Rumıniyalı voleybolçu: Azərbaycan millisi xeyli inkişaf edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan millisi öz evində oynayır deyə bütün zal onları dəstəkləyirdi. Bu da şübhəsiz ki, rəqibin qələbə qazanmasında böyük rol oynadı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Rumıniya millisinin üzvü Diana Vereş Bakıda keçirilən Avropa çempionatında Azərbaycan yığmasına 2:3 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.
İdmançı qarşılaşmaya istədikləri kimi başlaya bilmədiklərini söyləyib: “İlk setdə bir çox səhvlərə yol verdik. İkinci setdə müəyyən üstünlük əldə etsək də, həlledici xallarda diqqəti itirdik”.
O, Azərbaycan millisinin son dövrlərdə inkişaf etdiyini vurğulayıb: “Rəqibin heyətinə böyük təcrübəyə malik yeni voleybolçular cəlb olunub. Həqiqətən yaxşı komandadır. Bu heyətdə isə ən yaxşı oyunçu kimi Yelizaveta Rubanı fərqləndirərdim”.
Qeyd edək ki, xallarını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini davam etdirir. Yığma daha əvvəl Portuqaliya komandasını 3:1, İspaniya yığmasını isə 3:0 hesabı ilə üstələyib. Milli komanda növbəti oyunlarını Belçika və Niderland seçmələrinə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 Avqust 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















