Rusiya avtomobilləri keyfiyyətsiz benzin səbəbindən “xoda getmir”...
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...Sosial şəbəkələrin rusiyalı istifadəçiləri keyfiyyəti bəlli olmayan benzinlə yanacaq doldurduqdan sonra xarab olan və dayanan avtomobillərin videolarını yayımlamağa başlayıblar. Videolardan birində avtomobil yolda güclü tüstülənməyə başlayır, arxadan qara yağlı maye tökülür və hər tərəfdən tüstü çıxır,
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Dialog" yazır. Videolar artıq Rusiyada böyük yanacaq böhranı və hakimiyyət orqanlarının köhnə ekoloji sinif Avro-2 və Avro-3 benzinlərinin istehsalına və dövriyyəsinə müvəqqəti icazə vermək qərarı fonunda kütləvi şəkildə görünür.
Rusiya mənbələrinə görə, bu tədbir ən böyük neft emalı zavodlarına sistematik hücumlardan sonra keyfiyyətli yanacaq çatışmazlığına məcburi reaksiya idi.
Problem ondadır ki, müasir avtomobillər Avro-5 yanacağı üçün nəzərdə tutulub.
Köhnə benzində kükürd, benzol, aromatik karbohidrogenlər və digər çirklərin tərkibi daha yüksəkdir.
Turboşarjlı, birbaşa enjeksiyonlu, mürəkkəb enjektorlu, katalizatorlu və oksigen sensorlu müasir mühərriklər yanacağın keyfiyyətinə daha həssasdır.
Rusiya sosial şəbəkələrində və yanacaqdoldurma məntəqələrində müzakirə olunan məlumatlara görə, müasir Çin avtomobilləri Geely, Haval, Chery və kiçik məcburi turbo mühərrikli digər maşınlar xüsusilə həssas ola bilər.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 18 Avqust 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















