Icma.az
close
up
RU
Rumıniya mediası ölkənin nümayəndə heyətinin COP29da iştirakı barədə məqalələr yayıb AZƏRTAC

Rumıniya mediası ölkənin nümayəndə heyətinin COP29da iştirakı barədə məqalələr yayıb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Buxarest, 23 noyabr, AZƏRTAC

Rumıniyanın qabaqcıl “Evenimentul Zilei” (“Günün hadisəsi”) qəzeti və xəbər portalı Rumıniya nümayəndə heyətinin Bakıda keçirilən COP29 konfransında fəal iştirakı barədə yazıb.

Məqalələrdə bildirilir ki, COP29 heyətinə Rumıniyanın Ailə, Gənclər və Şansların Bərabərliyi Nazirliyinin Ailə və demoqrafiya siyasəti üzrə departamentinin baş direktoru xanım Aleksandra Dobre rəhbərlik edib. Qeyd olunub ki, Aleksandra Dobre rəhbərlik etdiyi nümayəndə heyəti ilə konfrans çərçivəsində təşkil olunan “Youth Climate Forum”a qatılıb. UNICEF tərəfindən təşkil olunan forumda iki rumıniyalı gənc - Eva və Miron da iştirak ediblər. Aleksandra Dobre tədbir barədə fikrini bildirərkən deyib: "Bu gənclərin iştirakını böyük məmnuniyyətlə qarşıladım. Rumıniya gənclərin iqlim siyasətlərində və qərarvermə proseslərində fəal iştirakını davamlı olaraq dəstəkləyir”. Konfransda, həmçinin Rumıniyanın "Gənclərin İqlim Dəyişikliyi Konfransı"nın təsisçilərindən olan Elena Miron və YOUNGO-nun (BMT-nin İqlim Dəyişikliyi üzrə Gənclər Konstitusiyası) siyasət komandasının üzvü Mara Ghilan da iştirak ediblər. Aleksandra Dobre bu gənc liderlərin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki fəallığını vurğulayıb və onların yeni, innovativ siyasətlərin inkişafına böyük töhfələr verdiyini bildirib.

Aleksandra Dobre BMT-nin Avropa və Mərkəzi Asiya üzrə UNICEF-in Baş proqram mütəxəssisi Antonio Javanovski ilə görüşərək, gənclərin iqlim və davamlı inkişaf sahələrində daha aktiv iştirakını təmin etmək məqsədilə müxtəlif təşəbbüsləri müzakirə edib. Gənclər üçün təlim proqramlarının təşkil edilməsi, habelə yerli və milli gənclik şuralarının yaradılması kimi ideyalar da bu müzakirələrdə gündəmə gəlib.

Azərbaycan və Rumıniya arasında əməkdaşlıq məsələləri də görüşlərin əsas mövzularından olub. Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə keçirilən görüşdə enerji təhlükəsizliyinin artırılması məqsədilə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Aleksandra Dobre, həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə verdiyini vurğulayıb.

Qeyd olunub ki, Aleksandra Dobre panel çıxışlarında, gənc nəslin iqlim dəyişikliyinin uzunmüddətli təsirlərinə qarşı ən həssas qrup olduğunu bildirib və bu səbəbdən gənclərin həm milli, həm də beynəlxalq səviyyədə ətraf mühit siyasətlərində daha çox cəlb edilməsinin vacibliyini vurğulayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri