Rui Borgesin təyinatı açıqlandı
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sportinq"in yeni baş məşqçisi rəsmən açıqlanıb.
QOL.az klubun rəsmi saytına xəbər verir ki, Portuqaliya təmsilçisini Rui Borges çalışdıracaq.
Bu gün 43 yaşlı mütəxəssislə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.
"A Bola"nın məlumatına görə, bu keçid üçün "Sportinq" "Vitoriya"ya 4 milyon avro ödəməli olacaq. Çünki Borgesin Gimanaynş təmsilçisi ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var idi.
Xatırladaq ki, bu ilin noyabr ayında Ruben Amorim "Sportinq"i tərk edərək "Mançester Yunayted"in baş məşqçisi təyin edilib. Onun gedişindən sonra komandanı Joao Pereyra çalışdırıb. Pereyranın fəaliyyəti fiasko ilə nəticələndiyindən o, qısa müddətdən sonra qovulub. Amorim komandanı tərk edəndə "Sportinq" şəriksiz lider idisə, indi 2-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















