Rumıniya mediası Formula 1 Azərbaycan QranPrisini geniş işıqlandırıb
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Rumıniyanın önəmli xəbər agentlikləri Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisini geniş şəkildə işıqlandırıb.
AZƏRTAC-ın məlumatına görə, “GSP”, “G4media”, “Pitstop”, AGERPRES xəbər agentlikləri paytaxtımızın 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi etdiyini və pilotların Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurduğunu yazıb. Bildirilib ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri bu yarışda birinci yeri tutub, Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) isə üçüncü olub.
Həmçinin 13 sentyabrda keçirilmiş ikinci sərbəst yürüşdə “Ferrari” ilə yarışan monakolu Şarl Leklerin finiş xəttinə digər pilotlardan əvvəl çatdığı bildirilib. Leklerin bir gün əvvəlki sıralama turunda da ən yaxşı nəticəni əldə etdiyi qeyd edilib.
Azərbaycanın bu il səkkizinci dəfə Formula 1 yarışlarına ev sahibliyi etdiyi və Bakı Şəhər Halqasının 2026-cı ilə qədər təqvimdə qalacağı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Noyabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















