Icma.az
close
up
RU
Rusiya özünə yeni düşmən axtarır...

Rusiya özünə yeni düşmən axtarır...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Bu gün Rusiyada hakimiyyət dairələrinin sifarişlərini yerinə yetirən bəzi media qurumları ölkəmizə və xalqımıza qarşı qarayaxma kampaniyası aparır, xalqımızın ünvanına təhqirlər yağdırırlar. Hər kəsə aydındır ki, Rusiyada media qurumlarının heç bir razılıq olmadan Azərbaycana qarşı həqarətlər səsləndirməsi qeyri-mümkündür. Bu ölkədə media qurumları hakimiyyət dairələrinin iradəsindən kənar addım ata bilməzlər. Əgər belə olsa idi, həmin qurumlara qarşı çox ciddi tədbirlər görülərdi. Ancaq bu, baş vermir...

Bu gün Rusiyada Azərbaycanı təhqir edənlər dövlət orqanlarının nəzarəti altındadır. Onlar aidiyyatı orqanlarının icazəsi olmadan heç bir addım ata bilməzlər. Rusiyadakı media qurumları ölkəmizi məhz onların dili ilə təhqir edirlər. Sözsüz ki, bu prosesi idarə edən də əli hər yerə çatan aidiyyatı təhlükəsizlik orqanlarıdır. 

Onların tapşırıqları ilə Rusiyadakı azərbaycanlılar gah neonasistlərin dili ilə hədələnir, gah da “Komsomolskaya pravda” və digər informasiya portallarında Azərbaycana qarşı heç bir əsası olmayan, yalan məlumatlar yayılır, ölkəmizə qarşı böhtanlar atılır və təhqirlər yağdırılır. Əslində onlar bu cür davranışlar sərgiləməklə  özlərini gülünc vəziyyətə qoyurlar.

Azərbaycana qarşı bu münasibət onu deməyə əsas verir ki, Rusiya özünü dost kimi aparmır və qonşusuna qarşı düşmən münasibət bəsləməyə üstünlük verir.  

2024-ci il dekabrın 25-də Rusiya səmasında vurulan  “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzaya uğramasının səbəblərinə obyektiv münasibət sərgiləmək, öz ölkəsinin səhvini etiraf etmək və Azərbaycan xalqından üzür istəmək əvəzinə ölkəmizə və xalqımıza təhqirlər yağdırmaq və hədə-qorxuya əl atmalarına həyasızlıqdan başqa ad vermək olmaz. 

Rusiyada namələm olan pilotların danışıqlarını yaymaqla izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmaları bəs deyil, hələ Azərbaycanı günahkar çıxarmağa çalışırlar.

Xatırladaq ki,  Prezident İlham Əliyev öz intellektual etikasına sığınaraq son müsahibəsində sərnişin təyyarəsinin qəzaya uğramasında məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına və həlak onların ailələrinə və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı.

Azərbaycan öz haqlı məsələsini Rusiya ilə diplomatik tərzdə həll etməyə çalışır. Amma biz görürük ki, şimal qonşumuz dost ölkə kimi davranmır, Azərbaycanın suallarına cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.

Azərbaycan təyyarənin qəzaya uğramasında birbaşa günahı olan şəxslərin məsuliliyyətə cəlb olunmasını tələb edir və bu məsələdə tam haqlıdır. Çünki istənilən ölkə, hətta Rusiyanın özü belə bu addımı atardı.

Rusiyanın belə ucuz davranışı təəssüf doğurur. Özünü həqiqi dost və qonşu kimi aparan ölkə öz dostuna və qonşusuna  bu cür davranış sərgiləməz.

Rusiyadan fərqli olaraq, Azərbaycan etik məsələlərə çox dəyər verir. Ölkəmizdə bu günə qədər heç media qurumu, hətta ekspertlər və sosial media istifadəçiləri əndazəni aşmayıblar və qonşu ölkələrə təhqirə və böhtana yol verməyiblər. Rusiya media qurumlarının ölkəmizə qarşı ucuz şouları qətiyyən yolverilməzdir.

Azərbaycan dövləti və xalqı Rusiyanın məsuliyyətli davranmasını, günahkarların tez bir zamanda cəzalandırılmasını və təyyarə qəzasında həlak olanların ailələrinə və zərər çəkənlərə kompensasiya ödənilməsini gözləyir. Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Yanvar 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see351

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see265

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see257

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see245

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see240

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see220

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see220

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see202

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see187

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see187

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see182

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see169

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see169

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see161

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see157

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see157

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see154

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see154

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri