Icma.az
close
up
RU
Həyat fəlsəfəsi Bayram Məmmədov yazır

Həyat fəlsəfəsi Bayram Məmmədov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Sədətqulunun Qacarlar nəslinə mənsub olduqları ehtimal edilən ulu babaları Zəngilanın Vejnəli kəndinə Cənubi Azərbaycandan gəlib. Atası Cəfərqulu kişi qədim Vejnəli kəndinin köklü sakinlərindən idi. Bu kənddə həyatın yenidən canlanması onun babalarının adı ilə bağlıdı. Bu nəsil nənki Vejnəli kəndinin, həm də qonşu kəndlərin əhalisi üçün də güvənc yeri idi. Bu, ruhun eyniliyinə görə beləydi və bu eynilik tarixi gerçəkliyin təzahürü kimi yaşadılacaqdı...

1922-ci ildə dünyaya göz açan Sədətqulu ailənin üçüncü övladı idi. Adi olmayan iradəsi ilə seçilirdi. Atası onu təsərrüfat işlərinə cəlb eləməzdi, ona elə gəlirdi ki, Sədətqulunu əməyə cəlb eləsə, oxuya bilməyəcək. Bunu isə qətiyyən arzulamırdı. Oğlunu oxutmaq istəyirdi. İstəyirdi ki, Sədətqulu da digərləri kimi təhsil alsın, "əli quru, ayağı quru" güzəran yaşasın. "Biz oxuya bilmədik, eldən-elə köçə-köçə, ocaq dəyişə-dəyişə illər yormuşuq. Barı balalarımız bir gün görsünlər...", - dünənlərə təəssüflə, sabahlara istəklərlə göy üzünə baxardı...

Sədətqulu oxudu. Özünün də təhsilə böyük həvəsi vardı. Atasının niyyətini də başa düşürdü. O illərdə təhsilli oğul atası olmaq hər ataya nəsib olmurdu.

Vejnəli kəndində ibtidai məktəbdə, sonra 14-15 kilometr aralıda Bartaz kəndindəki məktəbdə oxudu. Tay-tuşlarından təhsilə həvəsi ilə fərqlənirdi. 11 yaşlı uşaq piyada necə gedib-gələydi, dağları necə aşaydı, meşələri necə keçəydi... Cəfərqulu kişi düşünclərini bir yana çıxarda bilmirdi. "At alacam. Qoy məktəbə atla gedib-gəlsin", - qərara aldı. Çəkinmədən bu yaşda uşağa at etibar elədi. Qarda-çovğunda da, istidə-bürküdə də Sədətqulu məktəbə atla gedib-gəlirdi. Göy atla ağ günlərin işığına tələsirdi Sədətqulu. Ata süvar olanda elə bilirdi ki, dünya onundu, Göy at onu sonuncu sinifə çatdıracaq. 1937-ci ildə, 7-ci sinfi bitirdikdən sonra rayon mərkəzindəki Pircivan kənd orta məktəbində oxudu. Dərs günlərində göy atın qantarğasından bərk-bərk yapışardı, göy at onun niyyətini duyardı. Hərdən zarafatla deyərdi: "Koroğlunun Qıratı olub, Qaçaq Nəbinin Boz atı, mənim Göy atım var..."

Orta məktəbi bitirdi...

İkinci Dünya müharibəsi başladı. Müharibənin qara əlləri Zəngilana, Vejnəliyə də çatdı. Kənddən neçələri getmişdi davaya. Hamı qəhərini kirmişcə çəkirdi. Onu da, böyük qardaşı Rzaqulunu da müharibəyə çağırdılar.

Zəngilan rayon hərbi komissarı demişdi ki, cəbhəyə hər ailədən bir nəfər aparılır. Neçələri bundan çarəsiz təsəlli tapmışdı. Ailədən biri müharibəyə göndəriləndə yaşı döyüşçü yaşına çatan o birisi müharibəyə aparılmırdı, arxa cəbhədə xidmət edirdi.

Rzaqulunu müharibəyə apardılar, Sədətqulu hərbiləşdirilmiş Culfa-Mincivan dəmiryoluna gözətçi göndərildi. Təhsil ala bilməyəcəkdi. Müharibə onun oxumaq arzusunu ürəyində qoydu. 1941-1946-cı illərdə Culfa-Mincivan dəmiryolu sahəsində gözətçi işlədi, yaxşı işinə görə 1942-ci ildə partiya sıralarına qəbul edildi...

İllər belə keçdi...

Müharibə başa çatdı... Sədətqulu 1946-1947-ci illərdə Ordubad stansiyası ərazisində yol briqadiri işlədi. 1947-ci ilin sonlarında Ağbənd dəmiryolu stansiyasında stansiya növbətçisi vəzifəsinə təyin edildi. Bir sıra təmir-bərpa və yaşıllaşdırma işləri apardıqdan sonra Sədətqulunun təşəbbüsü, kollektivin gücü ilə kohnə yarımuçuq stansiya binasının yerində yeni bina tikildi. Rəhbərlik bu fədakarlığı dəyərləndirdi, kollektiv pul mükafatına layiq görüldü, Sədətqulu isə "Əla hərəkətçi" döş nişanı ilə təltif edildi.

Sədətqulu 1948-ci ildə isə Ağbənd dəmiryolu stansiyasına stansiya rəisi təyin olundu. Bu vəzifə dəmiryol idarəsində böyük və məsul vəzifə hesab edilirdi. Azərbaycan Dəmir Yol İdarəsinin Ələt şöbəsinin rəisi Ağbəndə gəlmişdi, Sədətqulunu kollektivə təqdim  etmişdi.

Müharibəyə görə təhsil ala bilməmişdi. Şəraitə görə istəyinin işığına getməmişdi, zamanını gözləmişdi. Ağbənd stansiyasının rəisi vəzifəsində işləyəndə Tbilisidə iki aylıq ixtisaslaşdırılmış kurs bitirmişdi. Mütəxəssis idi...

Yaxşı iş işıq kimidi - uzaqlardan da görünür, duru ömür uzaqlardan da duyulur; Sədətqulu 1953-cü ildə Mincivan qovşaq dəmiryol stansiyasına stansiya rəisinin müavini təyin olundu. 1942-ci ildən Sov. İKP üzvü olan Sədətqulu Rzaquliyev 1954-cü ilin oktyabrında Qafan-Ağbənd-Həkəri, sonralar isə Füzuli rayonu ərazisindəki Bəhmənli dəmiryol stansiyasınadək olan ərazidəki 15 stansiyanı və 300-dən çox kommunisti özündə birləşdirən Mincivan Qovşaq partiya komitəsinin  katibi seçildi. 1959-1964-cü illərdə Bakı Ali Partiya Məktəbində qiyabi təhsil aldı. Partiya komitəsinin fəalyyətinin yaxşılaşdırılması istiqamətində apardığı səmərəli işin uğurlu nəticələri nəzərə alınaraq 1960-cı ildə Zəngilan rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə irəli çəkildi. Həmin il Rayon Partiya Komitəsi bürosunun qərarı ilə Vejnəli Geoloji - Axtarış Dəstəsinə rəis müavini göndərildi. 1961-ci ildə rayonun iri təsərrüfatlarından biri olan "Bakı fəhləsi" kolxozu partiya komitəsinin katibi vəzifəsində işlədi. 1972-ci ilin noyabrında yenidən Mincivan Qovşaq Partiya Komitəsinə katib seçildi. 1988-ci ilin aprelinə kimi həmin vəzifədə işlədi. Təqaüdə çıxdı...

Təqaüddəydi. Həmin vaxtlarda azərbaycanlılar Ermənistandan deportasiya edilirdi, doğma yurdlarından qovulurdu. Ondan qalıb işləməsini xahiş etmişdilər, "Gənclər işləsin, onlara kömək eləməyə, təcrübəmi aşılamağa hazıram...", - demişdi. Bu, böyük ürək yiyəsi olan ağsaqqal sözü idi.

1988-ci illərdə Ermənistandan çıxarılan azərbaycanlıları Mincivan qəsəbə dəmiryol vağzalında yaradılmış xüsusu komissiyanın üzvləri qarşılayırdı, ev-eşiyini tərk etməyə məcbur olanlara ilkin yardım göstərildikdən sonra respublikamızın digər bölgələrinə göndərilirdi. Bu müddətdə Mincivan stansiyasına sərnişin qatarları gələndə Sədətqulu Rzaquliyev əvvəlki vaxtlarda olduğu kimi stansiyada insanların arasında olardı. Onun gəlişi, işə müdaxiləsi ruhən ağır, mənən çətin işin nizamlı təşkilində böyük rol oynayardı. Ağsaqqal kimi söhbətləri, böyük nüfuzu hadisələrin məcrasından çıxmasına imkan vermirdi...

Sədətqulu Rzaquliyevin qardaşı Qurbanın oğlu, ehtiyatda olan mayor,müharibə veteranı, istedadlı yazıçı-publisist Əli Rzaquliyevin bir xatırlaması bir insan xarakteri haqqında könül söhbətidi: "Ordu sıralarından tərxis olunmuşdum. İşləmək istəyirdim. Əmimdən işə düzəlməyimə kömək etməsini xahiş etdim. Ertəsi gün Azərbaycan Dəmir Yolu İdarəsinə getdik. Eşitdilər ki, Rzaquliyev gəlib, idarə rəisinin müavini İslam Əfəndiyev, Mehdi Musayev və adlarını bilmədiyim digər şöbə müdirləri əmimi dəhlizdə dövrəyə aldılar. Belə mehribançılığı görəndə fikirləşdim ki, əmimə yox deyilməyəcək. Sonra İslam Əfəndiyevin iş otağına keçdik. Xeyli müddət söhbətləşdilər. Mən ha gözlədim ki, əmim indicə mənim iş məsələmin üstünə gələcək, belə olmadı. Əmim bu haqda heç nə demədi, sağollaşdı.

Yolda əmim halımı duyunca dedi:

- Bilirsən, qardaş oğlu, bacarmadım, dilim çönmədi. Axı mən indiyədək heç kimdən heç vaxt bir nəfər də olsun qohumumun işini xahiş etməmişəm.

Heç bir söz demədim. Əmimin mərdliyinə, şəxsiyyətinə daha dərindən vuruldum..."

Mən Zəngilan rayon komsomol, partiya-sovet orqanlarında işlədiyim, Zəngilan rayon ərazi ozünümüdafiə taborunun komandiri, alay komandirinin müavini olduğum müddətdə Sədətqulu Rzaquliyevlə də sıx təmasda olurdum. Onu yüksək intizamlı, məsuliyyətli, nəfsitox, mərd, alicənab, xeyirxah, qayğıkeş bir insan kimi tanımışam. Uzun illər Zəngilan rayon partiya komitəsinin büru üzvü kimi onlarca gənc ziyalının partiya sıralarına qəbul edilməsində səmimi köməyini əsirgəməmişdi. Mincivan qəsəbə və Zəngilan rayon sovetinin deputatı kimi seçicilərin qaldırdığı məsələlərə həssaslıqla yanaşardı, onların həyata keçirilməsinə köməklik göstərərdi.

Çalışdığı bütün vəzifələrdə  qüsursuz işçi imicini qazanmışdı. Sadələyinə, nümunəvi rəftarına, dürüstluyünə və mənəvi saflığına görə hamı ona isti münasibət göstərirdı. Sədətqulu Rzaquliyev bu isti münasibətlərdən səmimiyyətlə istifadə edib rəhbərlik etdiyi kollektivlərin problemlərini həll etməyə nail olurdu.

İşlədiyi kollektivlərdə həmişə yüksək hörmət sahibi olmuşdu. Partiya komitəsində katib işləyəndə əhatəsində olan kommunistlərə layiqincə rəhbərlik etmiş, onların ideya-siyasi dünyagörüşlərinin yüksəlməsinə və qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yeririlməsinə çalışmışdı. Gənclərlə yaxından ideoloji iş aparırdı, komunistlərin sıralarının layiqli gənclərlə artmasının cəfakeşi idi...

Sədətqulu Rzaquliyevin zəhməti həmişə yuksək qiymətləndirilmişdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 iyun 1945-ci tarixli sərəncamı ilə "1941-1945-ci illərdə arxa cəbhədə rəşadətli əməyə görə" medalı, 1952-ci ilin yekunlarına görə "Əla hərəkətçı" döş nişanı, SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 dekabr 1953-cü il tarixli qərarı ilə "Əməkdə fərqlənməyə görə" medalı, İkinci Dünya müharibəsində qələbənin 30, 40 və 50 illik yubiley medalları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının "Əlaçı sərhədçi" döş nişanları ilə təltif olunmuşdu, 1 avqust 1982-ci ildə "Əmək veteranı" medalına layiq görülmüşdü. Dəfələrlə fəxri fərmanlar və pul mükafatları ilə mükafatlandırılmışdı.

Azərbaycan Dovlət Dəmir Yolu İdarəsi rəisinin 2002-ci il 8 may tarixli əmrinə əsasən dəmir yol nəqliyyatında uzun muddətli səmərəli əmək fəaliyyətinə, vəzifə borcunu layiqincə yerinə yetirdiyinə gorə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif olunmuşdu...

2004-cü il oktyabrın 11-də haqq dünyasına qovuşan Sədətqulu Rzaquliyev xatirələrdə gözəl insan kimi yaşayacaq. Bu, həyat fəlsəfəsidi...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri