Icma.az
close
up
RU
Rusiya Abbas Abbasova təxəllüs veribmiş Sabiq prezident köməkçisi sirləri açdı

Rusiya Abbas Abbasova təxəllüs veribmiş Sabiq prezident köməkçisi sirləri açdı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun “Mehdiyev işi” çərçivəsində axtarışa verilməsi xəbəri ona ictimai diqqəti xeyli artırıb.

Mühüm vəzifə tutan və ölkənin siyasi həyatında uzun illər mühüm rol oynamış A.Abbasov 1992-ci ildə baş nazirin müavini vəzifəsinə təyin olunub. O, bu vəzifədən 2006-cı ildə öz ərizəsi ilə ayrılıb. Həmin vaxtdan Rusiya Federasiyasına köçüb.

Abbas Abbasovun adı 2012-ci ildə Moskvada yaradılan “Milyarderlər İttifaqı”nı təsis edəndən sonra mediada və siyasi dairələrdə daha çox hallanmağa başladı.

Abbas Abbasov baş nazirin müavini postuna necə gətirilib? Bu təyinat Elçibəy iqtidarı zamanı olub?

Globalinfo.az-a danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, Abbas Abbasov Elçibəy dövründən əvvəl bu posta gətirilmişdi.

Onun sözlərinə görə, Abbasov AXC iqtidarı dövründə artıq baş nazirin müavini vəzifəsini tuturdu:

“Ayaz Mütəllibovun dövründə Abşeron Rayon İcra Hakimiyyətində, o vaxtkı partiya komitəsində çalışmışdı. Daha sonra Nazirlər Kabinetinə gəlmiş, baş nazirin müavini vəzifəsini tutmuşdu. Doğrudur, Abbas Abbasov Rəsul Quliyev və Vahid Əhmədovla eyni dövrdə çalışıb. Rəsul Quliyev baş nazirin müavini vəzifəsinə 1993-cü ildə təyin olunmuşdu. Abbas Abbasov isə Vahid Əhmədovla daha əvvəl bu vəzifədə idi. Təyinatları o dövrün şərtləri kontekstində qiymətləndirmək lazımdır. Azərbaycan yeni müstəqillik qazanmışdı və bir çox adamlar önə çıxırdı. Ona görə də həmin proseslərə bugünkü prizmadan baxmaq obyektiv mənzərə yaratmaz. Abbas Abbasov Özbəkistandan müəyyən karyera yolu keçərək Azərbaycana gəlmişdi. Burada əvvəlcə Quşçuluq İstehsalat Birliyinin rəhbəri olmuş, daha sonra Abşeron rayonunda icra strukturlarında çalışmışdı. Yəni o, pillə-pillə irəliləmişdi. İşgüzar xarakteri olan, ciddi əlaqələrə malik bir şəxs idi. Xüsusilə Rusiya ilə əlaqələri mövcud idi və görünür, həmin dövrdə bu əlaqələrin qurulmasına ehtiyac duyulurdu”.

Oqtay Qasımov

Müsahibimizin fikrincə, bu məsələlərə bugünkü baxış bucağından yanaşsaq, düzgün nəticə əldə edə bilmərik:

“Məsələyə mütləq o dövrün şərtləri ilə baxmaq lazımdır. Abbas Abbasov o zaman məmurlar arasında seçilən, ünsiyyət qurmağı bacaran və xüsusilə Rusiya ilə əlaqələri nəzərə alınan fiqurlardan idi. Bəzi məsələlərdə onun imkanlarından istifadə olunmuşdu. Abbasovun Rusiya ilə əlaqələri aydın idi. Hətta təxəllüsü də vardı, lakin bunu mətbuata açıqlamaq olmaz. Dörd iyun qiyamındakı rolu və sonrakı dövrdə Surət Hüseynovla əlaqələri də məlumdur. Burada söhbət yalnız 1992-1993-cü illərdən yox, ümumi siyasi mənzərədən getməlidir. Çünki siyasi hakimiyyət bəzən balansları qorumaq və müəyyən güc mərkəzlərini nəzərə almaq məcburiyyətində qalır. Abbas Abbasov da məhz belə gərgin və qarışıq bir dövrdə önə çıxmışdı. Yaqub Məmmədovun dövründə də artıq vitrinə çıxmış fiqurlardan idi. O zamanın mətbuatını izləsək, bu tip şəxslərin fəal simalar olduğunu görərik”.

O.Qasımovun sözlərinə görə, müstəqillik uğrunda ümumi bir dalğa var idi və ictimai rəyə çox adamları rahat şəkildə qəbul etdirmək mümkün olub:

“Sonradan bəlli olurdu ki, həmin şəxslərin bəziləri məqsədli şəkildə Rusiya kəşfiyyatı tərəfindən önə çıxarılıb, onlara “milli” və “proqressiv” imic verilib. Bu məqamlar nəzərə alınmadan obyektiv nəticə çıxarmaq çətindir. Abbas Abbasov birdən-birə gətirilib baş nazirin müavini edilməmişdi. O dövrdə ciddi kadr qıtlığı vardı, problemlər isə həddən artıq çox idi. İndiki Azərbaycanla 1992-ci ilin Azərbaycanını müqayisə etmək olmaz. O zaman dövlətin adı vardı, amma strukturlar faktiki işləmirdi. Xalq Cəbhəsi hakimiyyətə gələndə dövlət aparatının böyük hissəsi hələ də Moskvaya bağlı idi. Xalq Cəbhəsi hakimiyyətə milli həmrəylik şüarı ilə gəlmişdi və kadr potensialı yetərli deyildi. Üstəlik, 70 illik sistemi bir-iki ilə tam dəyişmək mümkün deyildi. Ona görə də əvvəlki nomenklatura ilə müəyyən razılaşmalar əsasında hökumət formalaşdırıldı. Abbas Abbasov da bu kontekstdə vəzifədə qaldı”.

Müsahibimiz deyib ki, Abbas Abbasovun dörd iyundakı rolu hər kəsə məlum olsa da, məcbur qalıb onun imkanlarından istifadə olunurdu:

“Məsələn, taxıl probleminin həllində və bəzi təsərrüfat məsələlərinin qaydaya salınmasında Abbasovun rolu olmuşdu. Lakin Rusiya kəşfiyyatına bağlılığı ilə əlaqədar məsələlər sonradan tam aydınlaşdı. Bugünkü prizmadan baxış çox vaxt yanlış nəticələrə gətirib çıxarır. Dövlət idarəçiliyində güc balansı və maraqların uzlaşdırılması reallığı var idi. Rusiyaya bağlı bir şəxsin vəzifədən uzaqlaşdırılması belə ciddi təzyiqlərlə müşayiət olunurdu. Nəticə olaraq, Abbas Abbasovun və digərlərinin həmin dövrdə yüksək vəzifələrdə qalması təkcə şəxsi keyfiyyətlərlə yox, həm də dövrün mürəkkəb siyasi reallıqları ilə bağlı idi. Bu reallıqları nəzərə almadan məsələni qiymətləndirmək doğru olmaz”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri