Icma.az
close
up
RU
Gürcüstanda qəhrəman Azərbaycan kəndi Qaçağan

Gürcüstanda qəhrəman Azərbaycan kəndi Qaçağan

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 21 may, AZƏRTAC

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin siyasi, sosial-iqtisadi, mədəni həyatında, dövlət müstəqilliyinin qorunmasında, yadelli işğalçılardan müdafiəsində mühüm rol oynayıblar.

Bunu Baş nazir İrakli Kobaxidze, Prezident Mixail Kavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, paytaxt meri Kaxa Kaladze və digər rəsmi şəxslə müxtəlif tədbirlərdə çıxışlarında xüsusi qeyd edib, soydaşlarımıza dərin təşəkkürlərini bildiriblər.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə soydaşlarımızın yaşadığı kənd və qəsəbələrdə olub, onların tarixi, mədəniyyəti və əsas fəaliyyət istiqamətlərini araşdırıb.

Bu kəndlərdən biri paytaxt Tbilisidən 70 kilometr aralıda, Azərbaycan-Gürcüstan sərhədinin 15 kilometrliyində yerləşən Marneuli rayonunun Qaçağan kəndidir. Kənd Gürcüstanın Aşağı Kartli (Borçalı mahalı) bölgəsinə daxil olan Marneuli bələdiyyəsinin cənub hissəsində, Borçalı çökəkliyinin aşağı tərəfində, dəniz səviyyəsindən 280-300 metr yüksəklikdə yerləşir. Kənd cənubdan Ermənistan, şərqdən isə Azərbaycan Respublikası ilə dövlət sərhəddinə yerləşir. Qaçağan kənd inzibati ərazi vahidinə Qaçağan, Təkəli, Xançıqazlı və Kirəc Muğanlı kəndləri daxildir.

Qırmızı Körpü-Şulaveri-Marneuli beynəlxalq əhamiyyətli avtomobil yolu da Qaçağan kəndindən keçir. Həmçinin Qaçağan kəndindən Ermənistanın Noyemberyan rayonunun Aşağı Körpülü kəndinə torpaq yol da mövcuddur. Kiçik Qafqaz sıra dağlarının tərkib hissəsi olan Babakər dağının cənub ətəyində və Debed çayının cənub sahili boyunca kiçik yüksəklik və qismən düzənlik ərazidə yerləşən bu kənd bir çox özəllikləri ilə fərqlənir.

Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kənd ağsaqqalı Bayram Hüseynov deyib ki, kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilib. Bütün bunlar təsdiq edir ki, kəndin ərazisində hələ eramızadan əvvəl II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələrdə kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığı qeyd olunur.

Onun sözlərinə görə, 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi “Tiflis Müsəlman Əmirliyi”nin tərkibində olub və “Qoçu Ağa”, “Qoçu Ağanın kəndi” kimi adlandırılıb. Kənd 1116-ci ildə Gürcü çarlığının tərkibinə daxil edilib.

B.Hüseynov bildirib ki, Qqaçağan kəndi 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edilib və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam edib. Lakin 1801-ci ildə Böyük Qaçağan və Qaçağan cəmiyyətləri Borçalı sultanlığının tərkibində Rusiya imperiyasına ilhaq edilib.

Qaçağanda ilk təhsil müəssisəsi 1673-cü ildə Böyük Qaçağan cəmiyyətinin yerli sakini Hacı Əli Dəryaoğlu tərəfindən təşkil edilib. Nəcəfdə dini təhsil almış Hacı Əli Dəryaoğlu doğma yurduna dönüb və Qaçağanda dini məktəb açmağa nail olub. Həmin məktəbdə əsasən Quran dərsləri, qiraət və ərəb əlifbası ilə yazma tədris edilirdi. 1916-cı ildə isə kənddə M.H.Mollayev adına Qaçağan orta məktəbi yaradılıb.

Hazırda isə Qaçağan kəndində 1 və 2 nömrəli, iki 12 illik bələdiyyə orta məktəbi fəaliyyət göstərir.

Qaçağan kəndində 1500-dən çox təsərrüfat var və əhalisinin sayı 10 minə yaxındır. Kəndin yetirmələri dünyanın bir çox ölkələrində elm, texnologya, səhiyyə sahəsində böyük uğurlar qazanıblar.

Qaçağan kəndinin bir özəlliyi isə onun qəhrəmanları və siyasətçiləri ilə bağlıdır. Qaçağanın tanınmış ziyalılarından biri Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş Həsən Seyidovdur. Kəndin Mədəniyyət Evinin qarşısında siyasi xadimin büstü qoyulub, anadan olduğu ev hazırda ev-muzeyi kimi fəaliyyət göstərir. Lakin kəndi daha məşhur edən digər şəxsiyyətlər də var. Özəlliyin biri də ondadır ki, bu kənddə 8 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Onlardan 7 nəfərinə bu ad təqdim olunub, bir nəfər isə bu ada layiq olsa da, məlum olmayan səbəblərdən təltifini ala bilməyib. Bəzi məlumatlara görə, azərbaycanlılara qarşı nifrət hissi ilə yaşayan düşmən qüvvələr müxtəlif fitnə-fəsadlarla 8-ci adamın Sosialist Əməyi Qəhrəmanı adı almasına maneə olublar. Onlar yaxşı bilirdilər ki, əgər 8-ci adam da bu adı alsa, bütövlükdə Qaçağan kəndinə “Qəhrəman kənd” statusu verilməli idi. Bu isə kəndə bir sıra imtiyazların verilməsinə səbəb olacaqdı.

Bayram Rüstəmovun vəsaiti hesabına kəndin Mədəniyyət Evinin qarşısında Sosialist Əməyi Qəhrəmanı adına layiq olan Məhəmməd Qocayev, Səfər Hümbətov, Səməd Sadıqov, İmran Məmmədov, Sayad Məsimov, Dursun Əhmədov və Oruc Bayramovun büstləri qoyulub. Mərkəzdə İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldımış daha bir abidə ucaldılıb. Bu müharibədə Qaçağandan 106 nəfər həlak olub. Müxtəlif bayramlarda ictimaiyyət nümayəndələri, məktəblilər bu abidələri ziyarət edir, qəhrəmanların xatirəsini ehtiramla anırlar.

Azərbaycan yazıçısı Tahir Hüseynov, X əsrin birinci yarısında Qars şəhərindən köçüb gəlmiş şair Ağacan da Qaçağanda yazıb yaradıblar.

Qaçağan kəndi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində iki şəhid verib. 44 günlük Vətən müharibəsində Qaçağan əhalisi Azərbaycan dövlətinə və ordusuna maddi və mənəvi dəstək göstərib. Bu gün Qaçağandan olan şəhid və qazi ailələri Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Azərbaycan səfirliyi daim onların problemləri və qayğıları ilə maraqlanır.

İctimai fəal, jurnalist Ehtiram Əmirxanlı deyir ki, bu gün Qaçağandan olan 30-dan çox elm adamı Azərbaycanda, Rusiyada, Amerika və Almaniyada tibb, texnologiya və digər sahələrdə çalışırlar.

Onun sözlərinə görə, bir müddət qaçağanlı gənclərin elmə marağı azalmışdı. Lakin Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımızın təhsil problemlərinin həllinə yönəlmiş layihələri, SOCAR-ın aqzərbaycanlı tələbələrin təhsil haqlarını ödəməsi gənclərin yenidən təhsilə, elmə marağını artırıb. Hazırda 200-dən çox qaçağanlı gənc Gürcüstanın müxtəlif universitetlərində ali təhsil alır. Ali təhsil almış gənclərin işlə təmin olunmaları və ya onların başqa ölkələrdə təhsillərini davam etdirmələri də diqqət mərkəzindədir.

Qeyd edək ki, kənddəki “Ədliyyə Evi”nin tikintisi də Ehtiram Əmirxanlı və digər nüfuzlu ağsaqqalların təşəbbüsü ilə reallaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri