Rusiya ABŞ a kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər təqdim edib
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva Ankoricdə keçirilən Rusiya-Amerika sammitində əldə edilən razılaşmaları inkişaf etdirərək, Vaşinqtona kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı əlavə təkliflər təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafında nizamlama məsələləri ilə bağlı səfirlər səviyyəsində keçirilən dəyirmi masada çıxış edərkən bildirib.
“Təhlükəsizlik zəmanətlərini müzakirə edərkən yalnız Ukrayna ilə kifayətlənmək olmaz”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın 2021-ci ilin sonunda təklif etdiyi ABŞ və NATO ilə müqavilə layihələri tam şəkildə aktuallığını qoruyub saxlayır və müzakirələr üçün başlanğıc nöqtəsi ola bilər.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya nizamlama ilə bağlı kollektiv şəkildə hazırlanmış istənilən təklifləri nəzərə almağa hazırdır. “Danışıqlara başlamaq üçün kollektiv kontekstdə hazırlanmış bütün mövcud təklifləri nəzərə almağa hazırıq”, - deyə o bildirib.
Lavrov vurğulayıb ki, Amerika sülh təşəbbüslərinin son versiyaları Moskvaya təqdim edilməyib: “İndiyə qədər heç kim bizə planın son versiyasını göstərməyib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 11 Dekabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















