Icma.az
close
up
RU
RUSİYA ADLI BƏLAMIZ...

RUSİYA ADLI BƏLAMIZ...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

Dövlətlərin ərazi bütövlüyü və ya ərazi toxunulmazlığı hüququ beynəlxalq hüququn əsas ana prinsiplərindən biridir və bu prinsip 1945-ci ildə BMT Nizamnaməsinin qəbul edilməsi ilə öz hüquqi təsdiqini tapıb.

Lakin təəssüflə qeyd etməliyik ki, son 30-40 il beynəlxalq hüququn prinsip və normalarının kobud şəkildə pozulduğu, dövlətlərarası qarşılıqlı faydalı əməkdaşlığa, hörmətə əsaslanan münasibətlərin, zor, qaba güc, təhdidlə əvəzləndiyi dövr kimi yadda qaldı.

Hazırkı dövrdə zora söykənən bir dövlətin başqa bir dövlətin ərazisini işğal etmək, ərazi bütövlüyünü, suveren hüququnu pozmaq, ilhaqa məruz qoymaq praktikası adi hala çevrilib. Təkcə postsovet məkanına nəzər salsaq görərik ki, Azərbaycan da daxil olmaqla, bir çox dövlətin ərazi bütövlüyü keçmiş SSRİ və onun varisi Rusiya tərəfindən kobud şəkildə necə pozulmuşdur.

SSRİ-nin dağılması və bu məkana daxil olan respublikaların ərazi bütövlüyü faktını təsbit edən Almata sammitinin yekdil qərarına baxmayaraq, Rusiya sonrakı onilliklərdə bu və ya digər qaydada həmin ölkələrin ərazi bütövlüyünü kobud şəkildə pozmuş, arxasında durduğu separatçı rejimləri təhrik edərək işğal, ilhaq siasətini davam etdirmişdir.

Azərbaycan 30 ildən artıq ərazi bütövlüyünə qarşı yönəlmiş bu işğal siyasətinin günahsız qurbanına çevrilsə də, sonda 44 günlük müharibə və keçirdiyi bir günlük anti-terror əməliyyatı nəticəsində ərazisində kök salan separatizmin kökünü kəsmiş, özünün ərazi bütövlüyü və suveren hüququnu tam bərpa etmişdir.

Rusiyanın imperiya ambisiyaları davam edir və onun növbəti işğal qurbanı, bir neçə il əvvəl ABŞ-nin qızışdırıb ortaya saldığı və hazırkı dövrdə sahibsiz buraxdığı Ukraynadır. Rusiya iki il öncə başlatdığı qanlı müharibə ilə bu ölkənin böyük bir ərazisini de-fakto işğal etməklə yetməyib, ini də işğalın de-yure tanınması istiqamətində hərəkətə keçib. İşğalın nəticəsindən bəhrələnən, Ukrayna məsələsində Avropa İttifaqı ilə Tramp administrasiyası arasında yaranmış fikir ayrılığından ustalıqla yararlanan Putin Rusiyası, Trampın barış missiyasını yalnız onun tutduğu ərazilərin de-yure tanınması şərti ilə qəbul edəcəyini önə çəkir və görünən odur ki, buna nail olunmağa az qalıb. Putinin dili ilə danışan Rusiya xarici işlər naziri S.Lavrov son açıqlamalarında ərazi bütövlüyü məsələsini beynəlxalq hüququn toxunulmaz prinsipi ilə uyğunlaşmayan yeni formatda şərh etməyə başlayıb. Onun “Kommersant” qəzetinə verdiyi müsahibəyə diqqət edək: “BMT Nizamnaməsində dövlətlərin ərazi bütövlüyü hüququ müəyyən edilsə də, bu prinsip Ukraynaya aid edilə bilməz, çünki Kiyevdəki rəhbərlik ölkənin bütün əhalisinin maraqlarını təmsil etmir”. Adamın nə deməsi bəlli. Harada, hansı ölkədə rus toplumu yaşayırsa, onlar sanki yaşadığı ölkənin qanunları ilə deyil, həmin ölkələri işğal hədəfinə çevirən Rusiyanın qanunları ilə idarə olunmalıdır. Kazaxıstanda, Moldovada, Gücüstanda və dünənə qədər rus kökənlilərin cəsus şəbəkəsi kimi yerləşdirildiyi Azərbaycanda olduğu kimi.

Rusiyanın xarici siyasət şefi başqa ölkələrin, konkret olaraq Ukraynanın ərazisində yaşayan rusların hüquqlarının qorunmasını, onların millətlərin öz müqəddəratını təyin etmə hüququ ilə əlaqləndirir və özünə sərf edən qaydada dövlətlərin ərazi bütövlüyü məsələsini arxa plana keçirir. Bu yanaşma əslində nə zamansa rus toplumunun yaşadığı istənilən qonşu əraziyə hərbi müdaxilə üçün zəmin yaratmaq məqsədi daşıyır.

Əhali sayısı, tutduğu bu qədər geniş ərazisi ilə uyğun gəlməyən Rusiya öz daxilində yaşayan rus insanının hüquqlarını kobud şəkildə pozursa, bu qədər zənginlik içində ona miskin həyat yaşadırsa, digər əraziləri işğal etmək məqsədi ilə onları zorən müharibə qurbanına çevirirsə, doğrudanmı başqa ölkələrdə məskunlaşan rusların müqəddəratı rus isteblişmenti üçün bu qədər önəm kəsb etsin?

Belə olmadığı hər kəsə bəlli. Ukraynaya qarşı başladılan bu qardaş qırğınının arxasında heç də orada yaşayan rus əhalisinin hüquqlarının pozulması faktı durmur. Bu, Ukraynanın qərbə yönümü, NATO-ya inteqrasiya olunma faktı ilə bağlı məsələdir ki, bu cəhdlər də imperiya ambisiyası tükənmək bilməyən Rusiyaya həmin ölkəni işğal etmək fürsəti verdi. Gürcüstan əraziləri də belə işğal olunub Abxaziya və Cənubi Osetiya kimi iki mühüm bölgəsi ondan qoparıldı. Bu xof Ermənistan üşün də yaşanır. Sadəcə mövcud beynəlxalq şərait, Ukrana ilə aparılan müharibə Ermənistan məsələsini müvəqqəti olsa da arxa plana keçirib.

Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı o ərazilərimizdə sülhməramlı kontingentlə yanaşı bir çox sayda rus insanının zorla yerləşdirilməsi və onlara qarşı Azərbaycan tərəfindən atılan hər hansı addımın Rusiyaya qarşı olacağı barədə səslənən fikirlərin nə məqsəd daşıdığını bildi və bu məkrli siyasətə qarşı önləyici panlarını qura bildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see265

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see239

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see205

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see204

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see191

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see185

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see181

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see176

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see168

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see168

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see167

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see164

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see161

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see159

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see159

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see158

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see151

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see151

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see139

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri