Icma.az
close
up
RU
Rus kəşfiyyatını yeni ölkə işğalı iddiası Avropanı qarışdırdı Nə baş verir?

Rus kəşfiyyatını yeni ölkə işğalı iddiası Avropanı qarışdırdı Nə baş verir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən yayılan “NATO-nun Moldovanı işğal etməyə hazırlaşdığı” iddiası regional və beynəlxalq müstəvidə ciddi rezonans doğurub. Moldova Ukrayna ilə sərhəddə, Qərb-Rusiya geosiyasi qarşıdurmasının kəsişmə nöqtəsində yerləşən, neytral statusa malik, lakin Qərblə inteqrasiyanı hədəfləyən bir dövlətdir. NATO ilə əməkdaşlığını tədricən genişləndirən Kişinyov, Moskvanın diqqətində olan əsas mərkəzlərdən biri hesab edilir.

Rusiya bu bəyanatlarla hansı məqsədləri güdür? NATO-nun Moldova ilə bağlı real planları nədən ibarətdir? Bu qarşıdurma regionu hara aparır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, hazırda Moldova Rusiya və Aİ-NATO maraqlarının toqquşduğu ölkələrdən biridir:

Rusiya Moldovada öz təsirini qoruyub saxlamaq istəyir. Özü də bunu Moldova daxilində yaratdığı iki separatçı bölgə ilə etmək niyyətindədir. Söhbət Dnestryanı ərazi və Qaqauz Muxtar bölgəsindən gedir. Hər iki ərazidə rus təsiri çox güclüdür. Moskva illərdir bu iki bölgə üzərindən Moldovaya təzyiq edir, hətta onun Qərbə inteqrasiyasını gecikdirir.

Dnestryanı ərazi hələ 1990-cı illərdən bəri separatçılıq edir. Rusiya isə sülhməramlı adı altında həmin əraziyə hərbi kontingent yerləşdirib. Bu kontingent hələ də fəaliyyətini davam etdirir. Halbuki missiyanın müddəti çoxdan bitib. Buna baxmayaraq, Rusiya hər fürsətdən istifadə edərək Moldovanın tələblərini qulaqardına vurur. Dnestryanı ərazidə vaxtilə Rusiyanın 14-cü ordusu yerləşib. Bu ərazilərdə sovet dövründən qalmış anbarlarda silah-sursat həddindən artıq çoxdur.

Faktiki olaraq Şərqi Avropadakı ən böyük silah anbarı Moldovada yerləşir. Rusiyanın Dnestryanı ərazilərə birbaşa çıxış əldə etməsi üçün Ukraynanın Odessa və cənub ərazilərini işğal etmək cəhdləri də olub”.

Oqtay Qasımov

Politoloq əlavə edib ki, NATO, şübhəsiz, Moldovanın Rusiyanın təsirindən çıxaraq Qərbə inteqrasiyasında maraqlıdır:

“Kreml Moldovada parlamentində özünə sadiq deputatların sayını artırmağa çalışır. Bununla həm də Ukraynaya qarşı ikinci cəbhənin açılmasını istəyir. Son həftələr Rusiyanın Polşa, Estoniya və Latviyada dron fəaliyyətləri artıb.

Moldovanın itirilməsi NATO ölkələri üçün ciddi təhlükə yaradacaq. Xüsusilə də Rumıniya bu təhlükəni daha çox hiss edir. Moldovada parlament seçkilərini Qərbmeyilli Maya Sandu qazanması Rusiyanın planlarına ciddi zərbə vuracaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri