Icma.az
close
up
RU
Rusiya təyyarənin vurulmasına görə Azərbaycanın haqlı tələblərini yerinə yetirərsə, münasibət normallaşa bilər

Rusiya təyyarənin vurulmasına görə Azərbaycanın haqlı tələblərini yerinə yetirərsə, münasibət normallaşa bilər

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hikmət Hacıyev Brüsseldə “EU Today"a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 4 məsələni rəsmi olaraq üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsini tələb edirdi. Bu məsələlər həll olunan zaman, biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - Hikmət Hacıyev qeyd edib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ilə münasibətlərin gərgin olduğu bir fazanı keçdik. Deputat vurğulayıb ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması, ardınca baş verən proseslər təbii ki, münasibətlərdə olduqca gərgin dönəm yaratmışdı. Amma əslində ondan əvvəl də Rusiya ilə münasibətlərdə bir soyuqluq vardı.

Arzuxan Əlizadə / Foto: amip.az

“Baxmayaraq ki, 2022-ci ildə Rusiya ilə strateji müttəfiqlik haqqında saziş imzalanmışdı, amma Rusiyanın onilliklər boyu yürütdüyü bir siyasət var idi. Qafqazlardakı siyasət var idi. Azərbaycanı təsir dairəsində saxlamaq, Cənubi Qafqaz ölkələri ilə bağlı planı var idi. Bu planı biz pozduq. 2020-ci ildə İkinci Qarabağ savaşı, ardınca lokal antiterror əməliyyatları, ardınca Rusiya dırnaqarası sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması və proseslərin tam olaraq Azərbaycanın diktəsi ilə davam etməsi, eyni zamanda Rusiya-Ukrayna müharibəsi gedişində Azərbaycanın Ukraynanın haqq davasına dəstək verməsi ilə biz planları pozduq.

Biz özümüz bu prosesdən, bu ağrı-acıdan keçmişik və ərazi bütövlüyünün toxunulmazlığının, suverenliyin nə demək olduğunu çox gözəl bilirik. Bu anlamda biz Ukraynaya da dəstəyimizi ifadə etmişdik. Elə ilk gündən 2014-cü ildə Krım ilhaq olunan gündən dəstəyimizi ifadə etmişdik və Ukraynanın ərazi bütövlüyünü tanıdığımızı bəyan etmişdik.

Ukraynaya verdiyimiz humanitar yardımlar, həm siyasi dəstək, həm də humanitar dəstək Rusiyanın açıq-aşkar olmasa, narazılığına və narahatlığına səbəb olmuşdu. Amma gərginliyin pik nöqtəsi təbii ki, təyyarəmizin vurulması, ardınca isə Rusiya tərəfindən atılan addımlar idi. Biz tam haqlı olaraq beynəlxalq hüququn norma prinsiplərinə müvafiq olaraq qarşı tərəfdən üzrxahlıq gözlədik. Cinayətkarların cəzalandırılmasını gözlədik. Təzminat verilməsini gözlədik. Rusiya bunu etmədi. Əvəzində Rusiya faktiki olaraq Azərbaycana qarşı bir savaş açdı. Bizim oradakı iş adamlarımız, ictimai-siyasi xadimlərimiz, biznes mühitində olan insanlarımız diaspora rəhbərlərimiz hədəfə götürüldülər. Qətlə yetirilənlər oldu, günahsız həbs olunanlar oldu, incidilənlər oldu, deport olunanlar oldu. Bu gərginlik faktiki olaraq Düşənbəyə qədər davam etdi”-deyə deputat qeyd edib.

Arzuxan Əlizadə bildirib ki, Düşənbədə Rusiya prezidentinin üzrxahlığını eşitdik, çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev olduqca sərt mövqe nümayiş etdirdi: “Prezident İlham Əliyev haqlı olduğunu dəfələrlə dilə gətirən bir duruş göstərdi və əsl dövlət xadiminə xas olan xüsusiyyətlərini özündə növbəti dəfə nümayiş etdirərək Rusiyanın təzyiqləri qarşısında geri çəkilməyəcəyini bəyan etdi. Nəticə etibarilə Rusiya geri çəkilmək məcburiyyətində qaldı və Rusiya prezidenti faktiki olaraq üzrxahlıq etmiş oldu”.

Deputatın fikrincə, Düşənbə görüşündən sonra münasibətlər bir qədər yumşalıb.

“İstənilən halda Rusiya hələ də nə cinayətkarları məsuliyyətə cəlb etməyib, eyni zamanda təzminat da ödənilməyib. Bir il tamam olmağına çox az vaxt qalıb. Beynəlxalq konvensiyaya müvafiq olaraq ən geci bir ilin tamamında münasibət olmalıdır. Çünki istintaq aparılıb, bununla bağlı araşdırmalarla bağlı müvafiq rəylər var və bütün deyilənlər Azərbaycanın tələblərinin haqlı olduğunu və Rusiyanın hansı addımları atmalı olduğunu bir daha diktə edir. Əgər Rusiya prezidenti dediyi kimi, cinayətkarlar cəzalandırılacaqlarsa, eyni zamanda təzminatı ödəniləcəksə, azərbaycanlılara qarşı həyata keçirilən diskriminasiya siyasəti dayandırılacaqsa, təbii ki, Rusiya ilə münasibətlərin normallaşması baş verəcək.

Biz əslində Rusiya ilə, eləcə də digər ölkələrlə də qonşu ölkələrlə, region ölkələri ilə, xüsusilə də normal, dinc məcrada münasibətlərin davam etməsində maraqlıyıq. Təkcə özdə yox, təkcə, əməldə də bunu dəfələrlə sübut etmişik. Biz dayanıqlı sülh və sabitliyin olmasında maraqlıyıq və bərabərhüquqlu münasibətlərin davam etməsində maraqlıyıq. Amma əgər qarşı tərəf üzərinə götürdüyü həmin öhdəlikləri, vədləri yerinə yetirməyəcəksə, o zaman münasibətlərin istiləşməsindən də söhbət gedə bilməz. Əgər Rusiya prezidenti dediyi vədlər yerinə yetirəcəksə, Azərbaycana qarşı münasibət dəyişəcəksə və qarşı tərəfdən istiləşmə olacaqsa, biz də uzanan əli geri çevirməyəcəyik. Baş verənləri unutmadan, yaddan çıxarmadan irəliyə baxaraq Rusiya ilə münasibətlərin normal məcrada inkişafında maraqlıyıq”-deyən Arzuxan Əlizadə qeyd edib ki, hər şey qarşı tərəfdən asılıdır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri