Icma.az
close
up
RU
Paşinyan Xocalı qatillərini Bakıya verir? Üç sensasion SSENARİ

Paşinyan Xocalı qatillərini Bakıya verir? Üç sensasion SSENARİ

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın sabiq prezidentləri Serj Sərkisyan və Robert Köçəryanın Xocalı soyqırımı ilə bağlı istintaqa cəlb olunub-olunmayacağı yenidən gündəmə gəlib. İddialara görə, rəsmi Bakı beynəlxalq hüquq müstəvidə tədbir görmək üçün addım ata bilər. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərdən sonra sabiq liderləri Bakıya təslim edib-etməyəcəyi ilə bağlı müzakirələr aparılır.

Sərkisyan və Köçəryan Bakıda istintaqa cəlb olunacaq? Paşinyan onları seçkidən sonra Bakıya təslim edəcək? Bu proses hüquqi yolla necə aparılmalıdır?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, Azərbaycan hüquq-mühafizə orqanları Xocalı qatilləri Sərkisyan və Köçəryanın müharibə cinayətləri törətməsi ilə bağlı kifayət qədər dəlil toplayıb:

“Onlar müxtəlif illərdə müsahibələrində və açıqlamalarında Xocalı soyqırımında iştirak etdiklərini, dinc insanların kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı əmrlər verdiklərini etiraf ediblər. İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar göstərir ki, təkcə Xocalı soyqırımı zamanı deyil, Azərbaycan torpaqlarının işğalı prosesində də dinc əhali güllələnmələrə və işgəncələrə məruz qalıb. Bu cinayətkar dəstələrə isə bilavasitə Köçəryan və Sərkisyan rəhbərlik edib, səhra komandirləri kimi fəaliyyət göstəriblər. Bununla bağlı çoxsaylı, təkzibolunmaz faktlar əsasında cinayət işləri başlanıb. Lakin bir sıra obyektiv səbəblərdən həmin şəxsləri hələlik məsuliyyətə cəlb etmək mümkün olmayıb. Bu isə o demək deyil ki, qarşı tərəfi məsuliyyətdən kənarda qalmalıdır. Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə Ermənistan cavabdehdir”.

Zaur İbrahimli

Politoloq qeyd edib ki, yaxın perspektivdə bu şəxslərin Azərbaycana verilməsi real görünməsə də, ölkəmiz bu istiqamətdə fəaliyyətini dayandırmayacaq:

“Belə məsələlərdə əsas amil ardıcıllıq, qətiyyət, düzgün diplomatiya və çoxtərəfli əməkdaşlıqdır. Son 35 ildə bir zamanlar real görünməyən hadisələrin baş verdiyini gördük. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız və ordumuz tarixi qələbə qazandı, torpaqlarımız azad edildi. Bu gün Xocalıda soyqırımı qurbanlarının xatirəsinə memorial kompleks inşa olunub. Bir neçə il əvvəl bunları xəyal belə edə bilməzdik. Bu qatillərin Azərbaycan məhkəmələri qarşısında cavab verəcəyi günü gözləməkdən yorulmamalı, ümidimizi itirməməliyik. Necə ki, qondarma Dağlıq Qarabağ Respublikasının sabiq “prezidentləri” Azərbaycan məhkəməsi qarşısında dayandılar, qatil, milyarder Ruben Vardanyan və digər hərbi canilər də qanun qarşısında cavab verdilər. Bir zamanlar bunu da təsəvvür etmək çətin idi, lakin bu gün həmin tarixi hadisələrin şahidiyik. Əsas məsələ qarşıya qoyulan vəzifələrin icrası üçün bütün səyləri göstərməkdir. Tarixi zərurət yetişəndə bu şəxslər də məhkəmə qarşısında cavab verəcəklər, törədilən cinayətlər cavabsız qalmayacaq”.

Hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, “Bakıda istintaqa cəlb etmək” ifadəsi hüquqi dillə iki ayrı məqsədi birləşdirir:

“Birincisi, Azərbaycanın istintaq orqanları və prokurorluğunun müəyyən faktlar üzrə cinayət işi başlatması, istintaq aparması, ittiham formalaşdırması, axtarış elan etməsi, beynəlxalq hüquqi yardım sorğuları göndərməsi kimi prosessual addımları atmasıdır. İkincisi isə həmin şəxslərin fiziki olaraq Azərbaycan yurisdiksiyasına gətirilməsi, yəni saxlanması, təhvil verilməsi və ya başqa formada ölkəmizin hüquq-mühafizə, məhkəmə sisteminin real nəzarətinə düşməsidir. Bu iki mərhələdən birincisi hüquqi baxımdan daha real görünür, ikincisi isə adətən siyasi-hüquqi əməkdaşlıq, ekstradisiya rejimi, üçüncü ölkədə saxlanma kimi mexanizmlərdən asılı olduğuna görə daha mürəkkəb və qeyri-müəyyən olur. Cinayət Məcəlləsində soyqırımı ayrıca cinayət tərkibi kimi nəzərdə tutulub. Həmin maddənin mahiyyəti odur ki, milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsinə yönələn hərəkətlər ağır cinayət kimi tanınır və sanksiya mexanizmi mövcuddur. Bununla yanaşı, praktiki baxımdan daha kritik hüquqi baza Cinayət Məcəlləsinin 12.3-cü maddəsidir. Bu norma “sülh və insanlıq əleyhinə cinayətlər”, “müharibə cinayətləri” kimi kateqoriyalara aid əməllər üzrə cinayətin harada törədilməsindən asılı olmayaraq şəxslərin ölkəmizin cinayət qanunvericiliyi əsasında məsuliyyətə cəlb edilə bilməsi ideyasını təsbit edir. Məhz qanun mətninə görə, Azərbaycan istintaq orqanları belə kateqoriyalı cinayətlər üzrə iş aça, ittiham irəli sürə, prosessual qərarlar çıxara bilər”.

Əlövsət Allahverdiyev

Hüquqşünas vurğulayıb ki, istintaqın başlanması avtomatik olaraq həmin şəxslərin Bakıda dindirilməsi və ya məhkəmədə iştirak etməsi demək deyil:

“Bu nöqtədən sonra məsələ artıq icra mexanizmlərinə, yəni şəxsin faktiki olaraq Azərbaycan nəzarətinə düşməsinə bağlanır. Sərkisyan və Köçəryanın Bakıda istintaqa fiziki olaraq cəlb edilməsinin real ssenariləri əsasən üç istiqamətdə təsəvvür olunur. Birincisi, ən sadə görünən, amma praktiki cəhətdən ən az ehtimal olunan ssenaridir. Belə ki, barəsində axtarış və ya saxlanma qərarı olan şəxs hansısa səbəbdən ölkəmizə daxil olarsa, sərhəddə Azərbaycan yurisdiksiyasına düşərsə, saxlanıla bilər. Lakin bu tip işlərdə barəsində ittiham gözlənilən şəxslər adətən Azərbaycan ərazisinə səfər etmir və bu ssenari daha çox nəzəri xarakter daşıyır. İkinci ssenari praktikada daha işlək sayılan yoldur. Yəni üçüncü ölkədə saxlanma və ekstradisiya. Siyasi baxımdan yanaşıldıqda bu da effekt verməyə bilər. Üçüncü ssenari isə İnterpol mexanizmləridir. Bu da üçüncü ölkənin yanaşmasından asılıdır. Çünki bəzən axtarışda olan şəxsi saxlayır, vermir, bəzən saxlamır, bəzən də saxlayıb mühakimə üçün tələb edən dövlətə verir. Burada ayrıca “qiyabi istintaq, qiyabi məhkəmə” məsələsi də vacibdir. Bunun üçün Azərbaycan hüququnda qiyabi icraat institutu mövcuddur. Bütün hallarda həmin şəxslər Bakıda istintaqa cəlb oluna bilər. İnanmaq olar ki, bütün sahələrdə inkişaf edən, güclənən Azərbaycan bunun da reallaşmasına nail olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Fevral 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri