Icma.az
close
up
RU
Rus bölməsini daha çox kasıb ailələr seçir AÇIQLAMA

Rus bölməsini daha çox kasıb ailələr seçir AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanda rus bölməsinə olan marağın səbəbi, repetitorsuz və əlavə maliyyə xərcləmədən bir dili mükəmməl öyrənmək imkanının olmasıdır. Yəni insanlar istəyir ki, övladları hər hansı bir əcnəbi dili ana dili qədər təmiz bilsin ki, gələcəkdə dillə bağlı kriteriyalarla üzləşəndə bu, problemə çevrilməsin".

Bu fikirləri Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı paytaxtda valideynlərin uşaqlarını əsasən rus bölməsinə qoymalarının səbəblərindən danışarkən bildirdi.

"Heç bir dil kursu, repetitor hazırlığı və ya məşğələ, təhsil aldığı sahədə öyrənilən qədər peşəkar dil bilikləri qazandırmır. Yəni illərlə repetitor yanına gedən şagirdlər var ki, külli miqdarda vaxt sərf edilib, lakin rus bölməsində təhsil alan bir şagird qədər mükəmməl dil biliklərinə sahib ola bilmirlər.

Təhsil və tədris dili, dil öyrənmək üçün çox əhəmiyyətlidir. Xüsusilə maddi təminatı zəif olan ailələrin seçimi daha çox rus bölməsi olur. Çünki bir dili dövlət hesabına öyrənirsə, digər dili, məsələn, ingilis dilini repetitor vasitəsilə özü təmin etməyə çalışır".

Sosioloq qeyd etdi ki, bunun belə olması valideynin büdcəsinə faydalı hesab olunur.

"İkinci bir məsələ isə gələcəkdə iş elanlarında tələb kimi qarşıya qoyulan rus dili biliyidir. Valideyn bu gün görür ki, iş axtarışında rus dili çox zaman əsas tələblərdən biri kimi göstərilir. Fikirləşir ki, gələcəkdə övladı da bu kimi problemlərlə üzləşə bilər və valideyn özünün rus dili bilmədiyinə görə itirdiyi işləri övladının da itirməsini istəmir.

Hazırda ölkəmizdə ingilis dili işə qəbulda rus dili qədər tələb olunan bir dil deyil. Yəni əgər 80 faiz hallarda rus dili biliyi tələb olunursa, yalnız 20 faizdə ingilis dili tələb olunur. Buna görə də valideynlər övladlarının gələcəyini düşündükləri üçün rus bölməsinə üstünlük verirlər", - deyə L.Mehralı vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri