Icma.az
close
up
RU
Ruhumda yenidən dirilən şəhər...

Ruhumda yenidən dirilən şəhər...

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mən dünyanın mərkəzində doğulsaydım, xoşbəxt uşaqlıq dövrü keçirsəydim, yəqin hər şey başqa cür olardı"...

Bunu, deyəsən, baharda yazmışdım, indi isə sonbahardır. Yox, hələ son bahar deyil, hələ son deyil; arxada altı onillik buraxsam da, yaşayacaq, yaşlanacaq zamanlarımız var önümüzdə. "İndi mən odu söndürülmüş ata ocağının külü ilə oynayan ahıl uşağam" demişəm. Deyəsən, o o cağın o külünün altında tənbəl-tənbəl közərən bir həyat var. Ya da mənim canlı bildiyim xatirələrin işığıdır, düşür...

Mən Eyfel qülləsindən sallanmış, ya da London saatının kəfkirindən sallaşmış lovğa turistik təbəssümün şəkil deyiləm. Parıltılı şəhərlərin ərköyün uşağı olmamışam, nəriltili-gurultulu kənd havasından qopub gəlmişəm.

Bütün şəhərlərdən qabaq onu gördüm: Köndələn qaşından baxanda əl içi kimi görünəni. Dağları başının altına qoyub, ayaqlarını düzənlik çayına sallamışdı. Adına keçmişdə "Qarabulaq" demişdik. Zamanla adı da dəyişdi, özü də. Başı Məngələnatanın sinəsinə doğru qalxırdı, ayağı Arana tərəf uzanırdı. Çərəkənin qıraqlarındakı ağaclara söykənmişdi, yaşlanıb gedirdi.

Birdən hər şey dəyişdi; yerlə göy qovuşdu. Müharibə bu şəhəri bizdən aldı. Nə az, nə azacıq, düz iyirmi yeddi il bu şəhərə həsrət qaldıq. Bu şəhərdə düz iyirmi yeddi il əvvəl bir yay günü dünyaya gəlmiş oğlanlar bu şəhərdən uzaqda didərgin böyüdülər. İyirmi yeddi yaşlarında əsgər paltarı geyinib gəlib bu şəhəri alıb bizə verdilər Üzünü görmədikləri şəhərin iyini çoxdan almışdılar. Köçkün ata-analardan, sağ qalmış nənə-babalardan.

Bu, bağ-bağatdakı akasiyaların, yasəmənlərin ətri idi. Axırdan axıra bir az barıt qoxusu da hopmuşdu havasına. Bunu da yeni nəsil ciyərlərinə çəkmişdi, daha da ciyərli olnuşdu. Yerlə-göylə əlləşirdi o cavan nəsil. Evə-eşiyə sığmırdı, öz kəndində, şəhərində öz torpağına qovuşmağın vədəsi gələndə silahlanıb getdilər. Hamısı getdi, çoxusu qayıtmadı; qalan qalmışdı, gedən-getmişdi. Ancaq bizə bu şəhəri qaytardılar. Daha doğrusu, şəhərdən geri nə qalmışdısa, onu. Amma, qınamayın, yurdun xarabalıqlarına da üz sürtür, şükr edir adam!

...İndi o küçələrdən keçəndə nələr görürsən, nələr! Bax, bu şəhər bazarıdır; anam bir vedrə armudla məni bura göndərəndə on üç yaşım olardı. Sarı-qırmızı, dolu, bol sulu payız armudunu pula çevirəcəkdim, o pulu da dükanda qənd-çayla dəyişib atılacaqdım kəndə gedən axırıncı avtobusa.

Bax, burdan keçəndə məni pürrəngi çaya qarışdırılan qızılgül mürəbbəsinin iyi vurur, o biri küçədə yun yuyan qız-gəlin deyib-gülür. Bax, burda - düz bazarın girəcəyindəki yeməkxanada aşpaz sobanı qalayıb; təzə pitinin ətri adamı iştaha gətirir. Çərəkənin belində - teatrın həndəvərində vurnuxanlara bax! Bir azdan adamlar təzə paltarını geyinib bura axışacaq, yenə tamaşa var. Mədəniyyət evinin qarşısındakı çayxanada dağdan ağır kişilər oturub; keçmişdən, keçəcəkdən danışır. Hardasa, kimsə ispan "tarı"nda - gitarada muğam xalları vurmağa çalışır. Şəhərin yuxarı başında mağar qurulur; axşama toy var. Quruçayın dərəsində mal bazarı sovulur yavaş-yavaş. Bu bazar da sahibini dəyişə bilməyən mal-qara yaxın kəndlərin torpaq yollarında tozanaq qaldırır. Bir dəstə yeniyetmə Ərgünəşin sinəsindən üzü aşağı yellənib gəlir. Torbalar böyürtkənlə, moruqla, yemişanla, əzgillə doludur. Hansısa budaqda şanapipik oxuyur. Həftə bazarından gələn kənd camaatı avtobusun qapılarından sallaşıb; üzü Arazboyuna gedəsidir. Parkın girəcəyində bir ağsaqqal oturacaqda yerini rahatlayıb eynəyini taxır, rayon qəzetinin təzə nömrəsini vərəqləyir. Poçtun qarşısındakı dalanda balaca bir izdiham var: qəriblikdəki, əsgərlikdəki əzizlərindən məktub umanların hamısı cumub poçta. Bir də yanda ağaclığın arasında kənd klublarından gələnlərin növbəsi hərdən basabasa çevrilir; axşama bilet satmış kinomexaniklər Hind filmləri üstündə "mehriban" dava-dalaş salıb. Səsə gələn paqonlu müvəkkil aranı sakitləşdirir, sonra da tapançasının qabından meşə armudunu çıxarıb yeyə-yeyə qalxır üzüyuarı, kombinata tərəf. Fotoatelyedə onuncular məzunluq şəkli çəkdirir. Mərkəzi meydanda dirəklər qurulur, iplər çəkilir; kəndirbazların tamaşası hələ başlamayıb, amma şəhər uşaqlarının səs-küyündən ağız deyəni qulaq eşitmir. Dəli Bayram öz-özünə danışa-danışa, əl-qolunu ölçə-ölçə Xanlar küçısindəki hamamın qabağından vağzala tərəf gedir...

Bu şəhər, bax, beləcə öz sakit, gözəl günlərini yaşayır.

Yox, artıq yaşamır - o şəhər daha yoxdur. O şəhərdə o həyat da yoxdur. Artıq yenisi var.

Düz beş il əvvəl, bax, bu gün oktyabrın 17-də biz - üç dost əsgərlərə yardım aparırdıq. Bizi Daşburunda saxladılar. Xeyli gözlədik. Və birdən bir avtomobil gəldi, içindən üç nəfər düşdü, hamıya gözaydınlığı verdilər: "Füzuli şəhəri azad olundu" dedilər. Bir-birini tanıyan, tanımayan hamı sevinc içində qucaqlaşırdı. Bizi də buraxdılar, getdik əsgərlərlə görüşdük. O gün o balaca doğma əyalət şəhəri mənim ruhumda yenidən dirildi. İndi beş yaşı var. Təzədən yeriyib-yüyürməyə başlayır, təzədən dil açıb danışır bu şəhər...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri