Rusiya azərbaycanlıya verdiyi külli miqdarda pensiyanı geri aldı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Sosial Fondunun regional bölməsi vəfat etdikdən sonra hesabına pensiya köçürülən şəxsin vəsaitlərinin geri qaytarılması ilə bağlı məhkəmə prosesində qalib gəlib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, fondun apardığı yoxlama zamanı təqaüdçünün 2022-ci ildə Azərbaycanda vəfat etdiyi müəyyənləşdirilib. Lakin ölümündən sonra daha 17 ay ərzində onun hesabına pensiya köçürülüb. Ümumilikdə mərhumun hesabına 223,4 min rubl (təxminən 4584 manat) vəsait yatırılıb.
Fond 2024-cü ildə təqaüdçünün ölümündən xəbər tutaraq ödənişləri dayandırıb. Qanunsuz köçürülmüş vəsaitin geri qaytarılması üçün banka müraciət edilsə də, hesabda cəmi 7 min rublun qaldığı məlum olub.
Belə ki, mərhumun torpaq icarəsi və elektrik enerjisi təchizatı ilə bağlı borcları olub. Həmin borclar ölümündən sonra hesabına köçürülən pensiya vəsaiti hesabına ödənilib. Sosial Fond həmin vəsaitlərin geri qaytarılması tələbi ilə şirkətlərə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə fondun xeyrinə qərar çıxarıb.
Qərara əsasən, mərhumun hesabına ölümündən sonra köçürülən pensiya vəsaiti Sosial Fonda məxsus olduğundan onun borclarının ödənilməsi üçün istifadə edilə bilməzdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Noyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















