Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Donetsk vilayətinin Kramatorsk rayonunun Aleksandrovka qəsəbəsinə səhər saatlarında endirilən zərbə nəticəsində azı 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
APA xəbər verir ki, bu barədə Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri saat 10 radələrində qəsəbəyə dörd aviasiya bombası atıb. Nəticədə çoxmərtəbəli yaşayış binası dağılıb.
Bundan başqa, daha 11 çoxmərtəbəli bina, 42 fərdi yaşayış evi, uşaq bağçası, mağaza, inzibati bina və 6 avtomobilə ziyan dəyib.
Vilayət rəhbərinin sözlərinə görə, yaralananlar arasında 5 yaşlı uşaq da var.
Bu mövzuda digər xəbərlər:Rusiya ordusu Ukraynanı bombalayıb, 4 nəfər ölüb
10 Mart 2026 16:30
Rusiya ordusu Dnepri bombalayıb, 4 nəfər ölüb
22 Sentyabr 2026 10:33
Rusiya Ukraynanın Çernovtsı vilayətini bombalayıb, 4 nəfər ölüb
12 İyul 2025 09:42
Rusiya ordusu Konstanyinovkanı bombalayıb, 5 nəfər ölüb
18 Sentyabr 2025 17:06
Baxış sayı:128
Bu xəbər 23 Sentyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















