, “Qarabağ”ın da formasını geyinmiş Rüfət Quliyev apasport.az saytına müsahibə verib.

- “Qarabağ”ın son dövrlərdəki uğursuz nəticələrini nə ilə əlaqələndirirsiniz? Başlıca səbəb nədir, sizcə?
- Hər bir klubda enişlər, yüksəlişlər olur. Futboldur da, belə hallar yaşanır. "Qarabağ"ın üzərində hamının gözü var, hamının gözləntisi var. "Qarabağ" bizim fəxrimizdir. Çox istəyərdik ki, onlar çox yaxşı nəticələr qazansın. Ola bilsin ki, bunun özü də təzyiqdir və bu da uşaqlara təsir edir. Özü də, həm klubda, həm də milli səviyyəsində uşaqlar həddən artıq çox oyunlar oynayırlar. Zədələr də yaşanır. Uğursuzluqlar ola bilər. Amma "Qarabağ" "Qarabağ"dır, bu, heç bir şeylə əvəzolunmazdır. Yenə də özlərinə gələcəklər, yollarına uğurlar davam edəcəklər.

- Digər tərəfdən isə "Qarabağ" son oyunda "Səbail"lə görüşdə qələbə qazanmağı bacardı. Bu qələbə sayəsində demək olar ki, "Qarabağ" artıq özünə gəldi, yoxsa yenə də oyun mənasında əskiklər görünür?
- Bəli, "Qarabağ" 3 xal qazanmağı bacardı. Qalib də gəlməliydi. Çünki "Qarabağ" "Səbail"dən qat-qat üstün komandadır. Həm göstərdiyi futbolla, həm də təcrübəsi ilə belədir. Xeyr, “Qarabağ”da oyun mənasında əskiklər görünmür. Çünki məşqçilər korpusu tərəfindən tez-tez və çoxlu rotasiyalar edilir. "Qarabağ"ın oyunçu heyəti çox zəngindir. Bu da imkan verir ki, hər bir oyunda istənilən rotasiyaya əl atsınlar. Çox yaxşı haldır. Mənə elə gəlir ki, heç bir əskiklik görünmür. Əsas məqsəd qələbə idi, onu da qazandılar.  

- Ümumiyyətlə, "Qarabağ"ın bu mövsüm Avropa Liqasında sonuncu pillədə yer almasını necə dəyərləndirirsiz? Sizcə, ötən mövsüm az qalsın məğlubedilməz "Bayer"i turnirdən kənarlaşdırmağa yaxın komanda niyə bu mövsüm sonuncu pilləni tutdu?
- Ola bilsin ki, Avropa Liqasının yeni formatına tam uyğunlaşa bilmədilər. Lakin bayaq da yuxarıda dediyim kimi, sadaladığım məsələlər "Qarabağ"ın çıxışına təsirini göstərir. Biz hamımız istəyərdik ki, "Qarabağ"ın yaxşı nəticələri olsun, avrokuboklarda yoluna davam etsin. Amma alınmadı. Güman edirəm ki, yeni sezonda bu cür nəticə olmayacaq, hər şey daha yaxşı olacaq. Qurban Qurbanova və onun komandasına uğurlar arzulayıram.

- Juninyo "Flamenqo"ya, Julio Romao isə "Ferensvaroş"a transfer oldu. Bu haqda fikrin necədir? Onların gedişi "Qarabağ" üçün böyük itkidir?
- Bildiyim qədər Juninyo "Sevilya"ya getməli idi, sonradan "Flamenqo" ilə razılaşdılar. Romao isə "Ferensvaroş"a yollandı. Əslində, bunlar çox yaxşı haldır. "Qarabağ"ın adı Avropada diqqət mərkəzindədir, izlənilir, bu komandanı başqa qitələrdə də tanıyırlar. Bu keçidlərə müsbət yanaşıram. Həmin transferlərə görə klubun maddi gəlir əldə etməsi də, müsbət haldır. Mənfi bir şey yoxdur. 

- Bəs, Kadi Borgesin kluba dönüşünü necə dəyərləndirirsiniz? Öncəki qədər uğurlu olacağına inanırsan?
- Bu, məşqçilər korpusunun qərarıdır. Allah qoysa, doğru olar. Kadinin qayıdışını dəyərləndirmək üçün sadəcə vaxt lazımdır. Premyer Liqadakı oyunlarından sonra onu dəyərləndirə bilərik. İndi üçün Kadi haqda bir söz deyə bilmərəm. Amma əvvəldən onu tanıyırıq, yaxşı futbolçudur. Sadəcə indiki durumu haqda söz demək üçün,  bir neçə oyun oynamalıdır. Məhz ondan sonra haqqında danışa bilərik. 

"Adana Demirspor"un prezidenti istefa verdi Dünya reytinqi: "Qarabağ" gerilədi, "Zirə"nin mövqeyi dəyişmədi "Neftçi" Zirə səfərində - YENİLƏNİR "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı - YENİLƏNİR Ülvi İsgəndərov: “Təklif gələrsə, dəyərləndirərəm”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri