“Rusiya atəşkəsə razılaşmasa, qəti addımlar atıla bilər” Ukrayna Prezident Ofisi
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
“Rusiya 30 günlük atəşkəsdən imtina edərsə, bu, onun sülhə hazır olmadığını nümayiş etdirəcək, razılaşarsa, atəşkəsə əməl olunmasına nəzarət mexanizmi yaradılacaq”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Serqey Leşşenko yerli mətbuata deyib.
Bundan əlavə, Leşşenko vurğulayıb ki, ABŞ və Ukraynanın ümumi baxışı var və əgər Rusiya atəşkəslə razılaşmasa, bu, daha sərt sanksiyaların tətbiqinə və beynəlxalq ictimaiyyət tərəfindən daha qəti addımlara səbəb ola bilər.
ABŞ Dövlət katibi Marko Rubionun Ciddədə Ukraynanın ərazi güzəştlərinin müzakirə edildiyi barədə dediklərini şərh edən Leşşenko bu haqda danışmağın tez olduğunu qeyd edib: "Bu barədə danışmaq hələ tezdir. Ciddədə Ukraynanın müharibəni bitirmək üçün xoş iradəsini nümayiş etdirən çox vacib şeylər əldə edildi".
Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio demişdi ki, ABŞ martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Ukraynanın ərazi güzəştləri məsələsini qaldırıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 Mart 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















