Icma.az
close
up
RU
Ruh qardaşı Bayram Məmmədov yazır

Ruh qardaşı Bayram Məmmədov yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Qaranlıq gecələrdə göy üzündə görünən işıq gözlərimizi çəkir. O işığı zülmətdən sıyrılaraq açılacaq səhərin dan yerinin gəlişinə düşən işığı bilirik - ümid işığı. Ümid işığı bəşərin gözlərini daha doğmalıqla süsləyir. İşıqlı insanlar da belədi - ümid yeri, mədəd yeri, xeyirxahlıq ünvanı...

Aylara, illərə təkcə zaman vahidi kimi baxmayanların sırasında olmuşam; ayları, illəri ömürləşdirənlərə - Simurq ömrü yaşayanlara hamı, hamı gözəl insan deyib, onları belə tanıyıb, belə sevib. Belə tanıma, belə tanınma həmişə bir deyimlə tamamlanıb: "Nə yaxşı dünyada yaxşılar varmış!" Bu şükranlığa qəlbitəmizlər bəşəri şükranlıq deyir...

1954-cü il iyulun 17-də Zəngilan şəhərində anadan olan, 1971-ci ildə Zəngilan şəhər orta məktəbini, dörd il sonra V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji  Universitetini) bitirən Faiq Kərimov da belə ömür yaşayıb.

Faiq müəllimin də ömrü bir yol idi; 1975-ci ildə Mincivan qəsəbəsindəki N.Nərimanov adına orta məktəbdə tarix müəllimi işləyirdi (sinifdə şagirdlərinə tarixdən danışırdı, tarix danışırdı, tarixi danışdırırdı, sonralar əlinə silah aldı - tarix yazanların sırasında oldu)...

1976-cı ilin aprelində hərbi xidmətə çağırıldı. O da şagirdlərinə Vətəni sevdirə-sevdirə tanıtdığı Azərbaycanın timsalında Vətən dedizdirilən əraziləri qorumağa getdi. Murmansk vilayətində, sonra Peçenka qəsəbəsində hərbi xidmətdə oldu, günləri ay, ayları il eləmədi, xidmət elədi...

Hərbi xidmətdən sonra Zəngilana qayıtdı, 1977-ci il noyabrın 1-də Şayıflı kənd orta məktəbinə tarix müəllimi təyin olundu. "Hər dəfə sinif otağına daxil olanda şagirdlərimin baxışlarında öyrənmək həvəsi görmək istəyirdim. Bu istəyi duyanda mənə elə gəlirdi ki, dünya deyilən məkan elə bu sinif otağıdı, 45 dəqiqədə şagirdlərimlə birlikdə dünayanın bir dövrünün bir hadisəsinin iştirakçısı olacağıq. Ayları il eləyirdik - mən öyrədə-öyrədə, şagirdlərim öyrənə-öyrənə...", - Faiq müəllim könüldaşlarına həmişə səmimiyyətlə belə deyərdi...

O illərdə alitəhsilli mütəxəssislərin partiya sıralarına qəbul edilməsi olduqca çətin idi, əyalətlərdə daha çətin idi (milli amillər aşkarlanmasa da, ciddi nəzərə alınırdı). Partiya sıralarına namizəd yüksək savada malik olmalı idi, rus dilini orta səviyyədən aşağı olmayan səviyyədə bilməli idi, geniş dünyagörüşü ilə fərqlənməli idi, dövlətə sədaqətini fəaliyyətində təsdiqləməli idi, ideologiyanın dönməz daşıyıcısı kimi tanınmalı idi, buna üç nəfər zəmanət verməli idi. Faiq Kərimov bu xarakterə malik müəllim kimi tanınırdı və rayon rəhbərliyi bunu bilirdi. Belə tanınma 1979-cu ildə Faiq Kərimovun partiya sıralarına qəbul olunmasında qeyri-rəsmi (ancaq rəsmi!) zəmanət oldu. Gənc müəllim gənc kommunist kimi fəallığıyla daha da fərqləndi, bu fəallığı rayonun rəhbərliyi, rayon partiya təşkilatı ideoloji işin tərkib hissələri kimi dəyərləndirdi. Partiya siyasi təhsil sistemində müəllimlik qabiliyyəti siyasi dünyagörüşlə çulğaşaraq məqsədə işıq oldu, nur oldu; yaxşı nitq qabiliyyəti ilə dinləyənləri bu və ya digər mətləbə inandıra bilirdi. "Mən müəllimliyi Soltan Məcid Qənizadə, Firidun bəy Köçərli kimi pedaqoqlarla bir sırada Abdulla Şaiqin düşüncləriylə səciyyələndirirəm. Onun bir kəlamını heç zaman unutmaram: Müəllimin müəllimliyi ilk dərs gününün ilk saatından bilinir. Mən ilk dərs saatımdan üzü bu yana böyük pedaqoqun məsləhət-kəlamını unutmamışam...", - Faiq müəllim həmişə belə deyərdi, müəllimlik peşəsinə sevgi ilə deyərdi, bu peşəni sevdirə-sevdirə deyərdi. Müəllim olanda da, sonralar da bunu hamı eşitmişdi...

1981-ci ildə Zəngilan rayon partiya komitəsi Faiq Kərimovu daxili işlər orqanlarında xidmətə məsləhət bildi və göndərdi. Zəngilan rayon daxili işlər şöbəsində həddi-buluğa çatmayanlarla iş üzrə inspektor vəzifəsinə təyin olundu. Bu vəzifə də mahiyyəti baxımından pedaqoji iş idi - məktəb olmasa da, sinif otağı olmasa da, dərs soruşmaq olmasa da, qiymət yazmaq olmasa da, izah etmək vardı, anlatmaq vardı, nələrisə aşılamaq vardı, inandırmaq vardı... Burada işləmək də pedaqoji proses idi. Qısa müddətdə bu sahədə nəzərəçarpacaq irəliləyişlər hiss edildi, hiss edilənlər etiraf olundu; bu təyinat özünü tam doğrultmuşdu...

Yaxşı iş işıq kimidi - uzaqlardan da seçilir, görünür. Faiq Kərimov ad-soyadlı bir polis zabitinin qabiliyyəti, bacarığı, dövlətə sədaqəti Daxili İşlər Nazirliyinə də məlum olmuşdu. Nazirlikdə nə vaxtsa müvafiq əmr imzalanacaqdı. İmzalandı. 1986-cı ildə. Faiq Kərimov Qubadlı rayon daxili işlər şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olundu. Bu, yeni xidməti vəzifələr yeri idi...

Yeni təyinat yeni iş üslubu demək idi, tamamilə yeni bir sahə demək idi; əvvəliki iş prinsiplərinin bazasında yeni xidməti vəzifələr yerinə yetirəcəkdi. İndi xidmətin miqyası bütöv bir rayon idi, bu vəzifə böyük bir rayonun cinayətkarlıqla mübarizə şəbəkəsinin ən məsul vəzifələrindən biri idi. Faiq Kərimov bu vəzifəni böyük məsuliyyətlə yerinə yetirirdi.

1991-ci ildə Faiq Kərimov rayon daxili işlər şöbəsi rəisinin xidmət üzrə müavini təyin edildi. Bu təyinat da məsuliyyətli təyinat idi. Daxili işlər orqanalrında xidmətdə bacarıq, qabiliyyət, səriştə varsa, çətinlik olmur...

Zaman başqalaşmışdı, ermənilər "xırda budaqların üstə oturub böyük budaqları silkələyirdi" (Eldar Baxış); Ermənistanın Azərbaycandan əsassız ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb olmuşdu. Ordu hissələrimiz döyüşürdü, könüllülər döyüşürdü, xalqın ruhu döyüşürdü, polis işçiləri döyüşürdü. Belə bir şəraitdə Faiq Kərimovu Kalinin şəhərindəki Milis Akademiyasında qiyabi təhsil almağa göndərdilər. Müharibənin genişlənəcəyi ehtimalı yüksək təhsilə malik olan polis kadrlarına ehtiyac yaradırdı; müharibə xalqın müharibəsi idi və bu müharibədə polislər də ciddi döyüşlərə cəlb olunurdu, ərazilərin müdafiəsində onlar da bilavasitə iştirak edirdi.

Akademik təhsil başa çatdı...

Vətənsevərlik işğalçılıqla döyüşürdü, azərbaycançılıq erməniliklə döyüşürdü...

Faiq Kərimov da döyüşürdü. Həm silahıyla, həm də inamıyla...

Faiq Kərimov 1992-ci ildə Qubadlı rayon daxili işlər şöbəsi rəisinin əməliyyat üzrə müavini vəzifəsinə təyin olundu. Bu təyinat da müharibə şəraitində rayonda asayişin daha ciddi şəkildə qorunmasına, eləcə də torpaqların müdafiəsinə yönəldilmiş təyinat idi. Faiq Kərimov bu etimadı da böyük məsuliyyətlə yerinə yetirməyə başladı...

O vaxtlar xəbər çatmışdı ki, düşmən bu igid zabitin öldürülməsi üçün mükafat vəd edib - mərdliklə bacarmadığını namərdliklə həyata keçrimək istəyirdi. Onda təkcə şöbənin əməkdaşları deyil, ümumən rayonun əhalisi, əhalinin məskunlaşdığı ərazilərin əhalisi rəisin qətiyyətindən heyrətlənmişdi, hamısının döyüş əzmi, qələbə ruhu yüksəlmişdi: "Yüzlərlə Faiq Vətənin bircə qarış torpağı üçün şəhidliyinə hazırdır. Mən də Vətənin əsgəriyəm, son nəfəsimə kimi döyüşəcəm..."

Faiq Kərimov 1993-cü ildə Qubadlı rayon daxili işlər şöbəsininin rəisi vəzifəsinə təyin olundu. 

Faiqin ruhu da əsgər idi - zabit rütbəsində, daxili işlər şöbəsinin rəisi vəzifəsində Vətənin döyüşçüsüydü. Vəzifə borcunu insani borcu ilə vəhdətdə yerinə yetirirdi...

Ordumuzun ilk hücum əməliyyatlarından biri olan Horadiz əməliyyatında Faiq Kərimov da iştirak etmişdi. Qələbə qazanılanda döyüşçüləri o da bağrına basmışdı, o da döyüşçülərimizə əminliklə demişdi ki, Azərbaycan Ordusu ərazilərimizi işğaldan tamamilə azad edəcək...

1995-ci ildə Polis Akademiyasını da bitirdi...

Qubadlı işğal olundu. Daxili İşlər Nazirinin əmri ilə Qubadlı rayon daxili işlər şöbəsi fəaliyyətini Füzuli rayonunun ərazisində davam etdiririrdi; qubadlılar respublikanın müxtəlif rayonlarında məskunlaşmışdı. Fəaliyyətin miqyası dəfələrlə genişlənmişdi. Bu, operativliyi ləngidə bilərdi. Bunu ancaq düzgün iş prinsipi, xidmətə böyük məsuliyyətlə aradan qaldırmaq olardı. Polkovnik-leytenant Faiq Kərimovun rəhbərliyi ilə xidmət məhz belə aparılırdı. Şöbə vəzifə borcunu məsuliyyətlə yerinə yetirirdi - cinayətkarlığa qarşı mübarizə tələb olunan səviyyədə davam etdirilirdi. Həm də işğalın davam etdiyi dövrdə, müharibədə, işğal olunmuş ərazilərin yaxınlığında! Asayiş də qorunurdu, torpaq da, vətəndaşların hüquqları da, vaxtaşırı hücumlara, həmlələrə məruz qalan ərazilər də, qanun da, dövlətçilik də tam ciddiyəti ilə qorunurdu...

Faiq Kərimov ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2008-ci li tarixli 2912 nömrəli sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

2010-cu ilə kimi Qubadlı rayon daxili işlər şöbəsinin rəisi işləyən, yaş həddinə görə polkovnik rütbəsində tərxis edilən Faiq Kərimov 2010-cu ildə Sumqayıt şəhər məhkəməsi sədrinin köməkçisi, 2012-ci ilin noyabrında Abşeron Rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbəsi üzrə nümayəndəsi təyin edildi. Bu müddətdə qəsəbədə böyük abadlıq və quruculuq işləri aparıldı - yol çəkildi, məktəblər təmir olundu, məhəllələr abadlaşdırıldı...

Faiq Kərimovun əməyi yüksək qiymətləndirildi: Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə irəli çəkildi. 2013-2015-ci illərdə Abşeron rayonu İcra Hakimiyyəti başçısının müavini, 2015-2018-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib...

Abşeron rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2014-cü il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi. Bu, yorulmaz zəhmətin və ardıcıl mübarizənin laqiqli qiymətləndirilməsinin təntənəsi idi.

Faiq Kərimov dövlətə sədaqətlə xidmət edirdi. Bu xidmət sənədlərdə də yaşayır, insanların yaddaşında da. Onun ömür yolunu əks etdirən rəmzi kitab həm də xatirələr biçimində yazılır.

Faiq Kərimov 70 yaşında - 2024-cü ilin sentyabrın 18-də həyatdan köçdü.

Dostluğu, mərdliyi, igidliyi, məğrurluğu zaman-zaman anılacaq - yaşadılacaq...

Cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında, cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə, uzun illər qüsursuz xidmətlərinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. "Qüsursuz xidmətlərinə görə" medalının hər üç dərəcəsi ilə, "Daxili İşlər Nazirliyində əla xidmətlərə görə" döş nişanı ilə təltif olunub, dəfələrlə Azərbaycan Respublikas Daxili İşlər Nazirliyinin Fəxri Fərmanına layiq görülüb...

"Ən böyük mükafatım camaatın təşəkkürü olub...", - polkovnik Faiq Kərimov sözarası belə deyirdi...

Faiq Kərimov Vətəni sevənlərin hamısının ruh qardaşıydı...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri