Icma.az
close
up
RU
Rusiya Azərbaycanla münasibətlərini bərpa etməlidir, ətrafdan özünə düşmən düzəltmək özünə ziyandır

Rusiya Azərbaycanla münasibətlərini bərpa etməlidir, ətrafdan özünə düşmən düzəltmək özünə ziyandır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bakıda saxlanılan rusların azadlığa buraxılması Azərbaycan və Rusiya arasında münasibətlərin yaxşılaşdırılmasında mühüm addım olardı, bunu Şərq İqtisadi Forumu (EEF-2025) çərçivəsində Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Biz vurğulayırıq: Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır", - Zaxarova bildirib.Bəs Rusiyada həbs edilən azərbaycanlıların taleyi necə olacaq?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Azərbaycan münasibətlərində müvəqqəti gərginliyin yaranması, heç şübhəsiz ki, Rusiyanın atdığı addımlarla bağlı idi.

Hikmət Babaoğlu

“Bu, əlbəttə ki, doğru olmayan hüquqazidd addımlar idi. Hər şey ondan başladı ki, Azərbaycanın mülki aviasiya təyyarəsi Rusiya səmasında vuruldu, sonra da bu cinayətin üstü ört basdır edilməyə çalışıldı. Yəni bunu mütləq hər fürsətdə qeyd etmək lazımdır ki, həqiqətdən və ədalətdən sapmalar olmasın. Digər bütün proseslər digər bütün ondan sonra başladı. Yəni azərbaycanlıların təqib olunması Rusiyada yaşayan azərbaycanlıların öldürülməsinə qədər gedib çıxan və "dostluq" münasibətlərinə yaraşmayan addımlar atıldı. Şübhəsiz ki, Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının mövqeyini müdafiə etdi, onların arxasında durdu və Azərbaycan da cavab addımları atmağa başladı. Əlbəttə, bu gərginlik uzun müddət davam edə bilməz. Çünki Rusiyanın da, Azərbaycanın da təməl maraqları gərginliyin azaldılmasından yanadır”-deyən Hikmət Babaoğlu qeyd edib ki, Rusiya yavaş-yavaş əvvəlki Rusiya-Azərbaycan münasibətlərinə qayıtmağa məhkumdur və Rusiyada da bunu dərk edirlər ki, ətrafında hamıdan özünə düşmən düzəltmək Rusiyanın lehinə deyil, amma bu addımlar da adekvat atılmalıdır.

Deputat hesab edir ki, əgər Rusiya Azərbaycanda həbs olunan Rusiya vətəndaşlarının azadlığını istəyirsə, Rusiyada da, heç şübhəsiz ki, Azərbaycan diaspora fəallarının, diaspora rəhbərlərinin və qeyri qanuni həbs olunan Azərbaycan vətəndaşlarının və yaxud əslən azərbaycanlı olan Rusiya vətəndaşlarının azad edilməsi barədə düşünməlidir və bu iş paralel aparılmalıdır.

“Əsas səbəb mənə elə gəlir ki, aradan qalxmayana qədər, gərginlikdən də xilas olmaq mümkün olmayacaq. Çünki bütün bu proseslərin başlanğıcında Azərbaycanın AZAL şirkətinə məxsus təyyarəsinin vurulması və bunun etiraf edilməməsi dayanır”-deyə Hikmət Babaoğlu bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri