Icma.az
close
up
RU
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır VİDEO

Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır VİDEO

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində geniş ictimai rezonansa səbəb olan yol qəzası baş verib.

"Cebheinfo.az" haqqın.az-a istinadən xəbər verir ki, noyabrın 14-də şəhər küçələrindən birində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qarşıdan gələn zolağa çıxan “Bentley” markalı avtomobil sola dönmək üzrə olan “Hyundai Solaris” markalı avtomobillə toqquşub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobilə ciddi ziyan dəyib, sürücüsü isə ağır yaralanıb. “Bentley” daha sonra idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılıb və aşıb.

Məlum olub ki, “Bentley”i Yekaterinburqda bir neçə ticarət obyektinin sahibi, azərbaycanlı iş adamı Şamil İsayevin oğlu 22 yaşlı Emil İsayev idarə edib. Emil bloqçuluq fəaliyyəti ilə də məşğul olur. Qəza zamanı o, ağır bədən xəsarətləri alıb.

Bildirilir ki, gənc üç il əvvəl sürücülük vəsiqəsi alıb. Bu müddət ərzində o, dəfələrlə yol hərəkəti qaydalarını pozub. Yerli yol polisinin məlumatına görə, onun adına 194 ödənilməmiş cərimə var.

Fövqəladə hadisədən üç gün sonra “Hyundai” sürücüsünün xəstəxanada ölməsi ilə bağlı internetdə məlumat yayılsa da, sonradan rəsmi mənbələr bunu təkzib edib.

Onlayn ictimai səhifələrdə Emilin idarə etdiyi “Bentley” markalı avtomobilin əvvəllər Sverdlovsk vilayətində tanınmış kriminal avtoritet Marsel Qasanova məxsus olduğu da bildirilir. Mənbələrin bildirdiyinə görə, Həsənov avtomobili azərbaycanlı iş adamlarından birinin borcunun ödənilməsi kimi alıb. Emilin bu cinayət başçısı ilə dostluq münasibəti saxladığı iddia edilir.

Qeyd olunur ki, Marsel Həsənov əvvəllər quldurluq cinayətinə görə məhkum olunub. Sverdlovsk vilayətində cəza çəkərkən o, kriminal avtoritet statusu alıb.

2016-cı ildə azadlığa çıxandan sonra Həsənov bəzi mənbələrə görə kriminal aləmdən olan insanları ətrafına toplamağa başlayıb. 2019-cu ildən mütəmadi olaraq hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.

2022-ci ildə Yekaterinburqda “toplantı” zamanı Həsənov döyülüb. 2023-cü ildə polis onu saxlasa da, tezliklə buraxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbsi “müntəzəm qabaqlayıcı əməliyyat tədbiri” adlandırıblar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri