Icma.az
close
up
RU
Rusiya aktivləri: Belçikanın qorxduğu gizli fırtına nədir?

Rusiya aktivləri: Belçikanın qorxduğu gizli fırtına nədir?

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Belçika Rusiyanın aktivlərini müsadirə etməyə razı olmasa, Avropa Birliyində təcridlə üzləşəcək.

Bu barədə “Politiko” nəşri Avropa diplomatlarından birinə istinadla məlumat yayıb.

“Belçika dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə razılıq verməkdən imtina etsə, Macarıstanla birlikdə AB daxilində təcrid olunmuş vəziyyətdə qala bilər. AB nümayəndələri bu həftə Avropa Komissiyasının Rusiya aktivlərinin müsadirə edilməsi üçün təklif etdiyi sxemi müzakirə etmək üçün üç iclas keçirəcək, bu aktivlərin əsas hissəsinin saxlandığı Belçika isə buna qarşıdır.
Belçikanın Baş naziri Bart De Vever qərara mane olmağa davam edərsə, o da Macarıstanın Baş naziri Viktor Orban kimi təcrid olunacaq və AB tədbirlərində səsini itirəcək. Bundan başqa, Belçikanın ümumavropa təşəbbüsləri ilə bağlı fikirlərinə məhəl qoyulmayacaq və Belçika siyasətçilərinin zənglərinə artıq cavab verilməyəcək”, – nəşr yazıb.

Bəs görəsən, Belçikanın Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxmasının əsas siyasi və iqtisadi motivləri nələrdir?

Belçikanın AB daxilində Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxması təsadüfi bir mövqe deyil. Bu, həm siyasi, həm də iqtisadi maraqlara söykənən, uzunmüddətli nəticələri nəzərə alan hesablanmış addımdır.

Məsələ belədir ki, Rusiya aktivlərinin ən böyük hissəsi- 200 milyard dollardan çoxu məhz Belçikada, Euroclear kimi nəhəng maliyyə strukturlarında saxlanılır. Bu aktivlərin müsadirəsi Belçikanı beynəlxalq maliyyə hüququ ilə bağlı birbaşa cavabdeh vəziyyətə salır, maliyyə sektoruna qarşı məhdudiyyətlər, iddialar və kompensasiya tələbləri yarada bilər və “etibarlı maliyyə limanı” imicini riskə atır.

Belçika belə bir riski digər AB ölkələri ilə bölüşmək istəmir.

Digər tərəfdən, əgər bir ölkənin aktivləri siyasi qərarla müsadirə edilirsə, sabah bu mexanizm başqa dövlətlərə, hətta özəl sərmayədarlara qarşı istifadə oluna bilər.

Belçika və onun maliyyə institutları əmindir ki, belə presedent qlobal kapitalın Avropadan qaçmasına səbəb ola bilər.

Konkret demək lazımdırsa, ümumiyyətlə, Belçika Rusiya aktivlərinə toxunmaq istəmir, çünki riskin hamısı onun üzərinə düşür. ABŞ plan qurur, Avropa isə hüquqi və maliyyə fırtınasının içində qalır. Brüssel yaxşı bilir: bu addım təkcə Rusiyanı deyil, Avropanın öz maliyyə sistemini də vuracaq. Ona görə də Belçika “siyasi yox”, “ekonomik realist” mövqe tutur.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri