Rumıniyada PUA yaşayış binasına ÇIRPILDI VİDEO
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rumıniyanın şərqində yerləşən Qalats şəhərində yaşayış binasına çırpılan pilotsuz uçuş aparatı (PUA) partlayışa və yanğına səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə “Mediafax” agentliyi məlumat yayıb.
Məlumata görə, dronun binaya çırpılması nəticəsində güclü partlayış dalğası yaranıb və dərhal mənzillərdən birində yanğın başlayıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın tamamilə söndürülüb.
Qeyd olunub ki, fövqəladə vəziyyətlə əlaqədar olaraq binadan təxminən 70 sakin təcili şəkildə təxliyə edilib və ərazi nəzarətə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 29 May 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















