Rumıniyalı futbolçu: Neftçi yə keçidimlə bağlı danışıqlar son mərhələdədir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 avqust, AZƏRTAC
Rumıniyanın "Botoşani" komandasının futbolçusu Sebastyan Maylat “Neftçi”yə keçə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Rumıniya çempionatının FKSB ilə V tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Rumıniyalı vinger bildirib ki, artıq klublar arasında danışıqlar son mərhələdədir: “Şübhəsiz ki, bu, irəliyə doğru bir addımdır. Ötən mövsüm yaxşı çıxış etdiyim üçün gözləntilərim var idi və daha yaxşı səviyyəyə keçmək istəyirdim. Arzum daha güclü çempionatlarda oynamaqdır. Əlimdən gələn hər şeyi etməyə və futboldan zövq almağa çalışacağam. Klublar demək olar ki, razılığa gəliblər, son qərarı mən verəcəyəm”.
İddiaya görə, “Neftçi” bu keçid üçün qarşı tərəfə 400 min avro təzminat ödəyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Avqust 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















