Rumıniyada Azərbaycan və Türkiyə nümayəndə heyətinin görüşü olub FOTOLAR
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova Rumıniyanın Buxarest şəhərində səfərdə olublar.
Səfər çərçivəsində deputatlar QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasına qatılıblar. Təşkil olunmuş müzakirələrdə aktivlik nümayiş etdiriblər.
Deputatlarımız, həmçinin Türkiyə nümayəndə heyətinin üzvləri ilə də görüşüblər. Dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Görüş zamanı əlaqələrimizin gücləndirilməsində hər iki dövlət başçılarının müstəsna xidmətlərinin olduğu da vurğulanıb.
Ümumilikdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin Rumıniyaya səfəri çox məhsuldar keçib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















