Icma.az
close
up
RU
Ruhun təntənəsi, nəfsin tərbiyəsi…

Ruhun təntənəsi, nəfsin tərbiyəsi…

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Allahın (c.c.) verdiyindən Onun rizası üçün Allahın bəndəsinə vermək əslində özünə dəyər qazandırmaqdır. Çünki sən Allahın bəndəsini Allah üçün sevsən, Allah da səni sevər; sən Allahın bəndəsini Allah üçün sevindirsən, Allah da səni sevindirər.
Qurban kəsmək Allahın əmrini yerinə yetirməkdir. Kəsilən qurbanın qanı bilmədiyimiz neçə bəlanın qarşısına sipər olur. Qurban Sirat Körpüsündə kəsənin miniyi olacaq. Kəsilən heyvan vasitədir, Allaha qurban, yəni yaxın olan o qurbanı kəsəndir. Qurbanlıq heyvanı sədəqə vermək insanı qurban borcundan qurtarmaz, yəni o heyvan kəsilməlidir. Qurani-Kərim buyurur ki, o qurbanın nə əti Allaha yetişir, nə də qanı, Allaha yetişən o qurbanı kəsənin təqvasıdır. Yəni, Allahın onlara ehtiyacı yoxdur.
Bəşər tarixində qurban deyilmiş insanlar var: İbrahim Peyğəmbər oğlu İsmayılı qurban dedi, boğazına bıçaq da çəkdi, Allah (c.c.) Həzrəti İbrahimin də, qurban olmağı qəbul edərək bıçaq altına könüllü yatan İsmayılın da bu imtahandan qalib çıxdıqlarını müjdələdi və İsmayılın yerinə qurban kəsmək üçün bir qoç göndərdi. Allah (c.c.) bu imtahanla bəşər övladının kəsilməsini yasaqladığını, yəni insanın qurban olmasının kəsilməklə deyil, Allah yolunda xidmətlə olduğunu elan etdi. Allah (c.c.) hələ nemətlərini bununla da tamamlamadı, İbrahim Peyğəmbərin gözünün ağı-qarası bircə övladıi - İsmayılı var idisə, qoca vaxtında ona ikincisini - İshaqı pay verdi. Özü də bu oğulların hər ikisi Peyğəmbər oldular.
İmranın xanımı Xanna, Allaha (c.c.) qurban vermək istədi, ancaq qurban etməyə heç nə tapmadı, bətnindəki uşaq ağlına gəldi və onu Allaha qurban dedi. O uşaq Məryəm oldu. Allah (c.c.) Məryəm vasitəsi ilə dünyaya İsa Peyğəmbər kimi böyük bir Peyğəmbər göndərdi.
Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.): “Mən iki qurbanın oğluyam” deyirdi. O qurbanların birincisi Həzrəti İsmayıl, ikincisi isə öz atası Abdullah idi. Abdullah da qurban deyilmiş, ancaq atası Əbdülmüttəlib onun əvəzində yüz dəvə kəsərək paylamış, Allah qarşısında sədaqətini isbat etmişdi. O iki qurbanın soyundan, Quran ifadəsi ilə desək, Aləmlərə Rəhmət olan Uca bir Zat, Həzrəti Məhəmməd (s.ə.s.) dünyaya gəlmişdi.
Allah (c.c.) bəndəsindən bir şey istəyəndə almaq üçün istəmir, istədiyinin üzərinə bir başqasını da pay qoyaraq qaytarmaq üçün istəyir.
Allah hər cür ehtiyacdan uzaqdır və bütün yaradılmışlar ancaq Ona möhtacdırlar. Qurban ibadətinin fəlsəfəsində də bu həqiqət durur...
Qurban - şeytanı ağlatmaqdır. Xəsislik və israf şeytanı sevindirmək, bu ikisinin ortasındakı ədalət xəttini tutmaq isə Sırat körpüsündə yol tutmaqdır. Bəndənin “Bismillah” deyib qurban kəsməsi, Allaha (c.c.) yaxınlaşmaq yolunda bir addım atması şeytanı özündən çıxarar, od vurub yandırar...
Qurban - ruhun təntənəsi, nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən birirdir. Əslində, qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkündür. Kim nəfsini nə qədər tərbiyə edə bilirsə, Allaha yaxınlaşmağı da elə o nisbətdə olur.
Qurban - şahidlikdir. Allahın (c.c.) bəndələrinin dərdinə əlac etməyin bir gün mükafatlandırılacağını düşünməmək və o heyvanı Allaha yaxınlaşmaq niyyəti ilə yox, tarixi bir ənənə anlayışı ilə kəsmək kəsənə bir şey qazandırmaz.
Qurban - sevgidir, sevdadır.
Qurban - sədaqətdir, vəfadır.
Könül verib bağlandığın dərgah qapısından ayrılmamaqdır.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 May 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri