Icma.az
close
up
RU
Rus və erməni mafiyası ABŞ də milyardlarla dollar oğurlayıb

Rus və erməni mafiyası ABŞ də milyardlarla dollar oğurlayıb

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az bildirir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası yanında “Medicare” və “Medicaid Services” Mərkəzlərinin rəhbəri Mehmet Öz belə açıqlama verib.
Onun sözlərinə görə, Van-Nays rayonunda cəmi dörd kvartal ərazisində qeydiyyatdan keçmiş 42-dən çox hospisin əksəriyyəti yalnız kağız üzərində mövcuddur və bu qədər müəssisənin eyni ərazidə cəmləşməsi ciddi şübhələr doğurur.
“Ya burada qeyri-adi dərəcədə yüksək ölüm göstəricisi var, ya da biz son dərəcə yaxşı təşkil olunmuş fırıldaqçılıqla qarşı-qarşıyayıq. Tibb müəssisəsi kimi qeydiyyata alınmış binalarda tez-tez rus və erməni dillərində lövhələrə rast gəlinir, lakin bu binalar ya tamamilə boşdur, ya da taxtalarla örtülmüş evlər təsiri bağışlayır”, – deyə amerikalı məmur vurğulayıb.
Mehmet Öz bildirib ki, həmin ünvanlarda faktiki olaraq heç bir tibbi xidmət göstərilməyib. Yaradılmış sxem çərçivəsində binalar hospis kimi qeydiyyata alınıb, sonradan isə guya xəstələrə evdə qulluq göstərildiyi iddia edilib.
- Əslində isə heç bir qayğı göstərilməyib. Bu, açıq-aşkar saxtakarlıq idi”, – deyə Mehmet Öz qeyd edib.
Amerikalı məmur buna nümunə olaraq 16 milyon dolların mənimsənildiyi və əsas təşkilatçının cəmi iki il həbs cəzası aldığı cinayət işini göstərib. Onun fikrincə, bu cür yüngül cəzalar belə cinayətlərdə iştirak edən şəxslər üçün fəaliyyəti iqtisadi baxımdan cəlbedici edir.
Mehmet Öz hesab edir ki, Los-Ancelesdə hospis və evdə qulluq sahəsində fırıldaqçılıqların ümumi həcmi 3,5 milyard dollara çata bilər. Onun iddiasına görə, bu vəsaitlərin əhəmiyyətli hissəsi rusdilli cinayətkar qruplarla əməkdaşlıq edən mütəşəkkil erməni cinayətkar təşkilatlarının nəzarətində olub.
ABŞ Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) hazırda bu sahədə araşdırmaları gücləndirib. Kaliforniya ştatında evdə və ictimai qulluq proqramlarının ümumi dəyəri təxminən 30 milyard dollar həcmində qiymətləndirilir. ABŞ hakimiyyəti bu vəsaitlərin əhəmiyyətli hissəsinin müxtəlif saxtakarlıq sxemləri ilə əlaqəli ola biləcəyini istisna etmir.
Qeyd edək ki, hospis ölümcül xəstələrə palliativ (ağrını və təngnəfəsliyi azaldan, həmçinin sosial və psixoloji dəstək verən) yardım göstərən tibb müəssisəsidir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Yanvar 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri