Icma.az
close
up
RU
Elmi konfrans: “Milli ruhun təntənəsi Məhəmmədhüseyn Şəhriyar”

Elmi konfrans: “Milli ruhun təntənəsi Məhəmmədhüseyn Şəhriyar”

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illiyinə həsr olunmuş “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva qüdrətli söz ustadı olan Məhəmmədhüseyn Şəhriyarın poeziyasının dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynası olduğunu deyib. O, şairin ölməz irsinin əbədi olmasını, nəinki Şərq, dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisi olduğunu bildirib, onun ecazkar poeziyası ilə ürəkləri fəth etdiyini, geniş kütlələrin sonsuz məhəbbətini qazandığını, dildən-dilə düşmüş şeirlərinin bir çox dillərə tərcümə olunduğunu, insanların ruhunu oxşadığını qeyd edib.

Ulu Öndər Heydər Əliyevin müsahibələrinin birində “Sevdiyiniz şair?” sualına “Şəhriyar” deyə cavab verdiyini xatırladan G.Baxşəliyeva Ümummilli Liderin böyük şair barədə dediklərini xatırladıb: “Dahi sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi sənət və elm xadimlərimizin müqəddəs borcudur”.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Əbədiyyət gülü - Şəhriyar” mövzusunda məruzə edib. R.Cümşüdlü Şəhriyarın fars və Azərbaycan dillərində yüksək poetik ruhlu şeirlər yaratdığını deyib, şairin fars dilində yaratdığı məhəbbət lirikasının fars ədəbiyyatının Sədi Şirazi, Hafiz Şirazi kimi dahilərinin lirikası ilə yanaşı çəkildiyini bildirib. Qeyd edib ki, şairin Azərbaycan dilindəki şeirlərində azərbaycançılıq ruhu, türk təfəkkürü öz ifadəsini tapıb. Azərbaycan həsrəti, Azərbaycanı tərənnüm Şəhriyar poeziyasının ana xəttini təşkil edir.

Konfransda institut əməkdaşlarının “Şəhriyar: zamanın və tarixin qiyməti”, “Can Rüstəm: Şəhriyar və Rüstəm Əliyev arasında dostluq əlaqəsi”, “İki dünyanın qovuşduğu zirvə - Məhəmmədhüseyn Şəhriyar timsalında” mövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Aprel 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri