Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

Onun həyat düsturu Bayram Məmmədov yazır

Onun həyat düsturu Bayram Məmmədov yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

İlkin yazda güzarın meşə ətəklərinə düşəndə baxışların bənzərsiz duruşuyla diqqətini çəkən bənövşədən üzülmür. Bu əsrarəngiz gözəlliyi gözlərinə, gözlərindən könlünə köçürə-köçürə pıçıldayırsan: Nə bir könül doyur, nə göz əl çəkir. Əlin bənövşənin titrəşən ləçəklərində gəzişir. Bu ünsiyyət düşüncələrinin sırasının sığalına dönür. Yaxşı insanla, el-obasını sevən insanla, illərini Vətən üçün yaşayan insanla ünsiyyət də sənə belə könül xoşluğu verir.

Bu qış günü neçə on illərin əvvəli ilə səsləşən xoş xatirələr mənə bənövşə ləçəyinə toxunuş əvəzi oldu. Təsadüfüydümü, zərurətiydimi, hər nəyiydisə, bu xatirələr zəngilanlıların da, Azərbaycan elminin də sevdiyi (və sevdirdiyi!) Atlıxan Xanməmmədova ad olan xatirələriydi, eyni gündə, eyni saatda doğulan, eyni ildə, ayda, bir gün fərqlə dünyadan köçən iki əkiz alim qardaşdan birinə...

Atlıxan İsgəndər oğlu 1911-ci ildə Zəngilan rayonunun Məlikli kəndində anadan olmuşdu. Əkiz qardaşı Ziyadla birlikdə Zəngilan kənd məktəbində təhsil aldıqdan sonra 1927-ci ildə Zaqatala kənd təsəərrüfatı texnikumuna daxil oldular. 1931-ci ildə təhsillərini uğurla başa vuraraq Zəngilana qayıtdılar, rayon torpaq şöbəsində işlədilər. Ziyad həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstituna daxil oldu. Ziyad kimi ali təhsil almaq, elmi axtarışlar aparmaq üçün Atlıxan üç illik əmək fəaliyətindən sonra 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinin daxil oldu. Atlıxanın təbiətə vurğunluğu onu təbiəti öyrənməyə istiqamətləndiribmiş. Bu sevginin ödənci zəhmət olacaqdı, zəhməti nəticəyə daşıyan maraq, istək, niyyət olacaqdı. "Təbiət ən ustad müəllimdir..." - Atlıxan müəllim həmsöhbətlərinə belə deyərmiş...

Ali təhsil aldıqdan sonra -1939-cu ildə doğma rayonlarına qayıdaraq kimya-biologiya müəllimi işlədi. Az müddətdən sonra onu məktəb direktoru təyin etdilər; bacarıqlı müəllim kimi tanınan (və sevilən!) Atlıxan İsgəndər oğlu həm də tədris təşkilatçısı kimi tanındı (və sevildi!). "Böyük dünyaya aparan yol sinif otağından başlayır..." - Atlıxan müəllimin deyimlərindəndir...

Tələbəlik illərindən elmi tədqiqatlara marağı vardı. Azərbaycanımızın faunasını öyrənmək istəyirdi, hamının bildiklərini bilirdi, hamının bilmədiklərini də bilməyə niyyətli idi. Bu niyyət Atlıxan İsgəndər oğlunun düşüncələrinin işığına dönmüşdü...

Yüksək mənəvi keyfiyyətlərə malik olan, qarşılıqlı ünsiyyəti münasibət düsturu bilən, kollektivin fəaliyyətində yaranan irili-xırdalı hadisələrə ağsaqqal münasibəti ilə fərqlənən, sözü eşidilən Atlıxan Xanməmmədov istəyini gerçəkləşdirmək üçün Bakıya döndü. Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda davam etdirdi fəaliyyətini. Gördü ki, istəkdən niyyətə, niyyətdən gerçəkliyə yetməyə bir qətiyyət bəs edirmiş. O qətiyyətə Atlıxan Xanməmmədov Zoologiya institutunda kiçik elmi işçi, baş elmi işçi, onurğalılar şöbəsinin müdiri vəzifələrində işləyib.

1954-cü ildə "Azərbaycanda toyuqkimilərin təsərrüfat əhəmiyyətli əsas növlərinin yayılması və ekologiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etdi, biologiya elmləri namizədi alimlik dərəcəsi aldı.

Azərbaycanın faunasını (heyvanlar aləmini, Azərbaycanda yaşayan, Azərbaycanın göylərində qanad çalan quşların həyat tərzini, anatomiyasını, təbiətlə ünsiyyətini) öyrənirdi - məmləkətimizi bölgə-bölgə, kənd-kənd, oymaq-oymaq, oylaq-oylaq gəzirdi. Bu, səyahət deyildi, elmə sərf edilən aylar-illəriydi, aylardan-illərdən aldıqlarını elmi axtarışlar biçimində elmə verirdi. Belə alimlərə "Quşu uçuşundan tanıyır" - deyirlər.

Atlıxan Xanməmmədov Azərbaycanda toyuqkimi quşların növ tərkibini, biologiyasını tədqiq edirdi. Təbii ki, belə tədqiqlər nəzəri biliklər əsasında müşahidələrlə davam etdirilir. Səbr, həvəs, məsuliyyət və sevgi - elmi fəaliyyətin, həm də təcrübi elmi fəaliyyətin nəticələri bu parametrlərlə müəyyənləşir. Atlıxan Xanməmmədov mükəmməl elmi nəticələrə görə Azərbaycanın müxtəlif zonalarına ekspedisiyalara gedirdi. Həm də özünün elmi təxminlərini gerçəkləşdirə biləcək zonalara. Gedirdi, quşların təbiətdə davranışını (həm də təbiətlə davranışını) izləyirdi, çoxalma yollarını, sayını müəyyənləşdirirdi; gediş-gümanlar, dönüş-elmi məqalələr olurdu...

60-cı illərin sonlarında Atlıxan Xanməmmədov Zoologiya İnstitutunun Həmkarlar Komitəsinin sədri idi. İşgüzarlığının, gileyi gerçəklikdən ayırd etmək bacarığının, çətinliyi olanlara kömək etmək istəyinin,.. zəmanəti ilə kollektivinin rəğbətiylə əhatələnmişdi.

Həmkarlar Təşkilatları Konfederasiyasının plenumunda komitənin fəaliyyəti dəyərləndirilmiş, sədr olaraq Atlıxan Xanməmmədova pul mükafatı verilmişdi. Xarakteri etibarilə səxavətli, dost-yoldaş mehr-ülfətli Atlıxan müəllim 7-8 nəfər əməkdaşla "Dostluq" restoranına gedib. Məclisin bir məqamında Atlıxan müəllim harasa çıxıb (bir azdan biləcəkdilər ki, onu dostlarının əhatəsindən gələndə gördüyü bir mənzərənin marağı çəkib-aparıb). Gözləyiblər, gəlməyib. Çox gözləyiblər. Narahat olublar. Kimsəyə hiss etdirmədən axtarıblar. Atlıxan müəllimi binanın bir tərəfində yuva qurmuş quşun hərəkətlərini diqqətlə izləyən görüblər. Əlində kağız-qələm: balalarını necə yemləyir, hər uçuşa nə qədər vaxt gedir, dimdiyində nə gətirir,.. - bunları müşahidə edirmiş; "Ovu bərəsində vuran ovçu" istilahı var və bu istilah əksər hallarda xarakter göstəricisi olur. Atlıxan müəllim həmin gün "ovu bərəsində vurmuşdu". Həmkarlarına məsləhət görürdü ki, materialları müşahidə əsasında toplayın...

Sənəd (diplom) yiyəsi olmaq üçün təhsil alanlar ictimaiyyətdən əvvəl özünü aldadır. Mövlanə demiş, belələri nə göründüyü kimi olur, nə də olduğu kimi görünür. Belələrinin diplomu olsa da, bəsit düşüncəli kimi tanınırlar, onların dünyagörüşü məhdudluğuyla, hadisələrə münasibətiylə, səbatsızlığıyla, sürüşkənliyiylə seçilir. Atlıxan müəllimin ali təhsilə münasibəti həmişə belə olub. İllərini belə yaşayıb - təhsil, elm fədaisi kimi. "Təhsil işıqdı, özünü işıqdan məhrum eləmə" - bu kəlamı Atlıxan müəllim də sevib. Sevib və sevdirib. Özü ali təhsil alanda da, orta məktəbdə müəllim işləyəndə də, elmlə məşğul olanda da.

"Oxumaq, öyrənmək istəkdir, məqsəddir. Bu məqsədin başlanğıcı kitablarla ünsiyyətdir. Başlanğıcdan nəhayətə aparan yol ürəyindən keçmirsə, ruhun yorulacaq, yorulan ruhun ömrünü yoracaq. Unutmayın ki, yarı yolda yorulan ömür sonda unudulur..." - Atlıxan müəllim tələbələrinə, aspirantlarına, gənc iş yoldaşlarına belə deyirdi. Elmə bu niyyətlə gələnlər böyük uğurlar qazanırlar..." - demişdi, qürurla bir-neçə aspirantının adını çəkmişdi, onların böyük uğurlar qazanacağını bildirmişdi...

Zəngilanı da sevirdi. Zəngilanın timsalında Azərbaycanı da. Bu sevgidə bir aludəlik vardı, vurğunluq vardı. Bu sevgi onun düşüncələrinin nizamı idi, duyğularının işığı. Atlıxan müəllim əkiz qardaşı Ziyadla dost idi. Müqayisəyəgəlməz mehriban münasibətləri vardı. Tanıyanlar deyirdi ki, Ziyada böyük qardaş ehtiramı vardı. Bu münasibət milli mentalitet səviyyəsindəydi və görənlərin əksəriyyəti bilmirdi ki, onlar arasında böyüklük-kiçiklik fərqi cəmi... on dəqiqədir. Bu qardaşların Zəngilana sevgisi də, Azərbaycana sevgisi də bir-birinin bənzəri idi. Biri Azərbaycanın faunasını öyrənirdi - Azərbaycanı öyrənirdi. Biri florasını öyrənirdi - Azərbaycanı öyrənirdi.

Tanıyanlar Atlıxan İsgəndər oğlunu gözəl insan, qayğıkeş yoldaş, sədaqətli dost kimi xatırlayırlar. Onu da deyirlər ki, Atlıxan müəllim lətifə danışmağı da sevərdi, lətifə dinləməyi də. Bu anlamda güclü yumor hissi olub Atlıxan müəllimin. Belə bir insanın elmdə ciddi tələbkarlığı da bəyənilirdi; hamı bilirdi ki, nə tələb olunursa, elmə görə tələb olunur, bir də alimin nüfuzuna görə. Elmi işləri dəqiqliklə, ardıcıllıqla, vaxtında yerinə yetirmək - Atlıxan Xanməmmədovun elmi-tədqiqat aparma düsturu həmişə belə olub.

Tarixdə tikilən qalır, yaradılan qalır. Ancaq hər tikilən, hər yaradılan tarixə tarixi hesabat olmur - yarandığı dövrdə xalqın mədəniyyətinin nişanəsidirsə, xalqın mədəniyyətindən nişanəsidirsə, təfəkkürün yaratdığı xalqın düşüncələr sisteminin zərrəsidirsə, yaşadılır.

Atlıxan Xanməmmədov institutda "Zoologiya muzeyi" yaradılmasını zəruri sayırdı. Bilirdi ki, respublikaların bəzilərində belə muzey var. Zoologiya İnstitutunun rəhbərliyi Atlıxan müəllimin təşəbbüsünü bəyəndi: Zoologiya İnstitutunun nəzdində "Zoologiya muzeyi" yaratmaq. Rəhbərlik bu məsuliyyətli işi Atlıxan müəllimə həvalə edib. Düşüncələrdən fəaliyyətə, fəaliyyətdən gerçəkliyə başlanğıcın özünə də sevgi gərəkdi. Atlıxan müəllim muzeyi bu sevgi ilə yaradırdı. Muzey eksponat deməkdir. Belə muzeylərin eksponatını haradansa götürüb ekspozisiyada yerləşdirmək mümkün deyil. O eksponatları yaratmalısan. Həm də yaradacağın (yaradılacaq) eksponatın fiziologiyasına mükəmməl bələd olmalısan. Muzeyin eksponotları təkcə Azərbaycanın faunasının tarixi deyildi, həm də Azərbaycan ərazilərinin həyat, yaşayış nişanələri idi. Bu muzeyi zooloji-tarixi muzey adlandıranlara haqq qazandırıram.

Atlıxan Xanməmmədov Azərbaycanın rayonlarından müxtəlif növ sürünənlərin, məməlilərin, suda-quruda yaşayanların, ...nümayəndələrinin müqəvvalarının hazırlanması (Respublika Təbiəti Mühafizə Komitəsinin icazəsi ilə) diqqət tələb edirdi, məsuliyyət də, təfəkkür də. Atlıxan müəllim 1971-ci ildə zoologiya muzeyini yarada bilmişdi. Sonra bu muzeyin müdiri vəzifəsində işləmişdi (1971-1986).

Atlıxan Xanməmmədov Azərbaycanda qırqovulların sayını artırmaq üçün Bərdə rayonunda  xususi baza yaratmış, bu təbiət gözəllərinin yetişdirilib respublikamızın müxtəlif meşə və guşələrinə buraxılması yolunda diqqətəlayiq işlər görmüşdür. Sevindirici haldır ki, tanınmış alim olan həmyerlimizi Azərbaycanın ilk ornitoloqu hesab edirdilər.

Həyatının son illərində Atlıxan Xanməmmədov respublika kimya-biologiya təmayüllü məktəbdə biologiya müəllimi işləmişdi. Burada müasir tipli biologiya muzeyinin yaradılmasına da nail olmuşdu.

Mütəxəssislər Atlıxan Xanməmmədovun "Azərbaycan toyuqkimiləri" əsərini analoqu olmayan dəyərli monoqrafiya adlandırır.   

"Azərbaycanın şimal-şərq bölgəsinin ornitofaunası" kitabının, "Azərbaycan faunası" elmi monoqrafiyasının həmmüəlliflərindən biri, "Naxçıvanın ornitofaunası", "Azərbaycanın ov quşları", "Azərbaycan quşları və onların təsərrüfat əhəmiyyəti" kimi kitabların müəllifidir. "Azərbaycanın toyuqkimiləri" monoqrafiyasını Moskva Dövlət Universitetinin, Sankt-Peterburq Zoologiya İnstitutunun zooloq-alimləri yüksək dəyərləndirirdi.

Atlıxan müəllim elmə auditoriyadan gəlməmişdi, ictimaiyyətin nəfəsiylə süslənmiş xarakteri ilə həyatdan gəlmişdi. Bu gəliş təbii ki, dönməzliyin başlanğıcı olacaqdı.

Atlıxan müəllimin elmi təcrübəsini, təcrübəsi isə elmini zənginləşdirmişdir. Bu qarşılıqlı vəhdət həm elm, həm də təcrübə sahəsində daha çox fayda vermişdir. Bu, elmə həyatdan gəlməyin bəhrəsidir.

Apardığı elmi-tədqiqat işlərinin səmərəliyinə görə dəfələrlə Elmlər Akademiyasının Rəyasət Heyətinin təşəkkürlərinə, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanlarına, "Əməkdə fərqlənməyə görə" medalına layiq görülüb...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 08 İyul 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see427

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see278

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see264

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see257

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see255

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see251

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see248

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see247

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see241

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see235

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see234

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see222

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see222

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see217

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see213

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see204

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see203

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see182

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see169

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri