Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır, müttəfiqinə cəbhə açmaqla heç nə qazanmaz
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırkı mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin Rusiyanın Azərbaycana qarşı cəbhə açmış olacağı dərəcədə gərgin olduğunu hesab etmir.

“Hətta daha gərgin olsa belə, mənə elə gəlir ki, bu, soyuqqanlı məntiqlə izah edilə bilməz. Çünki Azərbaycana qarşı cəbhə açmaq hər şeydən öncə Rusiyanın öz vətəndaşları olan və Rusiya Federasiyasının tərkibində öz tarixi torpaqlarında yaşayan bütün türklərə və bütün müsəlmanlara qarşı açılmış cəbhə hesab edilə bilər. Eyni zamanda Rusiya xəbərdardır ki, Azərbaycanın başda qardaş Türkiyə olmaqla çoxsaylı müttəfiqləri var. Yəni və NATO-nun beşinci maddəsinə bənzər bir maddə ilə əslində Azərbaycanla Türkiyə bir-birinin təhlükəsizliyinin qarşısında hüquqi öhdəliklərə malikdirlər. Bu səbəbdən Rusiyanın Azərbaycana cəbhə açması mümkün deyil, heç arzuolunan da deyil. Nəticə etibarilə bu, heç kəsin xeyrinə olmaz.
Rusiya Azərbaycanın haqlı mövqeyini nəzərə alaraq bir dönüş etməlidir. Əslində bu dönüşün siqnalları da var. Son dövrlərdə son günlərdə Rusiya Federasiyası baş nazirinin müavini Overçukun yenə eyni statusda azərbaycanlı məmurla görüşməsi ilə bağlı səsləndirdiyi fikirlər mənə elə gəlir ki, dönüş nöqtəsinə doğru bir siqnal ola bilər”-deyə deputat qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















