Ulduz tennisçinin zədəsi ciddi ola bilər: MRT müayinəsinə göndərildi
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İspaniyalı tennisçi Karlos Alkarasın ATP-nin Yekun Turnirində və Devis Kubokunda iştirakı sual altına düşüb.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Alkaras noyabrın 19-da MRT müayinəsindən keçəcək. Müayinənin nəticələri onun Turin şəhərində keçirilən ATP Yekun Turnirində mübarizəni davam etdirib-etdirməyəcəyinə, eləcə də gələn həftə İspaniya millisinin heyətində Devis Kubokunun final mərhələsində iştirakına aydınlıq gətirəcək.
Dünya reytinqinin üçüncü pilləsində qərarlaşan tennisçi noyabrın 18-də qrup mərhələsinin ikinci görüşündə rusiyalı Daniil Medvedevi 6:2, 6:4 hesabı ilə məğlub edib. Bununla da o, “İvan Lendl” qrupunda iki qələbə qazanaraq yarımfinala yüksəlməyi təmin edib.
Lakin qarşılaşmanın ikinci setində Alkaras sol ayağının arxa bud əzələsində ağrı hiss edib. O, 2:1 hesabı ilə öndə olduğu vaxt tibbi fasilə istəyib və fizioterapevtin müdaxiləsindən sonra ayağına sarğı qoyularaq oyuna davam edib.
İspaniyalı tennisçi görüşdən sonra vəziyyətinin qiymətləndirilməsi üçün qarşıdakı iki günün vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu cür hallarla əvvəllər də qarşılaşması bədənini daha yaxşı tanımasına və düzgün qərar verməsinə kömək edir.
Alkarasın cümə günü Flavio Kobolli ilə qrup mərhələsinin son oyununa çıxması nəzərdə tutulub.
Qeyd edək ki, İspaniya millisi noyabrın 24-29-da Bolonyada keçiriləcək Devis Kubokunun final mərhələsində mübarizə aparacaq. Komanda ilk görüşünü noyabrın 26-da Avstriyaya qarşı keçirəcək. Baş məşqçi David Ferrer zədə səbəbindən yarışdan kənarda qalan Alexandro Davidoviçin əvəzinə artıq Dani Meridanı heyətə cəlb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Noyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















