Icma.az
close
up
RU
Rus bölmələrində “Azərbaycan tarixi” ilə yanaşı, Azərbaycan ədəbiyyatı da keçirilə bilər TƏHLİL

Rus bölmələrində “Azərbaycan tarixi” ilə yanaşı, Azərbaycan ədəbiyyatı da keçirilə bilər TƏHLİL

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Təhsilin əsas funksiyalarından biri də fərdi milli özünüdərk kontekstində formalaşdırıb şəxsiyyət müstəvisinə qaldırmaqdır. Tədris və təlim-tərbiyənin, dünyəviliklə milli dəyərlərin tarazlığının qorunması təhsilin əsas missiyası hesab edilməlidir. Amma istər dünyanın bir çox ölkələrində, istərsə də Azərbaycanda tolerant yanaşma tərzi özünü təhsil sahəsində də göstərmiş və tədris prosesinin daha çox adamlar üçün əlçatımlılığını təmin etmək üçün dövlət dili ilə yanaşı, bir neçə digər dildə də məktəblərin açılmasına, pedaqoji prosesin təşkilinin seçimdən asılı olaraq başqa dillərdə də tədrisinə icazə verilib. 

Hazırda xüsusən də ibtidai siniflər üçün rus bölməsi bağlanmasını tələb edən bir çox şəxs var. Ötən həftə hətta müğənni Murad Arif rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib. 

Ümumiyyətlə, ildə bir neçə dəfə rus bölməsi ilə problemlər zaman-zaman qabardılır. Bu problemlər bəzən dil amili ilə, bəzən tədrisin zəif təşkili ilə, bəzən isə bir başqa səbəblə əlaqələndirilir. 

Amma hər bir halda mən düşünmürəm ki, bizdə rus bölməsi anlayışı təhsilimizdə bir problem olaraq mövqe tutur. Bunu qətiyyən o cür adlandıra bilmərik.  Ölkə üzrə 4532 ümumi təhsil müəssisəsi var. Onlardan 300-ə qədərində təhsil rus və Azərbaycan bölməsi üzrə paralel şəkildə aparılır. Cəmi 17 məktəbdə isə təhsil yalnız rus dilində aparılır. Yəni, göründüyü kimi say o qədər də çox deyil. Rəsmi dövlət dilimiz Azərbaycan dilidir. Ölkəmizdə  qeyri-dillərdə olan məktəblərin sayı çox cüzi təşkil edir. Azərbaycan daim özünün tolerantlığı, demokrat prinsiplərə yanaşması ilə də fərqlənib. Biz istər din, tədris, mədəni məsələləri baxımından çox tolerant ölkəyik. Kənardan baxanda da bu belə də dəyərləndirilir. Şəxsən mən uşaqların Azərbaycan dilində, oxumasının tərəfdarıyam. Bu,  subyektiv fikrimdir. Amma elə ailələr var ki, onların  uzun illərdir ünsiyyət dili rus dili olub. Təbii ki, dil də psixoloji faktordur və o ailədə uşaq da artıq rus dilində danışır. Bunu biz birdən-birə gətirib Azərbaycan dili bölməsinə sala bilmərik. Məsələn, rus dili bölməsində problem var idi  ki, şagirdlər Azərbaycan dilinin, Azərbaycan tarixinin mənəvi dəyərlərindən nisbətən az məlumatlıdırlar. Artıq bu da aradan qaldırılma qüzrədir. Düşünürəm ki, rus bölmələrinin bağlanmasındansa, bu  bölmələrdə maarifləndirmə aparılmalıdır.  

Bizdə əsas diqqət rus və ya başqa dildə tədris yox, həmin bölmələrdə oxuyan uşaqların Azərbaycan dili, tarixi, milli dəyərləri və s.olan münasibətidir. Sırf bu münasibətin daha da yaxşılaşdırılması üçün  dövlət tərəfindən vacib addımlar atılıb. 

Ümumi təhsil müəssisələrində tədris olunan humanitar fənlər xüsusilə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, o cümlədən çağırışaqədərki hazırlıq şagirdlərdə milli kimliyin formalaşması və vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rola malikdir. Bu səbəbdən sözügedən fənlərin öz ana dilimizdə tədris olunması vacib addımdır. Çünki bizim övladlarımız öz mədəniyyəti və tarixi haqqında öz dilində düşünərək ən düzgün təəssüratı əldə edə bilər.

Son illərdə Azərbaycan dilinin tədrisinə və onun öyrənilməsinin keyfiyyət və kəmiyyətcə yaxşılaşdırılmasına xüsusi önəm verilir. Belə ki, tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili (dövlət dili) fənninə ayrılan saatların miqdarı artırılıb (həftədə 2 saatdan 3 saata).  Həmin siniflərdə Zəfər tarixi və Ortaq türk tarixi kursları,  çağırışaqədərki hazırlıq fənni artıq dördüncü ildir ki, Azərbaycan dilində tədris olunur. 

Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması bu istiqamətdə aparılan məqsədyönlü işlərin tərkib hissəsidir.

Bildiyiniz kimi, “Təhsil haqqında” Azərbaycan Respublikası qanununa əsasən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. Qanunda qeyd edilmiş bu maddənin yeni redaksiyada yəni sözügedən fənlərin məhz Azərbaycan dilində tədris edilməsinin  növbəti dövrdə nəzərə alınması məqsədəuyğun hesab olunur.

Ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə digər dillər üzrə şagird qəbulu aparılır Eyni zamanda bəzi məktəblərdə beynəlxalq akkreditə olunmuş proqramların da tədrisinə şərait yaradılıb. Bu təhsil sistemində digər xalqların nümayəndələrinin təhsilinə şərait yaradılması baxımından nümunəvi tolerant addımdır.

2022-2023-cü ildə pilot olaraq 20 ümumi təhsil müəssisəsində icrasına başlanılmış ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi layihəsi uğurla nəticələndiyi üçün layihənin əhatə dairəsi genişləndirilmiş və 6-cı sinifdə də tətbiq edilməsi barədə qərar verilib. Rus bölmələrində təhsil alan şagirdlərin əksəriyyəti azərbaycanlı ailələrdən olduğu üçün prosesin bu formatda davam etdirilməsi məqsədəuyğun addım kimi qiymətləndirilir.

Yaxın zamanlarda tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan ədəbiyyatı nümunələrinin də dövlət dilində keçirilməsi nəzərdə tutulub. Həqiqətən də şagirdlərin Azərbaycan ədəbi nümunələrini original mənbədən olduğu kimi oxuyub anlaması mənimsəməni də gücləndirir. Çünki əksər hallarda fərqli mədəniyyətlərə sahib olan xalqların tarixi keçmişi və ənənələri əsasında yaradılmış əsərlər olduğu kimi oxunduğu zaman həqiqi mənasını ifadə edir və oxucunu düzgün məntiqi nəticəyə yönləndirir.

Elmin Nuri 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri