Icma.az
close
up
RU
Rusiya artıq Azərbaycanı dost ölkə saymır ...amma

Rusiya artıq Azərbaycanı dost ölkə saymır ...amma

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, 2020-ci ildə rusiyalı jurnalistlər Roman Anin və Olesya Şmaqun tərəfindən Latviyada təsis edilən və qeydiyyatdan keçən “Mühüm hadisələr” araşdırma jurnalistikasında ixtisaslaşmış rusdilli onlayn-nəşr belə məlumat yayıb.
Jurnalistlər rekrutçuluqla məşğul olan qruplarda və sosial mediada söhbətlərdə müvafiq siyahı aşkarlayıblar. Məlumatı iri regional rekrut mərkəzi də təsdiqləyib. 2026-cı il yanvarın əvvəlində rekrutçular bu ildən etibarən vətəndaşlarına Rusiya ordusu ilə müqavilə bağlamağa qadağa qoyulan ölkələrin siyahısını yaymağa başlayıblar. “Mühüm hadisələr” siyahısına dair ən erkən qeyd qanalı muzdlu Kelvin Eciranın “TikTok” hesabında tapılıb. O, artıq Rusiya ordusunda xidmət keçib və indi Afrika auditoriyasında bunu reklam edir.
Ərəbdilli “istiqamətlərdə” çalışan rekrutçuların arasında 36 ölkənin siyahısı yayılır. Siyahıya əsasən Afrika və Ərəb dövlətləri, eləcə də Rusiyaya “dost” olan digər ölkələr: Çin, Hindistan, Braziliya, Cənubi Afrika, Türkiyə, Kuba, Əfqanıstan, İran və Venesuela daxildir. Ölkələrin siyahısının azaldılması qərarını dəqiq kimin və hansı səviyyədə verdiyi məlum deyil. Siyahı, ehtimal ki, diplomatik əlaqələrdən irəli gəlib. Məsələn, 2024-cü ilin ortalarından bəri Nepal, Hindistan və Şri-Lanka öz vətəndaşlarını müharibəyə cəlb etməyi dayandırmaq üçün Rusiyanın hakimiyyət orqanlarına müraciət ünvanlayıblar. Moskva hindliləri və Şri-Lankalıları cəlb etməməyə söz verib. 2025-ci ilin noyabr ayında İordaniya da oxşar tələb irəli sürüb. Tezliklə bu ölkə də “qadağan olunmuş” siyahıya əlavə edilib.
Jurnalistlər siyahıya əsasən Rusiyanın rəsmi olaraq “dost” saydığı ölkələrin daxil olduğunu aşkar etdilər. Yanvar versiyasına 36 ölkə, fevral versiyasına isə 43 ölkə daxildir.
Rusiya ordusu üçün əsas muzdlu əsgər mənbəyi olan Keniya da siyahıya salınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, mindən çox keniyalı Rusiya Silahlı Qüvvələrində cəbhədə xidmət edib. Bu ilin fevral ayında Keniya hökuməti açıq şəkildə Moskvanı rekrutların cəlb olunması kampaniyasını dayandırmağa çağırıb. Lakin Rusiya ordusu üçün afrikalı muzdlu əsgərlər yetişdirən britaniyalı təlimatçı Ben Stimson artıq yanvar ayında keniyalı və nigeriyalıların rekrutların cəlb olunmasına qadağa qoyduğunu bildirmişdi.
Ukraynanın “Yaşamaq İstəyirəm” layihəsinin məlumatına əsasən, 2025-ci ilin payızına qədər Rusiya 10 mindən çox xarici muzdlu əsgər cəlb edib. Hazırda qara siyahıda olan ölkələrin vətəndaşları bütün əcnəbilərin 37 faizini təşkil edir. Əsas mənbələr Kuba (1000-dən çox), Nepal (təxminən 800) və Şri-Lanka (700-dən çox) olub. Ən çox muzdlu əsgər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindəndir: Tacikistan (1500-dən çox), Belarus (1300-dən çox) və Qazaxıstan (1100-dən çox).
Xatırladaq ki, rusiyalı rekrutçular son zamanlar xeyli sayda Azərbaycan vətəndaşını da müharibəyə cəlb etməyə nail olublar. Bu, yalnız Rusiyada yaşayan azərbaycanlılar arasında deyil, həm də keçmiş hərbçilər və hazırda vətənlərində olan Qarabağ müharibəsi veteranları arasında da hədəflənir. Təxminən bir neçə yüz nəfərin Rusiya ordusunun tərəfində döyüşmək üçün Azərbaycandan cəlb olunduğu təxmin edilir. Onların arasında 10-larla həlak olan və itkin düşənlər var.
Bu cür halların artmasından narahat olan Azərbaycanın hüquq-mühafizə orqanları xüsusi bəyanat yayaraq xarici silahlı qüvvələr və digər hərbi birləşmələrlə döyüş əməliyyatlarında iştirakın qanunla qadağan olduğunu xatırladbı. Daha sonra bir neçə Azərbaycan vətəndaşı Rusiya və Ukrayna qoşunları ilə döyüş əməliyyatlarında iştirak etdiklərinə görə həbs olunub.
Maraqlıdır ki, jurnalistlər tərəfindən aşkarlanan siyahı Rusiya hakimiyyətinin rekrutçulara Azərbaycan vətəndaşlarını müharibəyə cəlb etməyə qadağa qoymayuıb. Başqa sözlə desək, Azərbaycan artıq Rusiya tərəfindən “dost ölkə” kimi sayılmasa da, qara siyahıdakı ölkələrdən fərqli olaraq, onun vətəndaşları Ukraynaya qarşı müharibədə döyüşə cəlb edilə bilərlər.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Fevral 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri