Rus turist Qəbələdə yaralandı SƏBƏB (FOTO)
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Sankt-Peterburq şəhərinin sakini Qəbələ rayonunda istirahət edərkən bədbəxt hadisə ilə üzləşib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Qəbələ rayonundakı məşhur "Yeddi gözəl" şəlaləsinin yaxınlığında baş verib. Regina adlı turist qız meymunla xatirə şəkli çəkdirmək istəyib. Lakin bu zaman qəfildən qayalardan daş tökülməyə başlayıb.
Ərazidə olan digər turistlər təhlükəsiz yerə qaçmağı bacarsalar da, rusiyalı qız vaxtında yayına bilməyib və iri daş parçalarından biri onun başına dəyib. Zərərçəkən dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb və həkimlər onun baş nahiyəsinə dörd tikiş vurublar.
Həkimlərin sözlərinə görə, şəlalə ərazisində daş uçqunları müntəzəm olaraq baş verir və turistlərin müxtəlif dərəcəli xəsarətlər almasına səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 09 Oktyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















