Azərbaycan Prokurorluğunun 108 illiyi qeyd olundu
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə sentyabrın 28-də Azərbaycan Baş Prokurorluğunda tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları ziyarət olunub.
Daha sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyub.
Baş Prokurorluğun inzibati binasında davam etdirilən tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edərək prokurorluq orqanlarında çalışan əməkdaşları və veteranları peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun 108 illik inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb.
Çıxış zamanı müasir Azərbaycan Prokurorluğunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi və institusional islahatların prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Həmçinin, çıxışda ölkəmizdə hüquq və qanunçuluq institutlarının inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına, sosial və humanitar dəyərlərin təşviqinə göstərilən yüksək dövlət diqqətindən bəhs edilərkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin də mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirdə, son illərdə prokurorluğun maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, “Elektron Prokurorluq” informasiya sisteminin inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tədbirdə xidməti fəaliyyətlərində fərqlənmiş bir qrup prokurorluq əməkdaşının təltif olunması mərasimi keçirilib.
Daha sonra prokurorluq veteranları çıxış edərək Azərbaycan Prokurorluğunun keçdiyi 108 illik şərəfli inkişaf yolundan, prokurorluq peşəsinin ənənələrindən və müxtəlif nəsilləri təmsil edən əməkdaşların qanunçuluğun təmin olunması istiqamətində fəaliyyətindən bəhs ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş “108 il – Qanunun keşiyində” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Filmdə Azərbaycan Prokurorluğunun 108 illik tarixi, formalaşması və inkişaf mərhələləri, Ulu Öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında rolu, müasir dövrdə həyata keçirilən hüquqi və institusional islahatlar, eləcə də müxtəlif nəsilləri təmsil edən prokurorluq əməkdaşlarının peşəyə münasibəti öz əksini tapıb.
Sənədli filmdə veteran və hazırda prokurorluq orqanlarında çalışan əməkdaşların “Prokurorluq sizin üçün nə ifadə edir?” sualına verdikləri cavablar vasitəsilə peşənin nəsillərarası varisliyi, dövlətə və qanuna sədaqət, ədalət və məsuliyyət anlayışları ön plana çəkilib.
Tədbirə yekun vurularkən prokurorluq əməkdaşlarının bundan sonra da qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, dövlətçilik ənənələrinin və ictimai maraqların qorunmasına layiqli töhfələr verəcəklərinə əminlik ifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 28 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















