Icma.az
close
up
RU
Rus bölməsini təhsilə görə yox, imic üçün seçirlər AÇIQLAMA

Rus bölməsini təhsilə görə yox, imic üçün seçirlər AÇIQLAMA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaman-zaman təhsil gündəminin ən çox müzakirə olunan mövzularından biri Azərbaycanda rus sektorunun gələcəyi ilə bağlıdır. Ara-sıra bu sektorun mərhələli şəkildə ləğvi, rusdilli məktəb və liseylərin fəaliyyətinin yenidən nəzərdən keçirilməsi istiqamətində müxtəlif fikirlər səsləndirilib. Xüsusilə ötən ilin sonlarına doğru məsələ yenidən aktuallaşaraq ictimai müzakirə müstəvisinə çıxıb. Bu isə onu deməyə əsas verir ki, uzun illər formalaşmış rus sektoru modeli artıq əvvəlki qədər dəyişməz və toxunulmaz görünmür.

Maraqlıdır, rus sektorunda mümkün dəyişikliklər məhdud müzakirə müstəvisində qalacaqmı, yoxsa digər məktəb və liseylərdə də rus sektorunun ləğviylə bağlı oxşar islahatlar aparıla bilər?

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli ilk olaraq məsələyə hüquqi baxımdan aydınlıq gətirərək qeyd edib ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” qanununda qeyd olunur ki, “Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir”.

“Bununla yanaşı, sözügedən qanunda bildirilir ki, “vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər”.

Göründüyü kimi qanunvericilikdə ümumi təhsil müəssisələrində tədrisin digər dillərdə, o cümlədən rus dilində olması ilə bağlı tənzimləyici mexanizmlər olsa da, imperativ qadağa, yaxud məhdudiyyət yoxdur”.

Deputat bildirib ki, məsələyə subyektiv münasibətinə gəldikdə isə, o, Azərbaycanın ümumi təhsil məktəblərində tədris dilinin istisnasız olaraq, Azərbaycan dilində olmasının tərəfdarıdır:

“Baza təhsili mütləq Azərbaycan dilində olmalıdır. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, bir xalqın milli özünəməxsusluğunu təşkil edən əsas komponentdir. Dil - mədəniyyətdir, dil - tarixdir, dil - bir millətin var olduğunun sübutudur və dilin milli şüurun formalaşmasında müstəsna, əvəzolıunmaz bir yeri var.

Amma bu prosesin, yəni Azərbaycanın bütün ümumtəhsil müəsisələrində tədrisin tamamilə Azərbaycan dilində aparılmasının həvəsləndirici və cəzbedici addımlarla gerçəkləşdirilməsinin tərəfdarıyam. Azərbaycan dilində tədrisin keyfiyyəti artdıqca digər dillərdə tədris prosesini həyata keçirən məktəblərin də təbii şəkildə sıradan çıxacağını düşünürəm. Onu da qeyd edim ki, dil milli identikliyin qorunmasının ən başlıca komponenti olduğu kimi həm də "məxməri ekspansiya" vasitəsidir. Bu baxımdan, xarici dillərdə tədris prosesinin milli şüurun sıradan çıxarılmasına yönəlmiş elementlərin daşıyıcısına çevrilməməsi daim diqqətdə saxlanılmalıdır. Ümumtəhsil məktəblərində bir neçə xarici dilin öyrənilməsinə imkan yaradılmalıdır. Orta məktəblərdə xarici dillərin tədrisi gücləndirilməli, xüsusi proqramlar həyata keçirilməlidir. Bu Azərbaycan vətəndaşlarının rəqabətədavamlı mütəxəssislər kimi formalaşması, dünyaya açılmaları üçün olduqca vacibdir. Amma bünövrənin, təməlin ana südü kimi təmiz doğma Azərbaycan dilində olması şərtdir”.

Elçin Mirzəbəylinin sözlərinə görə, dilimizlə və eləcə də bir millət olaraq gələcəyimizlə bağlı çağırışların nələrdən ibarət olduğunu, hansı mürəkkəb bir zaman kəsiyindən keçdiyimizi dərindən anlamaq üçün, qənaətinə görə, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirləri təkrar-təkrar nəzərdən keçirməliyik:

“Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. Xalqımızın taleyini hamımız yaxşı bilirik, ağır taledir. Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey deyildi. Müstəqillik tariximiz də zəngin olub. Dövlətçilik əsasları olub. Fəxr edirik o dövlətlərlə. Amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”.

Deputat əlavə edib ki, dilə münasibət həm milli təəssübkeşlik, həm milli qürur məsələsidir: 

"Xalqa, millətə olan sevgi ilk növbədə onun dilinə olan münasibətdən başlayır.

Mükəmməl azərbaycanlı olmağın yolu Azərbaycan dilinə mükəmməl şəkildə yiyələnməkdən, sahiblənməkdən keçir. Azərbaycan dili dünyanın ən gözəl dillərindən biri və mənə görə birincisidir. Dilimizin bətnində ilahi bir müsiqi var. Öz ana dilini mükəmməl bilən bir azərbaycanlının dodaqlarından qopan sözlər sanki bu ilahi müsiqinin sədaları altında, həzin bir axınla havada süzür, sevdalı aşiqlər kimi söz-söz, cümlə-cümlə qol-boyun olurlar”,- deyə E.Mirzəbəyli söyləyib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova isə bildirib ki, rus bölməsi ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsi cəmiyyətdə gedən daha geniş bir prosesin – təhsildə dil siyasətinin və milli prioritetlərin yenidən nəzərdən keçirilməsinin tərkib hissəsidir:

“Dil məsələsi sadəcə kommunikasiya aləti deyil, eyni zamanda vətəndaşın dövlətlə, cəmiyyətlə və gələcək əmək bazarı ilə bağını müəyyən edən əsas faktorlardan biridir. Məhz buna görə də bu mövzu dövlətçilik baxımından həssas və strateji xarakter daşıyır. Cənab Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Azərbaycan dilinin qorunması və dövlət dili kimi təhsildə aparıcı mövqeyinin möhkəmləndirilməsini milli təhlükəsizlik və suverenlik məsələsi kimi dəyərləndirib.

Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən ana dilində təhsilin keyfiyyətinin yüksəldilməsi, dərsliklərin və kurikulumların yenilənməsi, müəllim hazırlığının gücləndirilməsi istiqamətində sistemli işlər aparılır. Məqsəd odur ki, valideynlər və şagirdlər Azərbaycan dilində təhsili yalnız formal olaraq deyil, keyfiyyət və perspektiv baxımından da daha üstün seçim kimi görsünlər. Bu yanaşma, təbii olaraq, müxtəlif tədris modellərinin zamanla yenidən formalaşmasına gətirib çıxarır”.

G.Əkbərova hesab edir ki, burada söhbət hansısa tədris dilinin inzibati şəkildə ləğvindən getmir:

“Əksinə, məqsəd təhsilin dövlət dilində daha rəqabətli, daha müasir və daha effektiv qurulmasıdır. Əgər Azərbaycan dilində tədris həm məzmun, həm metodika, həm də gələcək imkanlar baxımından güclü olarsa, valideynlərin və şagirdlərin seçimləri də təbii şəkildə bu istiqamətə yönələcək. Bu isə islahatların ən sağlam və dayanıqlı yoludur.

Gözləniləndir ki, qarşıdakı dövrdə də bəzi məktəblər öz tədris modellərini bu ümumi strategiyaya uyğun şəkildə yenidən tənzimləyəcəklər. Amma bu proses kəskin qərarlarla deyil, mərhələli şəkildə, təhsilin keyfiyyətinin yüksəldilməsi və cəmiyyətin ehtiyacları nəzərə alınmaqla aparılacaq.

Bu, nə təkcə dil məsələsidir, nə də ayrı-ayrı məktəblərin verdiyi qərarlar. Bu, Prezidentin müəyyən etdiyi milli xəttə uyğun olaraq həyata keçirilən uzunmüddətli təhsil strategiyasının bir hissəsidir və əsas məqsəd hər bir uşağın öz ölkəsində, dövlət dilində, bərabər imkanlarla keyfiyyətli təhsil almasını təmin etməkdir”.

Məsələyə psixoloji nöqteyi-nəzərdən aydınlıq gətirən psixoloq Nizami Orucov isə söyləyib ki, xüsusilə cəmiyyətimizdə “kütlədən geri qalmamaq”, “imkanları qaçırmamaq” qorxusu güclüdür:

“Valideyn bəzən rusdilli məktəbi real təhsil keyfiyyətinə görə yox, onun ətrafında formalaşmış sosial imicə görə seçir. Bu isə qərarın daha çox emosional və sosial təzyiq altında verildiyini göstərir.

Şüurlu qərar valideynin uşağın ehtiyaclarını, maraqlarını, dil bacarığını və psixoloji xüsusiyyətlərini nəzərə alaraq verdiyi seçimdir. Burada əsas motiv “uşağım üçün nə daha uyğundur?” sualıdır. Təqlid isə daha çox sosial təzyiq və kollektiv davranışdan qaynaqlanır. Valideyn bəzən fərqində olmadan “hamı belə edir, deməli doğrudur” yanaşması ilə hərəkət edir. Psixoloji baxımdan bu iki yanaşma arasında ciddi fərq var: biri məsuliyyət və fərdi dəyərləndirmə üzərində qurulur, digəri isə narahatlıq və geridə qalmaq qorxusu ilə”.

Psixoloqun sözlərinə görə, əgər seçim şüurlu şəkildə edilibsə, uşaq daha çox qəbul olunduğunu və başa düşüldüyünü hiss edir:

“Bu, onun emosional təhlükəsizlik hissini gücləndirir. Amma valideyn sadəcə başqalarını təqlid edərək qərar verirsə və uşaq həmin mühitə uyğunlaşmaqda çətinlik çəkirsə, onda stress, özünə inamsızlıq və daxili gərginlik yarana bilər. Uşaq hiss edir ki, onun ehtiyaclarından çox, valideynin qorxuları və cəmiyyətin gözləntiləri əsas götürülüb”.

N.Orucov bildirib ki, əgər dil seçimi uşağın daxili dünyası və ailədə verilən dəyərlərlə balanslaşdırılmırsa, uşaqda kimliklə bağlı qarışıqlıq yarana bilər:

“Burada problem dilin özü deyil, dil vasitəsilə ötürülən mənsubiyyət hissinin zəifləməsidir. Uşaq özünü hansı mədəniyyətə, hansı kimliyə aid olduğunu anlamaqda çətinlik çəkə bilər. Bu da şəxsiyyət formalaşması dövründə daxili ziddiyyətlərə yol aça bilər.

Valideynlərdə əsasən narahatlıq, gələcəklə bağlı qeyri-müəyyənlik və yanlış seçim etmək qorxusu müşahidə olunur. Şagirdlərdə isə uyğunlaşma stresi, özünü sübut etmə təzyiqi və bəzən də daxili tənhalıq hissi yaranır. Əgər bu prosesdə uşaqla açıq ünsiyyət qurulmazsa, onun psixoloji yükü daha da ağırlaşa bilər”.

Yekun olaraq psixoloq əlavə edib ki, təhsil seçimi valideynin qorxuları ilə deyil, uşağın ehtiyacları ilə uyğunlaşmalıdır:

“Dil və məktəb seçimi uşağın psixoloji rifahını, şəxsiyyət inkişafını və milli kimliyini dəstəkləməlidir. Ən sağlam yanaşma başqalarını təqlid etmək yox, uşağı mərkəzə alan, şüurlu və balanslı qərar verməkdir”,- deyə N.Orucov qeyd edib.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılacaq. Belə ki, qərarın yeni tədris ilindən etibarən qüvvəyə minəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri