Icma.az
close
up
RU
Xalq üçün yaşanan ömür Bayram Məmmədov yazır

Xalq üçün yaşanan ömür Bayram Məmmədov yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Cahan Birinci Dünya müharibəsi ərəfəsindəymiş. Hələ bilən yoxuydu. Hər dövlət öz qayğısındaydı...

Kəndlərdə əkin-biçin, mal-qara, güzəran sıxıntıları... Ötən əsrin əvvəllərində Azərbaycanın rayonlarında həyat bu axarda davam edirdi. Camaatın güzəranı torpaqdan çıxırdı. Zəngəzur qəzasında (sonralar Zəngilan adlandırıldı) da beləydi. Xankişinin dörd oğlu vəbadan ölmüşdü. Şahsuvar anadan olan il - 1909-cu ildə Xankişi də köçdü dünyadan. Şahsuvar beş yaşına çatanda anasız qaldı. Cəfər qardaşının balasını himayəsinə götürdü. Ürəyinin böyüklüyünə görə hamı onu imanı kamil kişi adlandırdı; el sevgisi idi bu. Cəfər elin sevgisini qazanmışdı, bir ömürə işıq olmuşdu. Bu işıq qaranlıqlar keçəcəkdi, aydınlıqlara çatacaqdı. O aydınlıqlar içində bir dua da eşidiləcəkdi: Bugünkü nəfəsimin yiyəsi Allahdı, səbəbkarı - siz. Allah sənə rəhmət eləsin, ay Cəfər əmi, ay Fatış bibi...

Şahsuvar Zəngilan kənd məktəbində oxudu, o dövrün təhsili səviyyəsində təhsil aldı. 15 yaşından əməyə alışdı, fərdi təsərrüfatla məşğul oldu. O da əkirdi, becərirdi, yığırdı. O da güzəran cəfakeşiydi.

Oxumaq istəyi varmış. Heç kimə demirdi. Günlərin birində istəyinə görünməz yerdən bir işıq düşdü. O da Qaryagində (indiki Füzuli rayonu) Müəllimləri Təkmilləşdirmə Kursunda təhsil aldı. Rəncbər idi, müəllim olacaqdı. Ehtiyac olduğuna görə onu məktəbə deyil, rayon maliyyə şöbəsinə vergi müfəttişi təyin etdilər. 1930-cu ilin sentyabrından 1941-ci lin may ayına kimi bu vəzifədə, sonra "Oktyabr" kolxozunda hesabdar, Pirçivan kənd sovetinin katibi vəzifələrində işlədi. Yaxı işçi kimi tanındı. O illərdə işçinin həm də siyasi dünyagörüşü nəzərə alınırdı. Şahsuvar bu "nəzərəalmada da" diqqəti çəkibmiş; 1941-ci ilin iyulunda  Azərbaycan KP MK yanında partiya kursuna göndərildi, kursu bitirdikdən sonra 1942-ci ilin yanvarınadək Zəngilan rayon partiya komitəsinin hərbi şöbəsinin müdiri vəzifəsinə təyin olundu.

Müharibə başlamışdı. Azərbaycandan da minlərlə gənc müharibəyə göndərilmişdi, göndərilirdi. Müharibədə arxa cəbhədə də qüvvə lazım idi. Bu səbəbdən hökumət müəyyən işçilərə müharibədən saxlanması üçün bron verirdi. Şahsuvara da bron verilmişdi. Ancaq o, brondan imtina etdi, 1942-ci il yanvarın 20-də könüllü olaraq döyüşlərə getdi...

Zəngilandan müharibəyə aparan yol döyüş yolu olacaqdı. Bu yol bir azərbaycanlı döyüşçünün də qətiyyətini, mərdliyini, qorxmazlığını uğurladı.

Artilleriyaçı idi, yüngül artilleriya alayında xidmət edirdi. Artilleriya qurğularının istismar xüsusiyyətlərini o da mükəmməl öyrənmişdi; döyüş əmrlərini o da uğurla yerinə yetirirdi.

1942-ci il avqustun 15-i idi. Düşmənin hücumunun qarşısı alınmalı idi. Piyadalarımıza vaxtında artilleriya dəstəyi verilməsə, bu, böyük itkilər hesabına mümkün olacaqdı. Komandanlıq artilleriyaçılara ciddi, çox ciddi döyüş tapşırığı verdi. Qarşılıqlı artilleriya döyüşündə Şahsuvar Həsənov yaralandı. Döyüşü davam etdirə bilməyəcəkdi. Divizion komandirinini göstərişi ilə onu döyüşdən çıxardıb təxliyə etdilər. Yaxınlıqdakı hərbi hospitalda müalicə olunduqdan sonra yenidən döyüşlərə qayıtdı. Döyüşlərə - I Pribaltika cəbhəsinə göndərildi.

Zabit idi. Burda da ağır döyüşlərin iştirakçısı oldu. Ordu hissələrimiz döyüşə-döyüşə irəliləyir, qələbələr qazanırdı. Bir döyüş ərəfəsində komandir demişdi: Siz burada mərdliklə döyüşürsünüz, digər ordu hissələrimiz başqa istiqamətdə. Bütövlükdə ordu döyüşür, Vətən döyüşür. Döyüşünüz Vətənin döyüşüdür, qazandığınız qələbələr Vətənin qələbələridir. Hamınıza təşəkkür elan edirəm. Dünənki döyüşdə düşmən ağır itkilər verdi. Leytenant Həsənov, buna görə sənə ayrıca təşəkkür edirəm...

Şahsuvar Həsənov belə döyüşürdü...

Döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə 1944-cü il avqustun 3-də "İgidliyə görə" medalı, 1944-cü il avqustun 21-də "Qırmızı Ulduz" ordeni, 1944-cü il sentyabrın 30-da ikinci dəfə "İgidliyə görə" medalı, 1945-ci il mayın 9-da "Alman faşizmi üzərində qələbəyə görə "medalı ilə təltif edildi. Bu təltiflər bir döyüşçünün döyüş əzminə, qələbə ruhuna dövlətin təşəkkürü idi; döyüşənlər belə təşəkkürlər üçün döyüşmürdü, Böyük Qələbə üçün döyüşürdü. Döyüşə-döyüşə Berlinə yaxınlaşırdılar. Bu Qələbə dünyanın pozulmuş nizamına düzən gətirəcəkdi. Bu düzəndə hər döyüşçünün ruhunun izi olacaqdı...

Müharibə Qələbə ilə başa çatdı. Şahsuvar Həsənov 1945-ci il noyabrın 20-də ehtiyata buraxıldı. Onu döyüşlərə aparan yol Zəngilana qaytardı.

Zəngilan dəyişməmişdi, Zəngilanın yüzlərlə oğulu qalmışdı döyüşlərdə, yüzlərlə qəhrəmanın yolunu gözləyən Zəngilanın göylərində dolaşan dumanları da buna yozmuşdu Şahsuvar. Bütün döyüşdən qayıdanlar kimi onun ürəyində şükranlıq da vardı, qəhər də.

Müharibənin ağrı-acıları, sarsıntıları hələ ovunmayacaqdı. O ağrı-acılar, sarsıntılar camaatın dərdi idi, duyanlar bu dərdi öz dərdi bilirdi. Döyüşdən dönənlər üçün bu dərd daha doğma dərd idi. Cəbhədən döndülər, əmək cəbhəsinə qayıtdılar...

Şahsuvar Həsənov partiya işinə təyin olundu, döyüşlərin döyüşçüsü müharibədən qələbə ilə çıxmış bir dövlətin siyasi kursunun döyüşçüsü olacaqdı. Oldu. Onu Zəngilan rayon partiya komitəsinin təlimatçısı vəzifəsinə təyin etdilər. Partiya komitəsi onun partiya təhsili almasını məqsədəuyğun bilmişdi. 1946-cı ilin sentyabrında Şahsuvar Həsənov iki illik partiya məktəbinə təhsil almağa göndərildi. Təhsilini 1948-ci ilin iyununda bitirdi. Zəngilana qayıtdı. Onu rayon partiya komitəsinin təlimatçısı təyin etdilər. Bu vəzifə onun müharibədən sonrakı əmək fəaliyyətinin başlanğıcı oldu. Şahsuvar illəri bir niyyətlə ömürləşdirirdi: etimada etibar, inama etibar. Müharibəni də bu düşüncələrlə yaşamışdı, müharibədən sonrakı illəri də bu düşüncələrlə yaşamağa qərarlıydı; işi bəyənilənlərdən olmaq istəyirdi...

Şahsuvar Həsənov rayon İcraiyyə Komitəsiin şöbə müdiri, rayon Partiya Komitəsində təlimatçı, təbliğat və təşviqat şöbəsi müdirinin müavini vəzifələrində işlədi. Təkcə vəzifə borclarını yerinə yetirmirdi, vətəndaşlıq borcunu da yerinə yetirirdi. Köməyə ehtiyacı olanların köməyi olurdu, məsləhətə ehtiyacı olanların məsləhətçisi. Tanıyanların böyük ehtiramı ilə əhatələnirdi. Xoş səmimi salamı ömrünə Tanrı duası bilirdi: "Dünyanın ən xoşbəxtləri Tanrı verən ömürü insanlara, insanlığa xidmətə sərf edənlərdi. Kaş ömrümü belə yaşaya biləydim".

1954-cü ilin sentyabr ayında onu istehsalata göndərdilər. Bu təyinat da böyük etimad idi, xarakterə, qabiliyyətə etimad. Akara və Mincivan pambıq məntəqələrinin müdiri oldu. Burda da amalının işığında işlədi...

1962-ci ilin oktyabr ayında Şahsuvar Həsənovu Zəngilan qəsəbə sovetinin katibi təyin etdilər. Təcrübə, bacarıq, səriştə və sədaqət vəhdətdə daha dəyərli iş sistemi formalaşır. Şahsuvar Həsənov belə bir iş sistemi formalaşdıra bildi. Az sonra onu qəsəbə sovetinin sədri təyin etdilər. Hər yeni təyinat onun fəaliyyətinin bir mərhələsi olurdu; onu Rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri təyin etdilər...

Şahsuvar Həsənov o illərdə rayon miqyasında siyasi fəaliyyətin sosial həyatla əlaqələndirilməsində, bu və ya digər vəzifəyə tayinatların verilməsində, idarə və müəssisələrdə fəaliyyətin nizami davamında yeni təyin olunanların da, işləyənlərin də yaxın məsləhətçisi idi. İşdə problem olmurdu, çətinliklər olurdu. Bu çətinliklər təcrübə ilə nizamlana bilirdi. Bu baxımdan Şahsuvar Həsənovun fəaliyyəti - yeni təyinat alanlara köməyi maarifləndirmə və pedaqoji proseslərin vəhdəti ilə davam edirdi; onu sevirdilər, ona inanırdılar, ona güvənirdilər. Bu inam da, bu güvənc də səmərəsini verirdi.

1976-cı ilin fevral ayından 1988-ci ilin iyul ayına kimi 33 nömrəli Səyyar Mexanikləşdirilmiş dəstənin kadrlar şöbəsinin müdiri işləyən Şahsuvar Həsənovun fəaliyyəti diqqətdən kənarda qalmadı. O, quruculuq işlərində fəaliyyətinə görə "Qırmızı Əmək Bayrağı" ordeni, "Rəşadətli əməyə görə", "V.İ.Leninin anadan olmasının 100 illiyi" yubiley medalı, "Əmək veteranı" medalı, digər orden və  medallarla təltif edilib.

Vaxtaşırı məktəblilərlə də görüşürdü, tədbirlərdə gənclərlə də söhbətləşirdi, müəllimlərə məsləhət görürdü ki, yeniyetmələrin maraq dünyasını milli ruhla qoşalaşdırsınlar. Özü şagirdlərə də, gənclərə də müharibə təəsüratlarını məhz milli-mənəvi dəyərlər kimi danışırdı: Vətəni sevin, onu qoruyun, Vətəni qorumaq hər bir vətəndaşın vətəndaşlıq borcudur.

Ömür də illərdi, ancaq yaşanılmış illər deyil, xalq üçün, dövlət üçün yaşanılan illərdi. Ömrünü belə yaşayanlara xalq adamı, xalqın adamı deyirlər. Bu advermənin səmimiyyətini yaşayanlar da bilir, gələcək nəsillər də biləcək: xatırələrdən öyrənəcəklər, tarixdən öyrənəcəklər, olmuşlardan öyrənəcəklər. Şahsuvar Həsənov da belə ömür yaşadı, xatirələrdə belə yaşadılır, tarixdə də belə yaşayacaq; zəngilanlıların xoş xatirələrlə xatırladıqları Şahsuvar Həsənov 1994-cü il aprelin 8-də köçdü dünyadan...

Qızı Dişad xatırlayır ki, ara açılandan sonra İrana gediblər. Avtobusda onların Azərbaycandan olduqlarını bilənlərdən biri niyəsə, hansı niyyətləsə erməniləri tərifləməyə başlayıb. Onda Şahsuvar səbrlə, faktlarla kimin kim olduğunu hamısına anladıb. Belə məntiqli söhbətdən sonra heç kim dillənməyib. Dürüstlüyü, sadəliyi, yüksək intizamı və məsuliyyəti tabeliyində olanlar üçün nümunə olan Şahsuvar kişi həmişə, hər yerdə xalqının, millətinin, dövlətimizin adını heysiyyəti bilib...

Mehriban, ürəyiyumşaq insan idi Şahsuvar müəllim, həm də məqamında sərtliyi də vardı. Hər sözü üzə deyərdi, heç kimdən  çəkinməzdi, sadə insan idi...

Şahsuvar Həsənov ömür payını xalq üçün, dövlət üçün, dövlətçilik üçün yaşadı...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see174

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see149

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see142

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see139

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see132

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see124

Cabir İmanovun dəfnində ŞOK görüntü FOTO

04 Oktyabr 2025 01:20see124

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri