Icma.az
close
up
RU
Rus kartı masaya atıldı, Bakıya belə mesaj verildi Moskvanın böyük fiaskosu

Rus kartı masaya atıldı, Bakıya belə mesaj verildi Moskvanın böyük fiaskosu

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Kremlin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə açıqlamasında Rusiya ilə Azərbaycan arasında mövcud gərginliyə münasibət diqqət çəkib. O, Moskvanın dialoq yolu ilə problemlərin həllinə ümid etdiyini bildirib, xüsusilə Azərbaycanda yaşayan ruslara hörmətin Kremlin üçün önəmli olduğunu vurğulayıb.

Sitat: “İndi çətin dövrlərdən biridir. Ümid edirik ki, keçəcək. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq mövcuddur. Həqiqətən də münasibətlərdə möhkəm təməl var, iki ölkənin maraqları üst-üstə düşür. Azərbaycan ruslara hörmət edilməsi bizim üçün çox vacibdir”.

Analitiklər hesab edirlər ki, Peskovun qeyd etdiyi “hörmət” ifadəsi yalnız diplomatik bir tələbin deyil, həm də Rusiya siyasətinin əhəmiyyətli bir komponentinin – rus dili və rus kimliyinin qorunmasına işarədir. Bildirilir ki, Moskva bundan müxtəlif ölkələrə təzyiq vasitəsi kimi istifadə edir.

Peskovun açıqlaması Rusiya-Azərbaycan münasibətləri kontekstində necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Moskva ölkə kənarında yaşayan ruslar və rus dilindən təzyiq elementi kimi istifadə etməyi dövlət siyasətinə çevirib:

Həmçinin oxuyun:

Peskovun çıxışında Bakıya qəribə mesaj – Yeni hədəf Azərbaycandır?

“Peskovun Azərbaycanda yaşayan rusları xüsusi qeyd etməsi də bunun davamıdır. Halbuki, Rusiyada qeyri-ruslara, yəhudilərə və müsəlmanlara qarşı ksenofob münasibət olduğu tarixdən məlumdur. Bu, hətta, Rusiya ədəbiyyatına da yansıyıb. Ölkəmizdə isə heç bir millətə qarşı belə yanaşma olmayıb. Hətta yəhudilər belə urada özlərini rahat və təhlükəsiz hiss etdiklərini təsdiq edirlər”.

Xəqani Cəfərli

Politoloq qeyd edib ki, Kremlin “rus kartı” beynəlxalq aləmdə Azərbaycana qarşı işləyə bilməz:

“İki tərəfli münasibətlərdə belə şantajlardan istifadə edilməsi münasibətlərə ancaq zərər verir. Əgər Moskva Bakını bununla qorxuda biləcəyini zənz edirsə, yanılır. Çünki Rusiyanın postsovet məkanın hakimi olduğu dövr 24 fevral 2022-ci ildə bitib. Bundan sonra Kreml bu cür təhdidlərlə heç İrəvanı da qorxuda bilməz”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri