Rüfət yenə debüt edə bilmədi,
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xorvatiya çempionatında 2-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” səfərdə “Slaven Belupo”nun qonağı olub.
24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun yeni klubunda rəsmi debütü yenə baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. Onun yoxluğunda komandası 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, 2 turdan sonra 1 xalı olan “Varazdin” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Kollektiv 3-cü turda öz meydanında “Osiyek”i qəbul edəcək. Avqustun 17-də keçiriləcək görüş Bakı vaxtı ilə 20.45-də start götürəcək.
Baxış sayı:90
Bu xəbər 11 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















