Icma.az
close
up
RU
“Rus sektor unda oxumaq üçün 3000 5000 manat ödənilsin”

“Rus sektor unda oxumaq üçün 3000 5000 manat ödənilsin”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda rus bölməsinə qəbul məsələsi yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. 

Xüsusilə dövlət dili, milli kimlik və təhsil siyasəti fonunda bu mövzu ətrafında fərqli yanaşmalar səsləndirilir. 

Bəziləri rus bölməsinin fəaliyyətini seçim azadlığı kimi qiymətləndirsə də, digərləri bunu dövlət dilinin mövqeyinə təsir edən məsələ hesab edir. 

Bu istiqamətdə hansı addımlar atılmalıdır?

Siyasi şərhçi, media eksperti Azər Həsrət “Cebheinfo.az”-a bildirib ki, rus bölməsinə qəbuldan imtina etmək istəməyən az sayda olsa da, vətəndaşlarımız qalıb və onlar təkidlə uşaqlarını Azərbaycana yad olan işğalçı rusların dilində oxutmaq istəyirlər:

“Əlbəttə, milliyyəti rus olanların öz ana dilində oxumaq istəmələri doğrudur, onlara bir söz deyə bilmərik. Lakin rus olmadan rus dilinə bu qədər sevgi bəsləmək və təhsili dövlət dilində deyil, Azərbaycanda hər hansı statusu olmayan yad dildə almağa üstünlük vermək başadüşülən deyil, əslində. İnsanlar Sovet dövründə də, ondan əvvəlki dövrdə də rus sevdasından əl çəkə bilmirlər.

Görünür ki, işğalçı rus imperiyası bizim insanların hamısını olmasa da, bir hissəsini kölə etməyi bacarıb ki, hələ də onların dilində təhsilə önəm verən var.

Burada başqa səbəblər də rol oynaya bilər. Məsələn, şəxs istəyə bilər ki, gələcəkdə uşağı Rusiyada yaşasın və buna görə də onun təhsilini rus dilində almasını istəyə bilər.

Uşaqların rus bölməsinə istiqamətləndirilməsi üçün Moskva sakitcə iş aparır və bu işi elə ustalıqla aparırlar ki, biz onu sezə bilmirik. Xüsusilə mediada olan və fəal şəkildə göstərilən “rus dili elm dilidir”, “rus dili insanı irəli aparır”, “rus dilində oxuyanlar daha mədənidir” kimi şüarlardan istifadə edilərək bu dilə meyillilik artırılır. 

Rus dilinin ayaqda tutulması imperiya iddialarına xidmət məqsədi güdür. Bu məqsədlə də insanlar arasında sakit-sakit təbliğat aparırlar və təəssüflər olsun ki, məsələnin mahiyyətini və dərinliyini anlamayan vətəndaşlarımız da o təbliğatın qurbanına çevrilirlər".

Ekspert bildirib ki,Ümumiyyətlə, rus bölməsinə qəbul imtahanla aparılmalıdır: 

"Birincisi, rus millətindən olanlar rus bölməsinə problemsiz qəbul edilməlidirlər, amma ilk olaraq Azərbaycanın dövlət dilindən imtahan verməlidirlər. Əl boyda uşaqlardan çətin imtahan tələb olunsun demirəm, amma Azərbaycan dilini bilmələri yoxlanılmalıdır. 

Əgər Azərbaycan dilini bilməsələr, onların rus bölməsində oxuması yasaqlanmalıdır. Çünki Azərbaycan vətəndaşı olub da dövlət dilini bilməyib rus bölməsində oxumaq olmaz və bu, böyük qüsurdur.

Rus millətindən olanlar Azərbaycan dilindən imtahan verib rus məktəbində oxuya bilər, amma rus olmayanların rus bölməsində oxumasına gəlincə, onlar bunun üçün dövlətə pul ödəməlidirlər. Yəni konkret olaraq rus millətindən olmayan şəxslər ən azı ildə 3000-5000 AZN məbləğində dövlətə pul ödəməlidirlər. 

Çünki Azərbaycan dövlətinin rus olmayanları rus dilində oxutmaq öhdəliyi yoxdur. Həm də Azərbaycan özünə hörmət edən dövlətdir və bu dövlətdə özümüzdən, soyumuzdan olan millətimizin rus dilinə könül verməsinə bu cür biganə yanaşa bilmərik. Əgər doğrudan bu şəxslər rus dilinə bu qədər meyillidirlərsə, pulunu ödəsinlər”.

Siyasi şərhçi qeyd edib ki, bundan savayı Rusiyanın özünün daxilində dillə bağlı apardığı siyasətə də diqqətlə baxsınlar: 

"Özünə hörmət edən heç bir azərbaycanlı uşağını rus məktəbində oxutmaz. Təəssüf ki, hələ də sayları az olsa da, rus bölməsində uşağını oxutmağa meyilli olanlar qalmaqdadır.

Dövlət artıq bu istiqamətdə qəti qərar verməlidir. Mən düşünürəm ki, bu ildən uşaqların ibtidai siniflərə qəbulu zamanı rus millətindən olmayanların rus bölməsinə qəbulu dayandırılmalıdır və dediyim kimi, kimsə uşağının rus bölməsində oxumasını bu qədər istəyirsə, pulunu ödəsin”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: rus bölməsi Azər Həsrət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Aprel 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri