Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

İran yenə əl çəkmir: Colani məsələsi Tehranı yenə “xoda salıb”

İran yenə əl çəkmir: Colani məsələsi Tehranı yenə “xoda salıb”

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran-Azərbaycan münasibətlərində son illər ziqzaqvari münasibətlərin tənzimlənməsi artıq problemə çevrilib.

Tribunainfo.az xəbər verir ki, rəsmi Bakının dəfələrlə və israrlı şəkildə münasibətləri yaxşılaşdıran addım və təklifləri bir qədər effekt verir.

Lakin İranın siyasi dairələri ən kiçik məsələdən, özü də əsassız şəkildə istifadə edərək, yenidən başa dönmək üçün addımlar atırlar. 12 günlük müharibə zamanı “İsrail PUA-ları Azərbaycandan qalxıb” iddiasını ortaya atanlara elə öz prezidentləri səviyyəsində cavab verilsə də, bunun bir xeyri olmadığı diqqəti çəkir.

Bu dəfə mövzu Suriya prezidenti Məhəmməd əl-Şaara Colaninin Azərbaycana səfəridir. Tribunainfo.az xəbər verir ki, İran yenə özünün Telegram kanalları və ekspertlərini ortaya ataraq, əsassız ittihamlara başlayıb.

Belə ki, “Sepah Pasdaran” adlı teleqram kanalı iddia edib ki, Colaninin Azərbaycana səfərini Zəngəzurda baş verə biləcək hadisələrdən ayrı təhlil etmək mümkün deyil.

Bu azmış kimi kanal mmaraqlı bir nağıl da danışıb. Onların iddiasına görə, guya, Azərbaycanın Astara rayonunun 40 kəndindən əhalisi “qovulub”. “Orada ekstremist ünsürlərin məskunlaşması ilə bağlı məlumatlar narahatlıq doğurur”.

Ekspert Morteza Simiari isə “Mehr” Agentliyinə verdiyi açıqlamasında bildirib ki, Colani Türkiyənin nizamlayıcı siyasətlərinə əməl edib. “Çünki Dəməşq kifayət qədər sabitliyin olmaması, yerli və xarici aktorların çoxluğu səbəbindən keçid dövründə mərkəz nöqtəsidir. Colani amerikalıların regional laboratoriyasında genetik mutasiyaya məruz qalır və Dəməşq İslam cəmiyyətinə müqavimət göstərən normallaşmış müsəlman cəmiyyətinin simvoluna çevrilir. Bu brendinqin bir hissəsi Bakıda həyata keçirilir”.

Simari bununla da kifayətylənməyib və ikinci “quşu” buraxıb. O iddia edib ki, guya, “Colani terror qüvvələrini Dəməşqdən Qarabağ Dəştiyə köçürmək planını təsdiqləmək üçün Bakıya səfər edib”.

Amma iranlı ekspertin “ürəyi bununla da soyumayıb”. O daha da “dərinə” gedərək, məsələni İranın Xalq Mücahidlər Ordusuna qədər calamağa çalışıb, “Amerika və sionist komandanlıq mərkəzi Suriyadakı təkfirçi terrorçular ilə kəsişmə nöqtəsi Bakıda olan Albaniyadakı Xalq Mücahidlər Ordusu arasında konseptual ortaq nöqtə yaratmağa çalışır. Bunun əsas sübutu budur ki, XMO-nun yayınladığı televiziya verilişlərində Azərbaycan dilində də bölmə var”.

Simari daha sonra deyib: “Bəzi xəbərlər onu göstərir ki, XMO Bakıda ofisiə sahib olmaq və Azərbaycan şəbəkəsini genişləndirmək üçün yazışmalara başlayıb”.

Ondan fərqli olaraq digər ekspert Seyid Rza Sədr əl-Hüseyni İLNA Agentliyinə verdiyi açıqlamasında qeyd edib ki, Suriyanın müvəqqəti prezidentinin Azərbaycana səfəri Türkiyənin Suriya və onun hüdudlarından kənarda strategiyasını yenidən müəyyənləşdirmək səyləri çərçivəsində nəzərdən keçirilməlidir.

-O, Colaninin səfərini şişirtmək lazım olmadığını da qeüyd edib. “Həmçinin belə bir fikir irəli sürülüb ki, bu səfərin digər məqsədi Qafqazda enerji mənbələri və ya geosiyasi marşrutlarla mümkün əlaqələr yaratmaqdır. Bu spekulyasiyadır. Çünki Colani hazırda Suriyada heç bir rəsmi hökumətə rəhbərlik etmir. Odur ki, bu səfəri şişirtmək və Colaniyə dövlət və ya diplomatik status vermək real deyil. Onun Azərbaycana səfəri yalnız ilk addım ola bilər və Türkiyə onu özünə yaxın olan Özbəkistan və ya Türkmənistan kimi digər ölkələrə göndərmək niyyətindədir ki, regional səviyyədə bir növ proxy diplomatiya formalaşsın”.

P.S. Görünən odur ki, İran dayanmaq fikrindən uzaqdır. Hər vəchlə “qaşınmayan yerdən qan çıxarmağa” çalışır. Onların məntiqinə görə, Azərbaycan Tehrandan verilən direktivlə siyasi kursunu müəyyən etməli və addımlar atmalıdır. Sanki öz siyasətləri özlərini ağ günə çıxarıb.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri