Icma.az
close
up
RU
Rumıniyada avroya keçid yenidən gündəmə gəlib

Rumıniyada avroya keçid yenidən gündəmə gəlib

Icma.az, Azertag saytına istinadən bildirir.

Buxarest, 18 fevral AZƏRTAC

Rumıniyada avro valyutasına keçid məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, “Ziare.com” nəşrinin təhlilində qeyd olunur ki, ölkənin avrozonaya daxil olması üçün yerinə yetirilməli olan iqtisadi meyarlar aydın şəkildə müəyyən edilib və bu kriteriyalar “Maastricht meyarları” kimi tanınır.

Avropa İttifaqının qaydalarına əsasən, avronu qəbul etmək istəyən hər bir üzv dövlət bir neçə əsas şərtə cavab verməlidir. İlk növbədə inflyasiya səviyyəsi Aİ-də ən aşağı göstəriciyə malik üç ölkənin orta göstəricisindən əhəmiyyətli dərəcədə yüksək olmamalıdır. Bu tələb qiymət sabitliyinin təmin edilməsinə xidmət edir və milli iqtisadiyyatın uzunmüddətli dayanıqlığını göstərən əsas indikatorlardan hesab olunur. Digər vacib meyar büdcə intizamı ilə bağlıdır. Dövlət büdcəsinin kəsiri ÜDM-in 3 faizini, dövlət borcu isə ÜDM-in 60 faizini keçməməlidir. Bu göstəricilər maliyyə dayanıqlığının əsas ölçüsü sayılır və üzv ölkənin ortaq valyuta məkanında sabit fəaliyyət göstərə bilməsi üçün zəruri hesab edilir.

Bundan əlavə, milli valyuta ən azı 2 il müddətində Avropa Valyuta Məzənnəsi Mexanizmi çərçivəsində ciddi dalğalanmalar olmadan sabit qalmalıdır. Bu şərt milli valyutanın avroya qarşı dayanıqlığını və bazar etimadını nümayiş etdirir. Uzunmüddətli faiz dərəcələri də müəyyən edilmiş həddən artıq olmamalıdır ki, bu da maliyyə bazarlarında sabitliyin göstəricisi kimi qiymətləndirilir.

“Ziare.com”un yazdığına görə, Rumıniya hələ ki bütün bu meyarlara tam şəkildə cavab vermir. Xüsusilə büdcə kəsiri və inflyasiya göstəriciləri ölkənin qarşısında əsas çağırış olaraq qalır. Son illərdə fiskal intizamın gücləndirilməsi və makroiqtisadi sabitliyin təmin olunması istiqamətində addımlar atılsa da, avroya keçid üçün tələb olunan bütün şərtlərin yerinə yetirilməsi əlavə struktur islahatlar tələb edir. Ekspertlər bildirirlər ki, avronun qəbul edilməsi təkcə iqtisadi deyil, həm də siyasi qərardır. Bu proses geniş ictimai və siyasi konsensus, həmçinin uzunmüddətli sabit iqtisadi siyasət tələb edir. Avrozonaya qoşulma Rumıniya üçün investisiya mühitinin yaxşılaşması, maliyyə sabitliyinin möhkəmlənməsi və Avropa inteqrasiyasının dərinləşməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, Rumıniya Avropa İttifaqına daxil olarkən gələcəkdə avronu qəbul etmək öhdəliyi götürüb. Lakin konkret tarix yalnız bütün iqtisadi meyarlar tam yerinə yetirildikdən sonra müəyyən oluna bilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Fevral 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri