Icma.az
close
up
RU
Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kiyevdə məktəb direktoru rus dilindən istifadə etdiyinə görə işdən azad olunub”.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın təhsil üzrə ombudsmanı Nadejda Leşik öz feysbuk səhifəsində məlumat verib.

"Təhsil müəssisələrindən birinin rəhbərinin rus dilində ünsiyyət qurması ilə bağlı valideynlərdən kollektiv müraciət aldım. Valideynlər, o cümlədən hərbçilər bildiriblər ki, müəssisənin direktoru vəzifə səlahiyyətlərini icra edərkən rus dilindən istifadə edir, dövlət dilindən istifadə edilməsinin zəruriliyi ilə bağlı dəfələrlə edilən iradlara məhəl qoymur və bunu onun üçün belə danışmağın daha rahat olması ilə əsaslandırır", – deyə o yazıb.

Valideynlər iddia ediblər ki, məktəbin direktoru şagirdlərlə və məktəb tədbirlərində rus dilində danışaraq dil normalarını pozur. Onlar bunu sübut etmək üçün direktorun dövlət dili olmayan dildən istifadə etdiyini göstərən videoyazılar təqdim ediblər.

Valideynlərin müraciətində göstərilən faktların yoxlanması məqsədilə müəssisənin təsisçisinə məktub göndərilərək direktorun dövlət dilini bilmə səviyyəsinin və təhsil prosesində təsis sənədlərinin dil tələblərinə əməl olunmasının təsdiqlənməsi tələb olunub. Eyni zamanda, dövlət dilinin müdafiəsi üzrə səlahiyyətli şəxsə də müraciət edilib.

Təhsil idarəetmə orqanının məlumatına görə, bu müəssisə 2021-ci ilin yanvarından onun tabeliyinə verilib və həmin vaxt direktorun dövlət dilini bilmə səviyyəsini təsdiqləməsi tövsiyə olunub. Lakin 2025-ci ilin aprel ayına olan məlumata əsasən, bu barədə sertifikat təqdim edilməyib. Bu isə onun vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyinin əsas göstəricisi sayılıb və nəticədə o, işdən azad edilib.

Ukrayna Konstitusiyasının 10-cu maddəsinə əsasən, Ukrayna dili dövlət dili olaraq müəyyən edilib. "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" qanuna əsasən, təhsil sahəsində onun istifadəsi məcburidir və effektiv ünsiyyət üçün tələb olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri